Posts

Showing posts from April, 2023

Diqqətsiz olsan, tamahın tələsinə tez düşəcəksən!

Image
 İradə gücünün instinkti  Kelli Makqoniqal Təkamül prosesi sıfırdan başlamır, mövcud olanı təkmilləşdirir. Beləliklə insan yeni bacarıqlar əldə etdikdə bizim primitiv beynimiz tamamile yeni bir modellə əvəz edilmir- özünənəzarət sistemi köhnə istək və instinktlərimizdən ibarət sistemi yarıb keçərək yuxarı qalxır Arzularsız yaşamaq bizi depresiyaya salır, qorxusuz olmaqla isə biz gözlənilən təhlükədən müdafiə oluna bilmirik.İradənizin sınağa çəkildiyi zaman uğurlu olmağımızın bir səbəbi isə bu primitiv instinktlərlə mübarizə aparmaqda deyil, onlardan faydalanmağımızdadır.  Özünənəzarət insan övladının malik olduğu ən heyrətamiz üstünlüklərindən biridir. Özünütanıma olmadan özünənəzarət faydasız olardı. Siz qərar verərkən iradənin tələb olunduğunu bilməlisiniz, yoxsa beyin həmişə daha asan olanı SEÇƏCƏKDİR! Motivimizin nə olduğunu anlamadan avtomatik qərarlar çox veririk. Lənətə gəlsin, əksər vaxt biz heç seçim etdiyimizi dərk belə etmirik. Məsələn, bir araşdırmada insanlardan gün ərzind