Posts

Showing posts from September, 2010

Səksən yoxsa Həştad?

Image
Müxtəlif dillərdən dilimizə keçən say anlayışlı sözlər yerinə görə müxtəlif nitq hissələri və müxtəlif cümlə üzvləri vəzifəsindən cıxış edir. Belə sözlərin əksəriyyəti fars-ərəb dillərinə, müəyyən bir qismi isə başqa dillərə məxsusdur. Yek. Bu söz ya müəyyən bir sözün əvvəlində, ya da sonunda gəlir, bəzən də müəyyən bir ünsürün köməyi ilə təkrar edilir. Yeknəsəq. Yek fars dilində bir, nəsəq isə ərəb dilində üsul, cür, qayda sözləri mənasında işlənir. Yeknəsəq sözü bir üsulla, bir cür, bir qayda ilə olan iş, hərəkət, tərz və əşya bildirməyə xidmət edir. Yekdil. Ürəyi bir, əlbir, dilbir. Dübarə. İkinci dəfə, yenidən, bir daha Həştad. Səksən sayı dilimizdə paralel olaraq iki şəkildə özünü göstərir. Bu sözlərin hər ikisi Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapmışdır. Səksən sayı Azərbaycanın İran sərhədlərindən uzaqda, fars dili təsirinə məruz qalmayan yerlərində qorunub qalmışdır. İndi öz dövrünə görə az-çox ticarət mərkəzi olan və fars dili təsirinə məruz qalmış yerlərdə i

NLP Lüğətindən Bəyəndiyim Terminlər

Hələ də kursuna davam etdiyim NLP kursundan istifadə edəcəyim anlayışları sizlərlə paylaşmağı qürürla sunuram: As if Frame: Əslində bu an sizdə olmayan bir yetənəyi, bacarığı, edə bilmə gücünü sanki sizdə varmış kimi təqlid etmənizdir. Congruence(Tutarlıq): Bir insanın davranışlarını(səs tonu, fiziyoloji və s.) ilə söylədikləri arasında uyğunluq olduğunda buna tutarlıq ya da bütünlük deyilir. Embadded Question(Gizli Sual): Uzun bir cümlənin içində gizli olan bir sualdır. Danışanda səs tonu ilə ya da jestlərlə ifadə edilir. Matching(Bərabərləşmə): Danışanın davranışını eynən etmək, kopyalamaq, adaptasiya etmək. Ya da bir insan fiziologiyasının bəzi yanlarını eynən kopyalamaq. Eye Accessing Cues(Göz Erişim İpucları): Gözlərin müəyyən yönlərə doğru hərəkət etməsi, görsəl, toxunsal ya da eşitsəl bir düşünməyi göstərir. Mirroring(Aynalama): Bir aynaya baxar kimi, danışanın davranışını ya da fiziyologiyasını eynən əks etdirməsidir.

Abdal kəliməsi

Abdal(Ağdam, Tovuz)- Oykonim qədim türk tayfalarından birinin- abdalın adını daşıyır. VI əsrə aid Suriya mənbəyində Şimali Qafqazın Hun əyalətində yaşayan bir sıra tayfalarla(savir, abaz, bulqar və sair) yana, abdal adlı tayfanın da adı çəkilir. V. V. Bartolda görə abdallar hundurlardır. Abdal adlı tayfa Türkmənistanda, Şimali Qafqazda, Gürcüstanda, İranda və Türkiyədə mövcud olduğu qeyd olunmuşdur. Belə bir tayfanın Azərbaycanda yaşamasını A. Bakıxanov da göstərmişdir. Azərbaycanda bu etnonimdən yaranmış 4 oykonimin mövcudluğu, Laçın şəhərinin 1923-cü ilədək Abdallar adlanması yuxarıda irəli sürülən fikir və faktların doğruluğunu bir daha təsdiq edir. Abdalın Türkçə sözlükdən qarşılığı aşağıdakıdır: 1. Safeviler devrinde İran'da yaşayan Türk oymaklarından biri. 2. Anadolu'da yaşayan oymaklardan bazısı: Geygel Abdalları. 2.Gezgin derviş.2. Dilenci kılıklı, üstü başı perişan kimse Bugünkü Saxa Türkçesinde ,erkək Şamanlara ləqəp olaraq “abıdal” şəklində bir sözcük vardır. Bu sö

Herd(Flock)(Swarm) Marketing/Sürü Marketinqi(2)

Quşlar da cəm halında uçuşur, bəslənir, dolanırlar. Ancaq quşların çevrəyə və birbirlərinə tepkiləri inəklərdən fərqlidir. Bir quş topluluğuna yaxınalşdığınızda quşlar hamısı birlikdə qaçışır, bir sürü kimi davranır, eyni cinsdən quşlar bir arada, eyni tempoyla uçar, göç edərlər. uçuşda eyni enerji təsərrüfü üçün göçəri quşlardan bəziləri V şəklində bir hal formalaşdırırlar, sıra ilə liderlik edib digərlərinin dincəlməsinə köməkçi olurlar. Balıqlar da quşlara bənzəyirlər. Bir arada dolanırlar. Heçbiri liderlik etməz, heçbiri digərlərinə nə edəcəğini deməz. Hər balıq özünə ən yaxındakı balığı gözləyir və gərəktiyində hamısı eyni anda eyni yönə birlikdə hərəkət edir. Ancaq arılar fərqli mənzərə ortaya qoyur. Bir arıya yaxınlaşmaq, onunla təmasda olmaq istədəyinizdə digər arılar bundan bir şəkildə xəbərdar olur və cəm halında, bəlli bir məqsəd yönündə hərəkət edirlər. Arılarla ayrı ayrı deyil, birbiriylə bağlantılı bir sosyal orqanizma olaraq təmasda ola bilirlər. Aralarında həyata kecird