Sponsorluq,Səbəbləri və Reklam/PR əlaqəsi

Çox əvvəl kraliyət ailəsinin ya da aristokratların heç bir gözləntisi olmadan həyata keçirdikləri sponsoluq, daha sonradan ticari biryön qazandı və edildiyi kimi də, qarşılıq gözlənilir. Rəqabətin daha inkişaf etdiyi, varlığına davam etmək və hədəflərini gerçəkləşdirmək üçün komunikasiya vasitələri içərisində yerini göstərməkdədir. Sponsorluqda mütləq bir gözlənti var. Quruluşlar ümumiyyətlə, imiclərini gücləndirmək, qurum kimliklərini yerləşdirmək, xalqın gözündə yaxşı bir quruluş olaraq qavranılmaq, fəaliyyətdə olduğu cəmiyyətə faydalı olmaq, qurumun tanıtımına soyunmaq kimi səbəblərlə sponsorluq fəaliyyətləri edilməkdədir.
Sponsorluğun edilmə səbəblərini reklam, PR və Marketing başlıqları altında toplamaq mümkündür. Buna görə də, edilən bir sponsorluq fəaliyyətinin məqsədlərini kəskin sərhədlərlə birbirindən ayırmaq çəindir. Ancaq hansı məqsədlə edilirsə edilsin, sponsorluqda təməl məqsəd qarşılıqlı fayda əldə etməkdir. Sponsorluğun böyümə səbəbləri aşağıdakılardır:
  1. Məhdudiyyətlər, misal olaraq siqaret və alkoqol içkilər
  2. Reklamın medyadakı qiymətinin artması
  3. İnsanların boş vaxtlarının artması
  4. Sponsorluğu edilən hadisələrin daha çox kütlə komunikasiya vasitəsində yer alması
  5. Sponsorluğun nəyə qadir olmasını isbat etməsi
  6. TV-dəki kanalların artması və kanaldan kanala keçmə reklamın əlverişsizliyinə gətirib çıxartmasıyla da sponsorluq inkişaf edib

İndi isə sırasıyla Sponsorun həm PR həm də Reklam məqsədlərini gözdən keçirək:

Sponsorluğun PR məqsədləri:

  • Qurum Kimliyini gücləndirmək
  • Qurumun adını hədəf qruplarına duyurmaq
  • Qurum imicini gücləndirmək
  • Xalqın yaxşı niyyətini qazanmaq
  • Medyanın diqqətini çəkmək
  • Qurum içində əlaqələri gücləndirmək və əğləncə imkanlarını gücləndirmək

Sponsorluğun Reklam məqsədləri:

  • Medyada reklamı qadağan olunan məhsulları bildirmək
  • Məhsulları dəstəkləmək
  • Başqa reklam imkanlarından istifadə etmək

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı