Posts

Showing posts from April, 2017

Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Image
Ana dilimizdə Təkdənli buğda səsləndirilir. İngiliscəsi Einkorn wheat olaraq qeyd edilir. Einkorn sözünün kökü isə elə almancadan gəlir. Mənası Təkdənli deməkdir. Bu arada türkcəsi Siyez buğdayıdır. Hətta Ana vətəni də Ön Asiya hesab edilir. Bugünki Anadolu dediyimiz bölgə. Gələk başa. Təsadüf nəticəsində qarşıma çıxan "Siyez ekmeği talebine yetişemiyorlar" məqaləsi bunun üzərinə getməyimə səbəb oldu. Nədir bu buğdanın fərqli özəllikləri? Ilk başda ən əsas fərqi yeganə buğda növüdür ki,14 xromosomludur. Orqanık buğda növüdür. Heç bir xromosom dəyişikliyinə məruz qalmayıb. Qısacası genetiki dəyişdirilməyib. Daha sonrası, içində sayısız minerallar var və E, B1, B2, B6 və B7 vitaminlərini daşıyan yeganə taxıl növüdür. Eyni zamanda onu da qeyd edim ki, glüten tərkibində çox çox azdır. Həmçinin şəkərin miqdarının da az olması çörəyin istər bayatlamasına istərsə də kiflənməsinə qarşın dayanıqlılığından xəbər verir. Xatırladım ki, çörəkdən savayı, un(şirniyyat məmulatları), əriş

"Çörək tapa bilmirlərsə tort yesinlər!" və ya Nemsə Yunis kimdir?

Image
Queen qrupu sevdiyim qruplardan sayılır. Mahnılarından zövq alıram, ara sıra isə mənim üçün yeni olan mahnılarını dinləyər və lirikasını incəliyirəm. Maraqlı mahnılarından Killer Queen ilə tanış oldum ki, ilk sözləri kimi qarşıma çıxan bu aşağıdakı cümlələr kiçik bir yolculuğa çıxardı: She keeps Moet et Chandon In her pretty cabinet 'Let them eat cake' she says Just like Marie Antoinette  İlk başda Moet et Chandon-dan başlayaq ki, dünyanın ən luxury brandlerindən biri sayılır ki, şampan və şərab istehsalı ilə məşğuldurlar. İl 1743, əkin sahəsi 1150 ha, illik hasilat 28 mln şampan məhsullarıdır. İçmirəm, amma içənlər dəfələrlə Nemsə Yunisin şərablarını çox tərifləyirlər. Özü ilə buradan reportaj götürülüb. Tanış ola bilərsiniz.  Nemsə Yunus 4lüktə rastlaşdığımız şəxs adı isə Marie Antoinettedirsə, onun da adını çəkdiksə, kiçik də olsa məlumat paylaşaq. Əsərimizin baş qəhrəmanı, Marie,    Fransa  kraliçası, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun qızı. Habsburg