Posts

Showing posts from December, 2015

Nəfis Çörək niyə də Wonder və ya Bread Alone olmasın?

Image
Bizim Şəmkirdə Nəfis Çörək brendi adı altında müxtəlif çörək məhsullarımız neçə aylardır satışda. Bu brend yeni doğulmuş körpə kimi bütün A-dan Z-yə bütün marketinq yönüylə tam dəstəklənməlidir. Marka dəyəri, tanınırlığı, PR-ı, CRM-i, Mövqeləndirilməsi, Satışı,KSM, İMC və sair və ilaxır. Bu brend elə bir dəyər qazanmalıdır ki, hələ 1921-ci ildə ABŞ-da İndianapolisdə ərsəyə gələn wonder bread kimi, gələcək 4-5 nəsilə ötürülsün. Adamlar günümüzə qədər gəlib bu brendin tam yekün satışı ilə məşğuldurlar. Toplam götürsək 5 məhsul çeşidinə sahibdir ki, bununla da kifayətlənir. Ancaq düşünün ki, artıq ömrü 1 əsrə yaxınlaşır. Xatırlarsaq ki, P&G 2000 adda olan məhsulunun sadəcə elə 50-sinin ümumi gəlirinin 63 faizini təşkil etdiyini təyin etdikdən sonra çox brendlərini ixtisara salmış oldu. Bununla da təkcə böyük ölçüdə Reklam xərclərini, brend böyütmə xərclərini o məhsullar üçün aradan qaldırmış oldu. Fikir də təbii ki fokuslanmış olur. Bu yönündən Nəfis Çörək də az çeşidlə konkret ba

Rəngini sən də dəyiş!!!

Image
Chad Mitchell Trio dan bir JBS yəni John Birch Society mahnısını dinləyincə açıqca anti komunizm sözləri anlaşılır. İndi nəmənə deyə sual etsək, təbii ki 70 il tərkibində olduğumuz SSSR-nin bir parçası kimi bizə də toxunur. Bəs burda Marketinq yönü nədir deyə düşünsək, ağla ilk gələn... Qardaşlar və bacılar, xatırlayırıqsa, marketinqin sadəcə əllə toxunulan məhsulun satışını özündə ehtiva etmədiyini, bunun yanında ideyaların da satışında birbaşa rol aldığını yaxşı bilirik. Biriləri ideya atar, üstünə üstünə yeriyər, əməldə ortaya bir iş qoyar və bir övlad ortaya çıxardar. İdeya yaşayır artıq. Biriləri müxtəlif səbəbdən başına toplanar və hərəkata, cərəyana, təşkilata və ya tək adama çevrilər. Bununla da ortaya ən azından bunun PR-ı ortaya çıxar ,ya da elə satışı gerçəkləşdirilər. İdeyanın da günümüzdə nə sərhədi, nə kimliyi, nə də çox zaman məhdudiyyəti yoxdur. İdeyalar doğulür böyük bazarlarda, hansı ki ABŞ bazarı ən böyük bazardır və ya bütöv Avropa Birliyində. JBS də 1958-

Zənginlik sadəcə mülkiyyət deyil, həm də seçim bolluğudur!!!

Image
17000 min il öncə Fransada Chauvet mağarasında çəkilmiş rəsm əsərlərini düşünə bilirsiniz. Biriləri heyvan kimi 2 felə dayanırdısa, ya ovlanmaq ya da ovlamaq, bunlar sadəcə o dövrdən rəssam olublar. Düşünün sadəcə mağarada rəsm əsəri çəkirsiniz. Bu əminəm ki o dövr üçün anormallıq idi. Çünki normal insanların beyni ilə qarnı eyni funksiyanı daşıyırdı o dövr üçün. Günümüzdə əsər yazsan, musiqi bəstələsən, hətta bir məhsul istehsal etsən, ilk ağlına gələn kəlimə Kütlə sözüdür. Və də israrla kütlənin ortadakı məhsula necə reaksiya verəcəyi və ya onu alıb almayacağı səni daha çox düşündürər. İstehsalçılar məhz rahatlıq və normallıq prinsiplərindən yola çıxaraq kütlənin istəyinə adekvat məhsul ortaya qoyurdular. Ancaq artıq Paul Mccarthy qarşı Arlo Davy Guthrie öz folklar bəstələrində kütlədən ayrı, normal insanlardan fərqli, anormal insanlar üçün musiqi əsərləri ortaya qoymağa başladı. Qısacası Paul kapitalizm deyirdisə, Gipsy Davy sosializm dedi atası kimi. Deməli kütlədən fə