Empati:lüğətimizdə olmayan söz

Məni tanıyıb da hökm çıxarınca, öncə makosenlerimlə gəzməlisən!

Empatinin tərifini verən sıradan bir Qızıldərili

Empatinin lüğət mənasına gəlincə: Özümüzü bir digər insanın yerinə qoyub, onun kimi hiss edebilmək və düşünə bilmək olaraq tərif edilir. Latıncada "iç, içinə, içində" mənasına gələn "em" ön şəkilçisi ilə yunancadakı "duyğu, acı, iztirab" mənasına gələn patheia sözündən törəmişdir.

Empatinin 3 mərhələsi var ki, öncə müşahidə nəticəsində "o"nun kimi baxa bilmək, sonra "o"nun kimi hiss etmək və düşünə bilmək, və son olaraq da "o"na bunu ifadə edə bilmək.

Empati qurmaq, münasibətləri qurmaqda və doğru sosyallaşmaqda doğru istifadə edilməsi gərəkən önəmli bir özəllikdir. Doğru dozada empati sahibi olmaq, həm özəl, həm sosyal, həm iş ilişkilərində uğuru sağlayan faktorlardan birisidir. Ümumiyyətlə anlaşmazlıqlar əsnasında dilə gətirilən klassik bir cümlə var: " Məni anlamırsan, qavramırsan". Bu cümlənin söylənişiylə bitən ya da dalana girən bir çox əlaqə var. Qarşılıqlı sevgi və birlik əldə etmə istəyi olmasına baxmayaraq ortada bir anlayamama problemi mövcuddur. Bu anlayamama və qavramama probleminin təməlində yatan əksiklik empatinin doğru istifadə edilməməsidir əslində. Ya asandına qaçar və sadəcə öz eynəyimizdən baxmağı seçərik, ya da empati qurmağı həqiqətən də bilmərik.

Empatinin dozu məsələsinə gəlincə, az empati edən insanların ümumiyyətlə sadəcə öz doğrularını qəbul etdiklərini, bir diyərinə qəbul etdirməkdə güc istifadə etdiklərini, qaydasevər, sərt və prinsipli göründüklərini asanca söyləyə bilərik.
Yüksək empati sahibi insanlar isə yoğun bir duyğusallığa sahibdirlər. Bu səbəblə qarşılarındakı insanın acısından və bixoş taleyindən çox təsirlənirlər. Misal, bu insanlar bir kitabı sadəcə oxumazlar, yaşarlar: dolyaısıyla potansiyal olaraq böyük təhlükə altındadırlar. Ancaq güclü bir xarakter və qorunma mexanizması zərər görmələrinə əngəl ola bilər. Obyektiv və real müşahidə etdiyimizdə bu insanların bu dünyaya bilinən ölçülərdə tutunamamış olduğunu fərq edə bilərsiniz. BU cür insanların üstün bir çox özəllik və qabiliyyətinin yanı sıra gərəyindən çox empatiya sahib olduqları üçün öz haqqlarını həqiqi mənada qoruyamamış olduqlarını təyin edə bilərsiniz. Aramsız olaraq qarşısındakını hiss etməyə çalışmaqdan ipin ucunu qaçırıb, özlərini müdafiəsiz buraxdıqlarını asanca görə bilərsiniz. Bu durumun patolojik bir hala gəlməsiylə çox empatiyə sahib insanların, həyatlarının bir zamandan sonra bezikmiş və küsmüş olaraq yaşamaya davam etdikləri bir gerçəkdir. Bu cür insanlar bəlkə o güclü müdafiə istifadə etməkləri tərcih etmədikləri üçün zərər görməyə davam edərlər ömür boyu.

1. Makosen- Cənubi Amerika qızıldərililərin geydiyi dəridən düzəldilmiş, tək parça ayaqqabı, qısa ölçülü, bağsız ayaqqabı.

Comments

Post a Comment

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı