Posts

Showing posts from July, 2020

Tanış olun, QonaqOL proyekti Sizə qonaq gəlir!!!

Əziz dostlar və FB əlaqələrim Yeni proyektlə tanış olun. QonaqOL proyekti ani verilmiş bir qərarın nəticəsidir. Proyektin əsas məqsədi, dünyanın dörd bir yanına səpələnmiş Azərbaycanlıların bir birinə qonaq olmasını təmin etməkdir. Eyni zamanda, ölkədaxili bir şəhərdən digər şəhərə də bu proyekt nəzərdə tutulub. Bu proyekt bütün Azərbaycanlıların yardımlaşma, bir araya gəlmə, bir birini tanıması və inteqrasıyasına xidmət göstərməsinə vasitə olacaq. İlk başda, bu Facebook qrupunda Elanlar kimi gerçəkləşəcək. Proyekt dünyada yaşayan bütün Azərbaycanlıları ehtiva edir. Proyektin məzmununu misallarla daha aydın izah edə biləcəyimizi düşünərək növbəli şəkildə aşağıda qeyd edirik. Adlar şərtidir Misal 1 Polad Almaniyanın Berlin şəhərindən, Polşanın Varşava şəhərinə 5 günlük iş ziyarətinə gedir, bu halda, Varşavada yaşayan İlqar Poladı evində qonaq olmasına razılıq verir. Misal 2 Azərbaycan Gəncə şəhərindən Yunis, Kanadanın Ottava şəhərinə turist kimi 7 günlük qalacaq v