Posts

Showing posts from 2015

Nəfis Çörək niyə də Wonder və ya Bread Alone olmasın?

Image
Bizim Şəmkirdə Nəfis Çörək brendi adı altında müxtəlif çörək məhsullarımız neçə aylardır satışda. Bu brend yeni doğulmuş körpə kimi bütün A-dan Z-yə bütün marketinq yönüylə tam dəstəklənməlidir. Marka dəyəri, tanınırlığı, PR-ı, CRM-i, Mövqeləndirilməsi, Satışı,KSM, İMC və sair və ilaxır. Bu brend elə bir dəyər qazanmalıdır ki, hələ 1921-ci ildə ABŞ-da İndianapolisdə ərsəyə gələn wonder bread kimi, gələcək 4-5 nəsilə ötürülsün. Adamlar günümüzə qədər gəlib bu brendin tam yekün satışı ilə məşğuldurlar. Toplam götürsək 5 məhsul çeşidinə sahibdir ki, bununla da kifayətlənir. Ancaq düşünün ki, artıq ömrü 1 əsrə yaxınlaşır. Xatırlarsaq ki, P&G 2000 adda olan məhsulunun sadəcə elə 50-sinin ümumi gəlirinin 63 faizini təşkil etdiyini təyin etdikdən sonra çox brendlərini ixtisara salmış oldu. Bununla da təkcə böyük ölçüdə Reklam xərclərini, brend böyütmə xərclərini o məhsullar üçün aradan qaldırmış oldu. Fikir də təbii ki fokuslanmış olur. Bu yönündən Nəfis Çörək də az çeşidlə konkret ba

Rəngini sən də dəyiş!!!

Image
Chad Mitchell Trio dan bir JBS yəni John Birch Society mahnısını dinləyincə açıqca anti komunizm sözləri anlaşılır. İndi nəmənə deyə sual etsək, təbii ki 70 il tərkibində olduğumuz SSSR-nin bir parçası kimi bizə də toxunur. Bəs burda Marketinq yönü nədir deyə düşünsək, ağla ilk gələn... Qardaşlar və bacılar, xatırlayırıqsa, marketinqin sadəcə əllə toxunulan məhsulun satışını özündə ehtiva etmədiyini, bunun yanında ideyaların da satışında birbaşa rol aldığını yaxşı bilirik. Biriləri ideya atar, üstünə üstünə yeriyər, əməldə ortaya bir iş qoyar və bir övlad ortaya çıxardar. İdeya yaşayır artıq. Biriləri müxtəlif səbəbdən başına toplanar və hərəkata, cərəyana, təşkilata və ya tək adama çevrilər. Bununla da ortaya ən azından bunun PR-ı ortaya çıxar ,ya da elə satışı gerçəkləşdirilər. İdeyanın da günümüzdə nə sərhədi, nə kimliyi, nə də çox zaman məhdudiyyəti yoxdur. İdeyalar doğulür böyük bazarlarda, hansı ki ABŞ bazarı ən böyük bazardır və ya bütöv Avropa Birliyində. JBS də 1958-

Zənginlik sadəcə mülkiyyət deyil, həm də seçim bolluğudur!!!

Image
17000 min il öncə Fransada Chauvet mağarasında çəkilmiş rəsm əsərlərini düşünə bilirsiniz. Biriləri heyvan kimi 2 felə dayanırdısa, ya ovlanmaq ya da ovlamaq, bunlar sadəcə o dövrdən rəssam olublar. Düşünün sadəcə mağarada rəsm əsəri çəkirsiniz. Bu əminəm ki o dövr üçün anormallıq idi. Çünki normal insanların beyni ilə qarnı eyni funksiyanı daşıyırdı o dövr üçün. Günümüzdə əsər yazsan, musiqi bəstələsən, hətta bir məhsul istehsal etsən, ilk ağlına gələn kəlimə Kütlə sözüdür. Və də israrla kütlənin ortadakı məhsula necə reaksiya verəcəyi və ya onu alıb almayacağı səni daha çox düşündürər. İstehsalçılar məhz rahatlıq və normallıq prinsiplərindən yola çıxaraq kütlənin istəyinə adekvat məhsul ortaya qoyurdular. Ancaq artıq Paul Mccarthy qarşı Arlo Davy Guthrie öz folklar bəstələrində kütlədən ayrı, normal insanlardan fərqli, anormal insanlar üçün musiqi əsərləri ortaya qoymağa başladı. Qısacası Paul kapitalizm deyirdisə, Gipsy Davy sosializm dedi atası kimi. Deməli kütlədən fə

Seyfəli plovu niyə tanınmır?!

Image
Yer Istanbul, S əmt Beyoğlu, Məkan Trabzon Kalkanoğlu Pilavcısı, Təyinat : Restoran Menüdə sadəcə 3 başlıq atılıb Plov, Fasulye,Kərə yağında qovrulmuş ət... Dada gəlincə, şəhanə sadəcə şəhanə. Müştərilərə gəlincə illərin, ayların, günlərin toplanmış köklü ziyarətçiləri... Yer Şəmkir, kənd Seyfəli, Məkan deyil də məkanlar sadəcə kənd evləri, Təyinat: Xəyal Kafesi... Evdə sadəcə evdə dadacağınız Seyfəli plovu. Mövzuya gəlincə, Yerli təamların niyə brendləşməməsidir? Öncə brendinq nədir deyə sorğulasaq, Brendinq, kimlikdir, biznes kimliyidir. Nələr brendinq ola bilər ? Məhsullar, şəxslər və dəyərlər. Məqsəd nədir brendinqdə? Müştəriyə daha asan satış edə bilmək və də müqayisəli üstünlüyün şəffaflıqla üzə çıxması… Məhsulumuz, restoranda satışda olacaq plovdur. Amma plov ümumi isimdir. Plov sadəcə düyü və aş qarasını özündə ehtiva edir. Bizim xüsusiləşdirmək istədiyimiz isə Seyfəli plovudur. Bu bir özbək aşı və ya tacik, nədəki döşəməli, biriləri üçün də sevil

Strateji Marketinq!

Strateji Marketinq, rəqiblərindən üstünlüyünü gözlər önünə sərməklə tam fərqlənmək, həmçinin sabit şəkildə daha yararlı müştərilər üçün dəyər yaradıb onu mühafizə etmək və böyütməkdir.Strateji marketerlərin əsas hədəfi, hədəflənmiş bazarın qarşısında rəqiblərlə müqayisədə pozitiv üstünlüyü təmin etmək və maksimuma çatdırmaqdır. 3 açar sualda biz strateji marketinqi kəşf etmiş olarıq: 1. harada 2.necə 3.nə vaxt Bu da təəcüblü deyil ki, hər bir menecmentin strateji və operational(əməliyyat) komponentləri var.Operational Marketinq yəni Marketinq Menecment, marketinq miksi inkişaf etdirərək, qarşıya qoyulmuş biznes məqsədləri gerçəkləşdirməyi hədəfləyir, ötə yandan Strateji Marketinq isə biznes nədir bugün və nəyə çevrilməlidir, rəqibləri məhv edib üstün dəyər yaratmaq üçün. Strateji Marketinqin rolunu biçimləsək, qərara gəlir ki, 1.Harada rəqabət aparacağıq 2. Necə rəqabət aparacağıq 3. Nə vaxt rəqabət aparacağıq Bu 3 sual cavablansa, o zaman  Marketinq Planlamasından söhbət

Buridan-ın eşşəyi;CEO-nun qərarsızlığı;Zamanın intiqamı

Image
Jan Buridan deyə bir fransız 1300- lü illərdə yaşamış və bugünə qədər də adını duyuran bir rahibdir. Bu zat fəlsəfə deməmiş, teoloji deməmiş, bir də üzərinə fizika ilə başını yormuş. İmpetus kəliməsini də ilk işlədən, Nyutona da bununla müəyyən dəstək olan Buridan, əslində free will(azad iradə) mövzusunda fikirləri ilə irəli getmişdir. Belə ki, 2 eyni ölçüdə və eyni məsafədə  bir eşşəyin qarşısına qoyulan saman tayaları qarşısında qərarsızlıqdan ölmüşdür. Bununla da Buridanın eşşəyi tarix oldu. Bugün sözün əsl mənasında problem yaşanır. Bu problemin adı qərarsızlıqdır. Böyüklər qərar verə bilmirlər. Xatırlarsanız Qasımla Solmazın dialoqunu, Kişi Sözü filmindən. Xatırlamıyanlar izləsin:  https://www.youtube.com/watch?v=4VGvJlOfrsw Deməli Qasımın son qərar verməsi və ortadan qərarsızlığı qaldırması heç unutulmaması nümunələrdəndir. Bizim böyüklər ki, bu filmi izləyiblər. İzləməyiblərsə ayıb, bizdə vur tut 102 film(2001 statiği) var. Tamam, razılaşaq, bu böyüklərin də  təcrübəsi var. A