Posts

Showing posts from June, 2017

Bir müəllim,bir ideya,bir məhəllə,müxtəlif boya,ümid dolu gələcək!!!

Image
Yer Indoneziya. Daha dəqiq Yava adası. Kəndin adı Kampung Pelangi. Kiçik də kiçik bir kənd. Böyük bir dəyişikliyə ilk addımını atdı. Bu 232 evdən ibarət  bu gecəqondu məhəlləsi başdan başa parlaq rənglərlə boyanıldı. Üstünə grafiti şəkilləri də divarları bəzəməzmi... Hökümətin xərci sadəcə 22.467 dollar oldu. Bundan artıq xərc çəkilməyib. Bugünki adı Göyqurşağı kəndi. Kənd bütünlüklə simasını dəyişdi. Artıq ciddi sayda turist sayı görmək mümkündür. Onların bura marağı artmış və gəlib bol bol şəkillər çəkdirirlər. Bələdiyyə başçısı Hendrar Prihadi bildirir ki, burada sakinlərin aktiv cəlbini də görə bilərik ki, onlar evlərinin də transformasiyasına çox istəkli olublar.O qədər ki, hər zaman çirkli olan suyun da təmizliyinə fikir verirlər və onu vaxtaşırı təmizləyirlər. Bu parlaq düşüncənin sahibi desəniz kimdir? 54 yaşlı universitet müəllimi Slamet Widodo.  O eynən aşağıdakı sözlərin müəllifidir: Gələcəkdə bu rəngarənglik bizim icmaya faydalar gətirəcək, xüsusilə də iqtisadi güc.

Allah bəlanı versin Edward Bernays!

Image
Il 1929. Edward Bernays Lucky Strike ilə bir anlaşmanın nəticəsiylə ilk belə bir kampaniyaya start verdi. Keşkə verməz olaydı. Kampaniyanın adı Torches of Freedom idi. Cəmiyyətdə o dövrə qədər siqaret çəkmələrinə pis gözlə baxılan və ayıblanan qadınlar hədəf alınmışdır. Lucky Strike sponsorluğunda, qadınlara da siqaret sata bilmək üçün hazırlanan kampaniyada öncəliklə bir qrup gənc model qadının əllərində siqaretlər və azadlıq məşalələri yazılan pankartlarla, New Yorkda bir şənliyə qatılmaları təşkil edildi. Bütün bunlar yenə bir yəhudi düşüncəsinin məhsuludur. Üstəlik də Zigmund Freudun qohumunun. Mütləq ki, ondan da bir şeylər öyrənmişdir. Ancaq kampaniyanın başlanmasından öncə Abraham Arden Brill ilə çox məsləhətləşmişdi və psixoanalist kimi onun fikirlərindən bəhrələnmişdir. Ancaq bu işlərin başı elə American Tobacco Company-nin prezidenti George Hill idi. O, o zamanki PR-ın atası sayılan Edwardın bu işin öhdəsindən gələcəyini gözəlcə öncədən görmüşdü. Siqaretlər bir azadlıq sim