Posts

Showing posts from 2010

Səksən yoxsa Həştad?

Image
Müxtəlif dillərdən dilimizə keçən say anlayışlı sözlər yerinə görə müxtəlif nitq hissələri və müxtəlif cümlə üzvləri vəzifəsindən cıxış edir. Belə sözlərin əksəriyyəti fars-ərəb dillərinə, müəyyən bir qismi isə başqa dillərə məxsusdur. Yek. Bu söz ya müəyyən bir sözün əvvəlində, ya da sonunda gəlir, bəzən də müəyyən bir ünsürün köməyi ilə təkrar edilir. Yeknəsəq. Yek fars dilində bir, nəsəq isə ərəb dilində üsul, cür, qayda sözləri mənasında işlənir. Yeknəsəq sözü bir üsulla, bir cür, bir qayda ilə olan iş, hərəkət, tərz və əşya bildirməyə xidmət edir. Yekdil. Ürəyi bir, əlbir, dilbir. Dübarə. İkinci dəfə, yenidən, bir daha Həştad. Səksən sayı dilimizdə paralel olaraq iki şəkildə özünü göstərir. Bu sözlərin hər ikisi Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapmışdır. Səksən sayı Azərbaycanın İran sərhədlərindən uzaqda, fars dili təsirinə məruz qalmayan yerlərində qorunub qalmışdır. İndi öz dövrünə görə az-çox ticarət mərkəzi olan və fars dili təsirinə məruz qalmış yerlərdə i

NLP Lüğətindən Bəyəndiyim Terminlər

Hələ də kursuna davam etdiyim NLP kursundan istifadə edəcəyim anlayışları sizlərlə paylaşmağı qürürla sunuram: As if Frame: Əslində bu an sizdə olmayan bir yetənəyi, bacarığı, edə bilmə gücünü sanki sizdə varmış kimi təqlid etmənizdir. Congruence(Tutarlıq): Bir insanın davranışlarını(səs tonu, fiziyoloji və s.) ilə söylədikləri arasında uyğunluq olduğunda buna tutarlıq ya da bütünlük deyilir. Embadded Question(Gizli Sual): Uzun bir cümlənin içində gizli olan bir sualdır. Danışanda səs tonu ilə ya da jestlərlə ifadə edilir. Matching(Bərabərləşmə): Danışanın davranışını eynən etmək, kopyalamaq, adaptasiya etmək. Ya da bir insan fiziologiyasının bəzi yanlarını eynən kopyalamaq. Eye Accessing Cues(Göz Erişim İpucları): Gözlərin müəyyən yönlərə doğru hərəkət etməsi, görsəl, toxunsal ya da eşitsəl bir düşünməyi göstərir. Mirroring(Aynalama): Bir aynaya baxar kimi, danışanın davranışını ya da fiziyologiyasını eynən əks etdirməsidir.

Abdal kəliməsi

Abdal(Ağdam, Tovuz)- Oykonim qədim türk tayfalarından birinin- abdalın adını daşıyır. VI əsrə aid Suriya mənbəyində Şimali Qafqazın Hun əyalətində yaşayan bir sıra tayfalarla(savir, abaz, bulqar və sair) yana, abdal adlı tayfanın da adı çəkilir. V. V. Bartolda görə abdallar hundurlardır. Abdal adlı tayfa Türkmənistanda, Şimali Qafqazda, Gürcüstanda, İranda və Türkiyədə mövcud olduğu qeyd olunmuşdur. Belə bir tayfanın Azərbaycanda yaşamasını A. Bakıxanov da göstərmişdir. Azərbaycanda bu etnonimdən yaranmış 4 oykonimin mövcudluğu, Laçın şəhərinin 1923-cü ilədək Abdallar adlanması yuxarıda irəli sürülən fikir və faktların doğruluğunu bir daha təsdiq edir. Abdalın Türkçə sözlükdən qarşılığı aşağıdakıdır: 1. Safeviler devrinde İran'da yaşayan Türk oymaklarından biri. 2. Anadolu'da yaşayan oymaklardan bazısı: Geygel Abdalları. 2.Gezgin derviş.2. Dilenci kılıklı, üstü başı perişan kimse Bugünkü Saxa Türkçesinde ,erkək Şamanlara ləqəp olaraq “abıdal” şəklində bir sözcük vardır. Bu sö

Herd(Flock)(Swarm) Marketing/Sürü Marketinqi(2)

Quşlar da cəm halında uçuşur, bəslənir, dolanırlar. Ancaq quşların çevrəyə və birbirlərinə tepkiləri inəklərdən fərqlidir. Bir quş topluluğuna yaxınalşdığınızda quşlar hamısı birlikdə qaçışır, bir sürü kimi davranır, eyni cinsdən quşlar bir arada, eyni tempoyla uçar, göç edərlər. uçuşda eyni enerji təsərrüfü üçün göçəri quşlardan bəziləri V şəklində bir hal formalaşdırırlar, sıra ilə liderlik edib digərlərinin dincəlməsinə köməkçi olurlar. Balıqlar da quşlara bənzəyirlər. Bir arada dolanırlar. Heçbiri liderlik etməz, heçbiri digərlərinə nə edəcəğini deməz. Hər balıq özünə ən yaxındakı balığı gözləyir və gərəktiyində hamısı eyni anda eyni yönə birlikdə hərəkət edir. Ancaq arılar fərqli mənzərə ortaya qoyur. Bir arıya yaxınlaşmaq, onunla təmasda olmaq istədəyinizdə digər arılar bundan bir şəkildə xəbərdar olur və cəm halında, bəlli bir məqsəd yönündə hərəkət edirlər. Arılarla ayrı ayrı deyil, birbiriylə bağlantılı bir sosyal orqanizma olaraq təmasda ola bilirlər. Aralarında həyata kecird

Kimyagər:Paolo Kolho"dan Alıntılar(1)

Oxumaqda olduğum ana dilimizdəki Kimyagərdən maraqlı və faydalı bildiyim fikirləri sizlərə ərmağan edirəm: Qalın kitabları oxumaq lazımdır: həm daha çox vaxt aparar, həm də gecələr daha rahat yastıq olarlar. Qoyunlar heç vaxt qərara gəlməyə ehtiyac duymurlar. Bəlkə elə ona görə mənim yanımda qalırlar. Sudan və otdan başqa heç nəyə ehtiyac duymurdu qoyunlar. Nə qədər ki, onların çobanıydı və Əndəlüsün ən yaxşı otlaqlarının yerini tanıyırdı, qoyunlar onunla dost olaraq qalacaqlardı, Günəşin doğuşu ilə batması arasında hökm sürən uzun günlərin bir günü onlar üçün digərindən fərqli olmasa da, kəndlərdə olub keçənlərdən bəhs edən dəliqanlının insan dilini anlamasalar da. Ot və suyla qane olurdular və bu onlar üçün kifayətdir. Bunun əvəzinə yunlarını, dostluqlarına və yeri gəlsə ətlərini belə əsirgəmirdilər. Bir xəyalın reallaşdırmağın mümkünlüyü həyatı mənalı edər. Ən adi şeylər elə ən mürəkkəb şeylərdir və bunları yalnız alimlər anlaya bilər. Hər gün birlikdə olmağa ehtiyac hiss etmədən in

Empati:lüğətimizdə olmayan söz

Məni tanıyıb da hökm çıxarınca, öncə makosenlerimlə gəzməlisən! Empatinin tərifini verən sıradan bir Qızıldərili Empatinin lüğət mənasına gəlincə: Özümüzü bir digər insanın yerinə qoyub, onun kimi hiss edebilmək və düşünə bilmək olaraq tərif edilir. Latıncada "iç, içinə, içində" mənasına gələn "em" ön şəkilçisi ilə yunancadakı "duyğu, acı, iztirab" mənasına gələn patheia sözündən törəmişdir. Empatinin 3 mərhələsi var ki, öncə müşahidə nəticəsində "o"nun kimi baxa bilmək, sonra "o"nun kimi hiss etmək və düşünə bilmək, və son olaraq da "o"na bunu ifadə edə bilmək. Empati qurmaq, münasibətləri qurmaqda və doğru sosyallaşmaqda doğru istifadə edilməsi gərəkən önəmli bir özəllikdir. Doğru dozada empati sahibi olmaq, həm özəl, həm sosyal, həm iş ilişkilərində uğuru sağlayan faktorlardan birisidir. Ümumiyyətlə anlaşmazlıqlar əsnasında dilə gətirilən klassik bir cümlə var: " Məni anlamırsan, qavramırsan". Bu cümlənin söyləniş

Sərgilər:Uğurlu sərginin tərtibatı

Şirkətlərin məhsul və xidmətlərini ziyarətçilərə təklif etdikləri, alıcı ilə satıcının qarşılaşdıqları fəaliyyətdir. Ölkə və beynəlxalq sərgilər olaraq qruplara bölünür. Bir ölkədə istehsal olunan məhsul başqa bir ölkədə sərgidə nümayiş etdirilə bilər. Bu səbəblə ixracat edən şirkətlər müəssisələr üçün fürsət yaradır. Sərgilər ixtisas və ümumi olaraq 2 qrupda toplanır. İxtisas qruplar müəyyən bir məhsul qrubunu(Hannover texniki maşınların), ümumidə isə fərqli məhsul kateqoriyaları təmsil olunur. Ümumi sərgilər, geniş kütlələrə firma ya da məhsulun tanıtılması adına köməkçi olarkən, ixtisas sərgiləri isəxüsusi və məhdud bir mövzuda yəni firmanın istehsal sahəsindəki hədəf kütləsinə səslənə bilməsi adına olduqca fərqli reklam medyalarıdır. Gərək ixtisas sərgilərində gərəksə ümumi sərgilərdə, firmalar məhsullarını və xidmətlərini anladan və göstərən standlar qurmalarının yanı sıra, bu standlarda hədəf kütlənin diqqətini çəkəcək reklam aktivitələrinə müraciət edirlər. Bu işlərin çərçivəsin

Dejavu; sadəcə film deyil!

Dejavu fransız sözü olub, deja-daha öncədən və voir- görmək, daha öncədən görülmüş deməkdir. Yaşanılan bir hadisənin daha əvvəlcədən yaşamışlıq vəya görülən bir yeri daha öncədən görmüş olma duygusudur. Anı daha öncədən yaşamışlıq halıdır. Səbəbləri, Beynin yorğunluq vəya başqa səbəblərdən dolayı bir görüntü, səs və başqa herhansı bir məlumatı, giriş anı sırasında dərk edilə bilməməsindən qaynaqlanır. Beyin bu məlumatı ya da olan hadisəni dərk etdiyində insan bu hadisəni daha əvvəlcə yaşadığı hissinə qapıla bilər. Bundan başqa beynin sağ yarımkürəsi ilə sol yarımkürəsinin milsaniyədən daha kiçik bir zaman fərqi ilə çalışmasından da qaynaqlana bilər. Bir tərəf digər tərəfdən öncə dərk etdiyi üçün, gec dərk edən tərəf isə bu hadisənin daha öncə yaşanmış olduğu yanılsamasına qapılır. Bu vəziyyət sinir aksonlarındaki kiçik bir sapmadan qaynaqlanır. Yoğun miqdarda içki içmənin ertəsi sabahı reallaşma ehtimalı çoxdur. Araşdırmalara görə insanların 50%dən çoxu həyatlarında ən az bir dəfə deja

Epimenides Paradoksu

Məntiqli bir məsələdir. Bu problemi Giritli bir fəlsəfəçi Knossoslu Epimenides şərəfinı adlandırmışlar. O belə demişdir: Giritlilər hər zaman yalançıdır. Halbuki, özü elə giritli idi. Epimendisin bu ifadəsi Epimenides Paradoksu adlanır. Zaman zaman Yalançı(Liar) Paradoksu və ya Giritli Paradoksu da adlandırılmışdır. Paradoks burdan qaynaqlanır: Əgər "bütün Giritlilər yalançıdır" təklifini qəbul edərsək, özü də Giritli olan Epimenidesin yalançı olması gərəkir. əgər Epimenides yalançıdırsa, bütün söylədikləri kimi, "bütün Giritlilər yalançıdır" təklifinin də yalan olması gərəkir. Təklifin həm doğru həm də yanlış olması nəticəsi çıxır. Əgər "bütün Giritlilər yalançıdır"təklifini yanlış qəbul edərsək, özü də Giritli olan Epimenidesin doğru deməsi gərəkir. Yenə də bir ziddəyyət ortaya çıxır. Bir təklif həm doğru həm yanlış ola bilməz. Burda uzun illər riyaziyyatçıların diqqətindən qaçan və nəzərə alınmayan məsələnin canı aşağıdakı kimidir: "bütün Giritlilə

Evangelism Marketing:WOM-un "sub"ı

Evangelizm Marketinq WOM-un bir alt kateqoriyası kimi daha çox inkişaf ederək bəzi müştərilərini inkişaf etdirərək, onların məhsul və xidmətlərinə qarşı münasibətlərini daha da gücləndirir, bu şəxslər də öz növbəsində digər insanlarara bildikləri gerçəkliyi təlqin edib, onların da almasını və istifadəsinə çalışırlar. Bir çox hallarda Evangilizm Marketing Affiliate Marketinglə(Satış Ortaqlığı) qarışdırılır. Bir irəlidəki yazacağəm mövzulardan birini Affiliate Marketingə həsr edəcəm. Kiçik də olsa onlar arasındakı fərqi aydınlaşdırsaq, affiliate proqramlar təşfiq kimi puldan vəya məhsullardan bir şəkildə istifadə edir, evangelizmdə isə evangeləst müştərilər ətrafa tövsiyə verər və yeni müştərilər qazanar, və əlbəttə ki, heç bir maddi qarşılıq düşünmədən. Evangelist müştərilərin sadə dillə desək məqsədi, başqalarına yarar sağlamaqdır. Onların getdikcə daha müstəqil hərəkət etməsi, tez tez açar influencer(təsir eləyən) halına gətirir. Faktiki olaraq onlara pul ödənmir ya da şirkətlə hər ha

101 American Customs: Bir neçə Amerikan adəti

İngiliscəmi irəlilətmək üçün bir neçə kitab aldım kitabçıdan. Kitablar arasında 101 American Customs kitabı mənə həm ingilis dilində kömək edir, həm də özlüyündə məni həmişə sorğulayan suallara cavab verir. Onlardan bir neçəsini sizlərlə paylaşmaq elə yerındə olar: Hotdog- Almaniyada hot doga frankfurter(frankfurtlu) deyilirdi. Sonradan amerikaya köçən almanlar Neü Yorkda, xüsusilə də beysbol oyunlar-ında izləyicilər tərəfindən bəyənilərək yeyilirdi. İlk əvvəl dachshund sausage(dachs-barger-Барсу́чьи və Hund,m-dog-it) adlanan bu sosisli qəlyanaltı özəl bir çörəkdə buns"lə yeyilir. Günün birində bir Cartonist çizgi filmdə dachshund sausage"in adını dəyişdirir və tam olaraq dachshund sözünün yerinə hot dog kəliməsini yerləşdirir. Going dutch- dutch ilə əlaqədar kəlimələr bu gündə ingilis dilində əşləkdir. Gəlin bir neçəsini işləyək. Dutch bargain-(an uneven, one sided deal)- İki tərəfli sövdələşmədə yalnız bir tətəfin qazançlı çıxması Double Dutch-gibberish- anlaşılmaz danışıq,

Paradoks. Paradoksun növləri

Minlərcə illik yaşı olan paradokslar, insanların ağlını hələ də qarışdırır. Əslində bir doğru kimi ortaya çıxan bir fikir, yüz illərcə doğru hesab olunsa belə, tamamilə sonradan yanlış olduğu aydınlaşar. Tam tərsi də ola bilər, tam yanlış bildiyimiz bir fikir, bütünüylə doğru çıxar. Görünüşdə doğru olan bir ifadə vəya ifadələr cəminin bir ziddiyyət və də hər hansı bir sezintiyə qarşı nəticə yaratmasıdır. Çox zaman ziddiyətli görünən nəticə vəya nəticələrin əslində zidd tərəfləri var. Ana dilimizə yanıltma kimi tərcümə etmək mümkündür. Pardoxe fransızcadan dilimizə keçib. Etimoloji olaraq yunancada paradoxe "qarşı, təzad, ziddiyyətli fikir" kimi tərcümə olunur. Paradoks doğru bir ifadə ya da qrup halında ifadələrdir ki, təzada, yalanlamaya, etiraza sürükləyir vəya situasiya kimi sezintilərə qarşı meydan oxuyur. Paradoks günümüzdə contradiction(etiraz, dilemma, təzad) kəliməsiylə əvəz edilir. Paradoks həmçinin ironik məna kimi istifadə olunur. Lakin çox paradokslar, Curry&quo

Inception:Christopher Nolandan "irreplaceable" əsər

Bu günlərdə vizyonda olan Başlanğıc filmini izləmədən öncə rejissorun kim olduğunu öyrənərkən ağlıma həmən "Memento", "İnsomnia", "The Dark Knight", və "Prestige" filmlərinin altına imza atmış Christopher Nolan gəldi. Bütün bu izlədiyim filmlərdən ləzzət almış birisi kimi o filmin də yetəri qədər maraqlı olacağına şübhəm qalmadı. Əvvəlcə Nolandan danışmaq məncə yerinə düşər ki, ikili pasport(ABŞ və Birləşmiş Krallıq) daşıması təsadüf deyil, ingilis olan ata ad copywriter, ana isə amerikalı olaraq stuardessa vəzifəsində işləyib. Uşaqlığı Çikaqo və Londonda keçən Nolan hələ uşaqlıqdan filmlərə marağını biruzə vermişdir. Londonda ingilis ədəbiyyatını bitirən Nolan artıq film çəkməyə addımlarını atmışdır. Ən çox psixoloji dramalar, siberpunk(William Gibson's 1982 novel "Neuromancer") və dispotik tərzdə çəkilən mövzulu filmləri sözün əsl mənasında bəyənilmişdir. Elmi nəzəriyyələrə, psixoloji hallar və alətlərdən mükəmməl istifadə edən No

Dialog!Dialog!Dialog!

Dialoq kəliməsi Yunancadakı dia və logos kəlimələrinin birləşməsindən yaranıb. Dia vasitəsiylə və yoluyla deməkdir. Logos isə; "kəlimə vəya anlam, söz, ifadə, bir şeyi göstərmək, ortaya çıxarmaq, hərkəsin bir araya gəlməsi" mənalarındadır. Lüğət Mənası: Dialoq bilindiyi kimi iki insanın qarşılıqlı danışması və söhbətidir. Bu mənasıyla dialoq tək insanın vəya onun öz özünə danışması kimi anlaşılan monoloqun ziddidir. Ancaq burada diqqət edilməsi gərəkən, dialoqun vəya monoloqun iki vəya tək insanın bildiyimiz şəkildı danışması deyil. Dialoq,bir mövzu ətrafında iki fərqli görüşə sahib iki vəya daha çox insanın müzakirəsidir. Dolayısıyla dialoq, danışıqda tərəflərin iki vəya daha çox insan olmasından ziyadə fərqli iki görüşün müzakirəsini ifadə edər. Buna qarşılıq monolog, danıçıqda tək vəya bir çox insanın olmasından ziyadə mənəmsənən tək və eyni bir görüş üzərində danışılmasıdır. Dialoq fikir ayrılığını, monoloq fikir birliyini ifadə edər. Dialoq fikir ayrılığı üzərində söhbət

Publicity Stunt

Publicity Stunt qədim zamanlardaki insanların mamontlarla savaşı qədər qədim və bu günümüzdə People jurnalında gənc bir ulduzu axtaran bir kover olaraq damüasirliyi var. Onlar mesaj çatdırmağın effektiv formasıdır və hər PR mütəxəsisinə tanış olamlıdır. Ancaq dəqiqliyi ilə Stunt nədər? Stunt pornoqrafiya kimidir. Lakin problem ondadır ki, heç də nəyin stunt olub olmadığını ya da işləyib işləməyəcəyini tərif etmək çətindir. Kəlimənin kökü ağılsız, axmaq, səfeh ya da qısa, əksik kimi mənaları ifadə edir. Lüğətə isə 1878-ci ildə ilk dəfə aşağıdakı şəkildə daxil olmuşdur: Alışılmamış və çətin iş olaraq böyük məharət və ya cəsarət tələb edən; özəlliklə də diqqət və tanıtım qazanmaq üçün üstlənilən hadisədir. P.T.Barnumdan əvvəl mövcud olan Publicity Stunt bir biznes kimi Barnum tərəfindən belə söylənilmişdir: Saxtakarlıq böyük olarsa, insanlar bir o qədər onu bəyənər. Bir neçə stunta misal çəkək: Bareldə Niaqara Şəlaləsininin üzərindən səyahət Dünya Ticarət qüllələrinin arasında iplə kəndi

Herd(Flock)(Swarm) Marketing/Sürü Marketinqi(1)

Toplu halda hərəkət edən eyni cins canlılar mənasında sürülər və onların davranışları marketoloqların da maraqlarını çəkir. Sürü sözü heyvanları xatırlatdığından sürü marketing xoş bir bənzətmə olmasa da aralarındakı paralelliklərin çoxu da kənarlaşdırıla bilməz. Sürü davranışı, heyvanlar qədər, insanlar üçün də həm sosyoloji, həm də psixoloji, hətta biyoloji boyutlarıyla bir gerçəkdir. Sosyal heyvanlar olaraq da danışılan insanlar daxil çeşidli heyvanlar arasındakı sosyal alışqanlıqlar da sürü davranışının açıqlanmasına köməkçi olabilər. Eyni cinsdən heyvanlar da, sosyal davranışları etibarıyla birbirlərindən ayrıla bilirlər. Söz gəlişi, sarıca arılar nisbətən kiçik və zəif bir ailə yaradarkən, eşşək arıları isə daha böyük və daha güclü koloniyalar olmasına baxmayaraq qışa dayanıqlı ola bilmirlər. Bal arıları isə, sosyal təkrarı tamamlayaraq, yetənəklərindən maksimum səviyyədə yararlanirlar və sürü müdaxiləsinin yüksək bir növünü təmsil edirlər. Aydınlanma çağından bəri, insanların dü

Bəzi sözlərin kimliyi və izahı

Bir sıra sözlər var ki dilimizdə, kökünü, mənasını vəya işlənmə yerlərini bilmirik. Bilməsək belə daha sonradan istifadə etdiyimizdə təxəyyülümüzün nəticəsi kimi yerli yersiz istifadə edirik. İndi isə təqdim edəcəyim sözlərdə müəyyən mənada sizə kömək edəcəyini umuram. moltanı- dinsiz, məzhəbsiz, yolsuz 2. söyüş deməkdir. Sözün kökünü araşdırdım və bəzi nəticələrə vardım. lakonik-qısa, yığcam, azsözlü. Latınca Lakonikus(Spartan) kəliməsindən gəlir, Lakoniya vilayət olaraq Spartanlar tərəfindən əhatə olunub və idarə edilib. Bu vilayətin insanları qısaca fikrini ifadə etməkdə məşhur olublar. nəvvab- Mir Möhsün Nəvvabın adı həmişə mənə rast gəldiyində Nəvvab sözünün nə ifadə etdiyi məni cəlb etmişdir. Naib sözünün cəm halıdır və mənası böyük bir şəxsin vəzifəsini icra edən şəxs. rövnəq- SOCAR-ın prezidenti olan Rövnəq Abdullayevin adının da mənası maraqlıdır. Parlaqlıq, gözəllik və təravət deməkdir. tryuk-ustalıq, məharət 2. oyun, fırıldaq, hiylə verbal-şifahi. Verbal məlumat=şifahi məlum

Grassroots Marketing və Nümunələrlə

Kəliməni açıqlasaq grassroots əsasıyla 2 məna ifadə edir günümüzdə: əsas(fundamental)- the grassroots factor in making the desicion xalqa yaxın. xüsusilə də sıradan insanlara yönəlik Bizim isə istifadə edəcəyimiz isə ikinci olandır ki, xalqa yaxın marketing kimi tərcümə etmək olar. Başlanğıc biznesi üçün potensiyal müştərilər arasında brənd bilinirliyini(brand awareness) və mövcud bazarda qarşıya qoyulan hədəfə uyğun brəndin əsasını qoymaq. Glassroots Marketing texnikalarında hərhansı bir xəyal ya da həvəsdən söhbət gedə bilməz. Bu konteksdə "glassroots"realda alışılmadıq olan bir şeylərdir ki, brəndin müştəriləri ilə görüşməsinə imkan verir, hardaki onlar yaşayırlar və işləyirlər. Bu halda isə tam bir reklamın ziddi kimi çıxış edərək, kütləvilikdən ayrılmış olur. "Əgər sən başlanğıcdasan, sənin tonla pulun yoxdursa, məhz belə halda grassroots sənin istəklərinə uyğundur" In Touch Media Groupun prezidenti Laura Betterly fikrini belə ifadə etmişdir. Bir neçə nümunədə

Sponsorluq,Səbəbləri və Reklam/PR əlaqəsi

Çox əvvəl kraliyət ailəsinin ya da aristokratların heç bir gözləntisi olmadan həyata keçirdikləri sponsoluq, daha sonradan ticari biryön qazandı və edildiyi kimi də, qarşılıq gözlənilir. Rəqabətin daha inkişaf etdiyi, varlığına davam etmək və hədəflərini gerçəkləşdirmək üçün komunikasiya vasitələri içərisində yerini göstərməkdədir. Sponsorluqda mütləq bir gözlənti var. Quruluşlar ümumiyyətlə, imiclərini gücləndirmək, qurum kimliklərini yerləşdirmək, xalqın gözündə yaxşı bir quruluş olaraq qavranılmaq, fəaliyyətdə olduğu cəmiyyətə faydalı olmaq, qurumun tanıtımına soyunmaq kimi səbəblərlə sponsorluq fəaliyyətləri edilməkdədir. Sponsorluğun edilmə səbəblərini reklam, PR və Marketing başlıqları altında toplamaq mümkündür. Buna görə də, edilən bir sponsorluq fəaliyyətinin məqsədlərini kəskin sərhədlərlə birbirindən ayırmaq çəindir. Ancaq hansı məqsədlə edilirsə edilsin, sponsorluqda təməl məqsəd qarşılıqlı fayda əldə etməkdir. Sponsorluğun böyümə səbəbləri aşağıdakılardır: Məhdudiyyətlər,

Radionun Üstünlükləri və Əksikləri

Bir Reklam aləti olan Radionun ilk öncə üstünlüklərini daha sonra əksiklərini hazirladım və sizlərin ixtiyarına verirəm. Öncəliklə üstünlükləri: Üç ənənəvi yayğın medya(qəzet,televiziya,radyo) arasından radio, reklam mesajını hədəflərinə seçdiyi mövzuda en yaxşı şansı təklif etməkdədir. Belə ki, müştəri qrubu cinsiyyət, yaş, gəlir səviyyəsi bilindiği zaman əlavə də bura dinləyici profilini də qatsaq, hədəf qrupuna uyan radyo stansiyası uyğun gəldiyi zaman, radyo en uğurlu hesab olunur. Radyo eyni zamanda irəlidədir ki, böyük kütləyə əl uzadır. Radyonun dinlənməsi çox çaba gətirmədiyindən, insanlar başqa bir işlə məşğul olsalar belə, radyoyu dinləyərlər. Radyonun hər yerdə ola bilməsi, kiçik ölçüdə ola bilməsi, daşına bilməsi en güclü özəlliyidir. Radyo bir nevi mütəxəsisləşmişv bir alətdir. Onun ixtisaslaşması, müəyyən proqramlarla və stansiyalarla bəlirli bir dinləyici qrupunu daimi əlində saxlama uğurudur. Radyo konkret bir bölümlənmiş bir medya pozisiyasındadır. Radyo reklamları tel

Paradigma-Paradigm Shift-Paradigma dəyişimi

Birisi metroyla gedir. İki uşağı da orda olur. Sağa sola qaçan uşaqlar ətrafdakılara mane olur, səs küyləri ilə onları təngə gətirirlər. Belə olan halda ən yaxındakı qadın uşaqların atasına səslənir: - Siz niyə uşaqlarınızı kontrol etmirsiniz? -Biz indi xəstəxanadan gəlirik, xanımım bugün vəfat etdi. Nə edəcəyimi bilmirəm. Paradigma dəyişimi, qısaca hərhansı bir sahədə yerləşən yazılı və yazılı olmayan bütün qaydalar və tətbiqlərin bütününə verilən bir addır. Paradigma başqa bir deyişlə bir modelin, bir dünya gərüşünün, qavrayış və anlayışın adıdır. Bir paradigma, uzun çəkən təcrübələr və uğuru qazanılmış prosesləri içərisinə alabilər. Ancaq bu o demək deyil ki, paradigma hər zaman uğurlu hesab olunmamalıdır. Yeni, bir paradigma öz yeni gətirdiyi qaydalarla əvvəlkini qüvvədən salacaq şəkildə bütün qaydaları(ehkamları) məhv edərək öz qaydalarını qoyduğunda artıq əvvəlki üçün uğurlu olabiləcək bir zəmin qoymamış hesab olunur. Kelimeni 1960-cı illərdən bu tərərfə daha çox dəbə mindirən Th

Mentalitetə ümumi baxış

Artıq çeynənmiş bir kəlimə olan mentalitet hər bir bu ölkənin vətəndaşının yerli yersiz, istər interwert olduğunun, ister extrawert olduğunun fərqində olmasa belə,problemlərin, defektlərin,əksiklərin, yənisi bildiğim bütün neqativ kəlimələrin mayası hesab olunur. Əlbəttə oxumuyan çox insanda kelimənin özündə nə ifadə etdiyini, hansı sərhədləri çevrələdiyini dərk etmədən təqlidçi simasıyla situasiyadan asılı olaraq istifadə etməkdədir. Latınca bir kelimə olan mental ruh, ağıl, zehin, zəka mənasında istifadə olunur. Digər dillərdə kəlimənin qarşılığı almanca geistig, seelisch , italyanca mentale , ispanyolca mental, rusca умственный kimi tərcümə olunur. İsim halı olan Mentalitet ingilisce de mentality kimi yazilsa daç dilimizə ruscadan, təbii ki də o dilə almancadan keçib. Düşüncə tərzi, ümumi baxış, anlayış, zehniyyət kimi isim halında dilimizə çevrilir. Bu məqaləmdə isə mental kəliməsinin keçdiyi bir çox sözləri yazıb müəyyən təsəvvür yaratmaq istəyirəm: Mentalism- Zehin fəlsəfəsi demə

Covert Adverting-Product Placement-Məhsul Yerləşdirmə(1)

Yol filmini izlədiğimdə çox təsir edici bir səhnəni hələ günlərlə unutmayacağıma əminəm(Hansı Yol filmini desəniz haqlısız, çünki 9-nu mən eşitmişəm, mövzu bahis isə http://en.wikipedia.org/wiki/The_Road_(film ). Ata oğluna Coca Colanı Aman Allah necə təqdim edir? Markanın Ata ilə o yaratdığı duygusal bağ(emotional relation) son dərəcə insanı heyran edir. Əlbəttə burda artıq brəndin funksiyonal(functional) değil, simvolik(symbolic) tərəfi əsas rol oynayır. Yaxşı həmin markanın o filmdə nə işi var sual etseniz, biz də buna Product Placement deyəcəyik. Ana dilimizdə Məhsul yerləşimi, ya Məhsul Yerləşdirilməsi deyək, açıqcası çətinlik çəkirəm. Product Placement ya Covert Advertising, bəziləri Embedded Marketing deyir, günümüzdə güc qazanmaqdadır. Televiziyalarda eninə boluna göstərilən filmlər, tele seriyallar və ya proqramlarda adı çəkilən brənd adları buna yerində verilmiş nümunələrdir. 1980-ci illərdən rəğbət qazanan bu reklamın növü hələ də aktuallığını qoruyub saxlayır. Sponsorlar ya

Tolstoyun "Dirilmə" əsərindən maraqlı alıntılar(1)

O zaman sədaqətli, hər bir xeyir əş üçün özünü fəda etməyə hazır bir gənc idi; indi isə, yalnız özünü sevən, pozğun, incə-mincə bir eqoist idi. O zaman bu dünya ona əsrarəngiz bir aləm kimi görünürdü və o, fərəhlə, coşqunluqla bu sirlərə vaqif olmağa çalışırd,- indi bu həyatda hər şey sadə və aydın olub, onun düşdüyü həyat şəraitinə görə müəyyən edilirdi. O zaman təbiətin sirləri ilə və ondan əvvəl yaşamış, düşünmüş və duymuş adamlar iş fəlsəfi əsərləri və şeyləri ilə tanış olmaq lazım və vacib idi; indi isə insan cəmiyyəti və lazım olan yoldşları ilə görüşüb-danışmaq daha vacib idi. O zaman qadın onun təsəvvüründə əsrarəngiz və gözəl, məhz elə bu əsrarəngizliyinə görə gözəl bir varlıq id; indi isə qadının- öz ailə üzvləri ilə dostlarının arvadlarından başqa,- hər bir qadının varlığının mənası tamamilı aşkar idi: qadın, artıq dadmış olduğu ləzzətlərin ən yaxşısı idi... Bütün bu dəhşətli dəyişiklik yalnız ona görə baş vermişdi ki, o özünə inanmaqdan əl çəkib, başqalarına inanmağa başlam

Tünd bənövşəyi haqqında

Tünd bənövşəyi rəngini o vaxta kimi diqqətə almazdım ki, Azercell Rebranding edib də bu rəngi aktuallaşdırmasaydı. Bugünün rəngi olan bənövşəyi ingilis dilində violet, almanca violett kimi bu dillərdə istifadə olunur. Etimologiyasına nəzər salsaq fransızcadan violette sözündən gəlir. Bu isı bir gül adıdır. 1370-ci ildən rəsmi şəkildə İngiltərədə violet kimi istifadə olunmağa başlanır. Bu məqaləmdə sadəcə bənövşəyi rənginin əlamətlərini və simvollarını yazmaqla kifayətlənəcəm. Bunlara bir göz gəzdirək: Çin rəssamlığında bir harmoniyanı bildirir, kişi təmsilcisi olan qırmızı, qadın təmsilcisi olan mavi rəngin qarışığıdır. İngiltərədə şokaladların rəngi də bənövşəyi boyanır, bu paketləmə rəngi lüksə işarədir. Almaniyada Dortmunda əsası qoyulmuş The Violet Party, partiyada ən əsas mənəvi dəyərlərə üstünlük verilir. Hinduizmdə, bu rəng yeddinci çaxra Sahasraranın rəmzidir. Qərb kilisələrində Advent və Lent ənənəvi bayramlarda istifadə olunan rəngdir. Düzgün qərarvermənin rəngidir. Mənəvi hi

Multiple Product Advertising(Məhsul Çeşidi Reklamları)

...Gillette MP Power Duracell ilə Senseo kofe maşını Douwe Egberts kofe markası ilə Apple Nike ilə Harley Davidson Best Western Hotel şəbəkəsi ilə... Yuxarıda verdiğimiz Co-Branding nümunələrində reklama müraciət edildiğində ortaya TV vəya outdoor reklamları çıxarsa bu reklam növünə Multiple Product Advertising deyəcəyik. Əsasən bir istehsalçının müxtəlif çeşidli məhsullarının bir arada reklam edilməsidir. Bunu elƏ Ülkerin son reklamlarından biri olan 4 brəndinin birlikdə The Verve qrubunun Bittersweet Symphony instrumental versiyası ilə TV-lərdəki reklamını xatirlayarsız. Bir istehlakçının bir neçə məhsulunu bir yerdə reklam edərək əsas etibarıyla 2 əsas məqsəd üçün həyata keçirilir: 1. Büdcə xərclərini azaltmaq 2. Stokun tenzimlənməsi. Şübhəsiz ki, diqqət edilməsi gərəkən, məhsulların doğru seçilməsidir. Məhsul bölgüsünü nəzərə alsaq, bir məhsul lineyasına(product line) aid olan məhsulların satın alına biləcəyi mümkün olmalıdır. Bu məhsul lineyasına aid olan məhsullar bir b

Viral Marketing(2)

Viral Marketing məhsul tanıtımı və dağıtımı üçün istehlakçı komunikasiya şəbəkələrini istifadə edərək firmanın fəaliyyətdə olmasında rol oynayır. WOM texnikləri İnternetdə də mühümdür. İstehlakçılar ümumən dostlarından gələn bir e-məktub mesajını ən güvənilir qaynaq olaraq görməkdədir. Bunu bir Hotmail misalında da şəffaf şəkildə görmək mümkündür. Hotmailin viral marketinqi istifadə etməkl uğuru, məhsulun dost qrubu tərəfindən dəstəklənməsi vəya dost qaynağından gəlməsiylə əlaqədardır. Dıgər bir deyişlə, sistemin üstünlüğü mesajın yayılmasında iştirakçıların firma görəvliləri değil istehlakçı qrubunun olmasıdır. Bu nöqtədən hərəkətlə məhsulu istifadə edən hər müştəri bəsit şəkildə könüllü satıcı görüntüsü yaradır. Viralda əgər söhbət təşviqatdan gedirsə, bu sadəcə insanlar arasında baş verməkdədir. Son illərdə Viraldaki təcrübələrin artması, xüsüsilə də vizuallığın da yüksək olduğu durumlarda daha populyar bir marketinq forması olaraq ortaya çıxmaqdadır. Bunun yanında Viral, istehlakç
Kütləvi informasiya vasitəsi olan Qəzetlər reklam üçün hələ də rol oynamaqdadır və günümüzdə yenə də yaygındır. http://www.mak.az/forum/index.php?showtopic=164&st=0 dan bir topik bununla əlaqədar görüncə qəzetin reklam üçün yaratdığı üstünlükləri və əksik tərəfləri yazmaq istədim. Reklamverənlərin daxili bazarda yerli bazarlara marketinq təkliflərini çatdırması məsələsidir. Reklamverən qəzetlərin 3 növü var; 1.klassik 2. display 3.əlavə(supplement,insert,advertorial). Öncəliklə üstünlüklərdən başlamaq istəyirəm... Müəyyən bir area və ya cografi bölgüdə çox insanın əldə edə bilməsi mümkündür. Reklamverən şox rahatlıqla reklamın ölçüsündə və teyin edilmiş yerləri seçə bilər. Reklam kifayət qədər geniş ola bilər və rahatlıqla yayımlanar Reklam açıqlığı qəzetdə məhdudiyyət tanımır və oxuyucu onu təkrar təkrar oxuya bilər. Bir çox opsiyonlara sahibdir. Kopyalana bilər və istənilən rəngdə ya ag-qara , ya da rənkli. İnsanlarda sevdikləri və oxuduqlari qəzetlərdə reklamı oxuyur və o qədə