Posts

Showing posts from November, 2015

Seyfəli plovu niyə tanınmır?!

Image
Yer Istanbul, S əmt Beyoğlu, Məkan Trabzon Kalkanoğlu Pilavcısı, Təyinat : Restoran Menüdə sadəcə 3 başlıq atılıb Plov, Fasulye,Kərə yağında qovrulmuş ət... Dada gəlincə, şəhanə sadəcə şəhanə. Müştərilərə gəlincə illərin, ayların, günlərin toplanmış köklü ziyarətçiləri... Yer Şəmkir, kənd Seyfəli, Məkan deyil də məkanlar sadəcə kənd evləri, Təyinat: Xəyal Kafesi... Evdə sadəcə evdə dadacağınız Seyfəli plovu. Mövzuya gəlincə, Yerli təamların niyə brendləşməməsidir? Öncə brendinq nədir deyə sorğulasaq, Brendinq, kimlikdir, biznes kimliyidir. Nələr brendinq ola bilər ? Məhsullar, şəxslər və dəyərlər. Məqsəd nədir brendinqdə? Müştəriyə daha asan satış edə bilmək və də müqayisəli üstünlüyün şəffaflıqla üzə çıxması… Məhsulumuz, restoranda satışda olacaq plovdur. Amma plov ümumi isimdir. Plov sadəcə düyü və aş qarasını özündə ehtiva edir. Bizim xüsusiləşdirmək istədiyimiz isə Seyfəli plovudur. Bu bir özbək aşı və ya tacik, nədəki döşəməli, biriləri üçün də sevil