Posts

Showing posts from July, 2013

Qırğız alaçığı,Ying Yang tərzi, Evini partladan Tyler Durden

Image
Əgər inşaat sektorunda niş marketingi ələ alsaq burda əsaslı şəkildə şirkət olaraq özünü başdan aşağı gözdən keçirməlisən... Şirkət nələrə sahibdir vəya ehtiyaclara görə nələrə sahib olmalıdır... Şirkət hədəf kütləsində o gizli qrupu o seqmenti aşkarlamalıdır... Aşkarladımı, nə gözəl,sayını dəqiqləşdir, pul kisəsinin yoğunluğunu da ehtimal elə, əlləri sıva işə... Vacib olan da elə budur da, sənin istəyini vəya istəklərini edirəm, no problem, pulun var?! Əgər bir müştəridirsə, mikronize marketingdir bu, istər evinin içini istər çölünü istər həyətini O"na özəl edirsən və başqa heçkimə etmirsən... Yox səndə təxmini 14-20 müştəri varsa ən gözəli də budur, eyni yaratdığın paketi bunlara şamil edirsən... Gözəl tərəfi də, qazanc çoxdur... Müştəriylə işi bitirdik,keçək müştəriyə nə təqdim edəcəyimizə. Variantları bir bir ortaya çəkək... Müştəriyə sadəcə və sadəcə sizə bu interyeri edəcəyik adı Qaşqay interyeridir. Yəni ki, heçkimin təklif etmədiyi və heçkimin edə bilməyəcəyi e

Niş Marketingi inşaatda tətbiqə cəhd

Image
Niş Marketing(NM) bənzər qrupların kütlə içindən ayırılaraq gizli vəya hamıya məlum olmayan bir və ya bir neçə ehtiyacının aşkarlanması və qarşılanmasıdır. Niş Bazar isə özündə ehtiyacları ödənməyən küçük bir müştəri qrubunun tələblərini daha yaxşı qarşılamaq üçün dar bir bazardır.NM-də hərkəsin biraz sevdiyi mal və xidmətlərə yer yoxdur, birkəs vəya birkəslərin çox sevdiyi mal və xidmətlərə yer var. Burdan yola çıxsaq NM hərkəsi məmnun etmir, birkəs vəya birkəsləri çox məmnun edir. NM boşluqları doldurur, tapdığı boşluq əslində heç kimin ağlına da gəlmir, sən o boşluğu tapdığın andan sən onu dəyərləndirib bazara çevirirsən. Tumturş olan alçanın duza batırılandan sonra yeyiləndə alınan həzz nədirsə, NM-də gördüyü işə istənilən qiyməti qoyur və də paşa paşa alır. NM-in tətbiqi aşağıdakı şərtlər olsa nə əla Tələb yetərli olmalıdır Qazanc olmalıdır Bazar bölümləri potansiyal böyüməlidir Rəqiblər tərəfindən aşkar edilməyən bazarlar olmalı Management ortaya çıxacaq olan rəqabəti

Publicity PRa Ç(q)arşı, Et tu, Brute?

  Bugünki mövzunu Publicity ilə PR-ın əsas fərqlərinə ayıracam... Publicity-xəbər dəyəri daşıyan məlumatın dərc edilərək ictimainin diqqət və dəstəyini əldə etmək. PR-hər hansı şəxs,firma və institusiya haqqında hədəflənmiş bəlli bir fikir və anlayışı ictimaiyə inandırmaqdır. PR-ı düşününcə avtomatik olaraq ağla publicity gəlir. Hər ikisi yetərincə mənaca qarışdırıla bilər, xüsusilə də yenilər üçün. Əldən ələ dəyişən bu kəlimələrin bir birindən əsas fərqləri nələrdir PR strateji yönlü komunikasiya disiplinasıdır ki, məqsəd etibar və ya inamın idarə edilməsi fikrinə cəmlənməkdir. Publicity isə görünürlüyə nail olma prosesidir. Publicity məqsəd olaraq səni məlumatlandırmaq,səndə özündə hər hansı qeyd aparmaq və ya məlumatı qəzetin ön səhifəsinə daşımaqdırsa, PR bütövlükdə bu proseslərin hər addımını izləmək və idarə etməkdir. Məşhur deyimi elə ingiliscə də yazıram sizin üçün... There’s an old adage in public relations: all PR people can do publicity, and no publi city peopl

Billboarlu velosiped və ya Yaşıl Velosipedçilər üçün Əla Qazanc Mənbəyi

Image
Billboardlu velosiped və ya reklam velosipedi ele bir reklam növüdür ki, velosiped özüylə reklam mesajını daşıyır. Bu reklam növünün təklifləri xərcin az olması, hədəfə birbaşa yönəlməsi və ətraf mühitə dostyana münasibətidir. ÜSTÜNLÜKLƏRİ Minimum xərc Ətraf mühit faktoru İnnovativ və gözə çarpan böyük ölçüdə təsir təəssürat yaratma PoS(Point of Sale)lara yaxın olması Səs və görüntü cütlüyünün birgə effekti Piyadaçılar üçün ideal reklam vasitəsi Bütün hava və sezon əməliyyatlarına uyğun Rider(Velosiped Sürən) həm əldən reklam vasitələrini paylaya bilər həm də nümunə göstərə bilər Milli,regional və lokal kampaniyalara da uyğundur Billboardlu velosipedlər insan gücü ilə hərəkət edir,bu səbəbdən karbon izi buraxmır. Hava çirklənməsini önləmiş oluruq. Şəhərimizdə görsəydik gözümüz dincələrdi...