Friday, September 10, 2010

Səksən yoxsa Həştad?


Müxtəlif dillərdən dilimizə keçən say anlayışlı sözlər yerinə görə müxtəlif nitq hissələri və müxtəlif cümlə üzvləri vəzifəsindən cıxış edir. Belə sözlərin əksəriyyəti fars-ərəb dillərinə, müəyyən bir qismi isə başqa dillərə məxsusdur.
  1. Yek. Bu söz ya müəyyən bir sözün əvvəlində, ya da sonunda gəlir, bəzən də müəyyən bir ünsürün köməyi ilə təkrar edilir.
  2. Yeknəsəq. Yek fars dilində bir, nəsəq isə ərəb dilində üsul, cür, qayda sözləri mənasında işlənir. Yeknəsəq sözü bir üsulla, bir cür, bir qayda ilə olan iş, hərəkət, tərz və əşya bildirməyə xidmət edir.
  3. Yekdil. Ürəyi bir, əlbir, dilbir.
  4. Dübarə. İkinci dəfə, yenidən, bir daha
  5. Həştad. Səksən sayı dilimizdə paralel olaraq iki şəkildə özünü göstərir. Bu sözlərin hər ikisi Azərbaycan dilinin orfoqrafiya lüğətində öz əksini tapmışdır.
    Səksən sayı Azərbaycanın İran sərhədlərindən uzaqda, fars dili təsirinə məruz qalmayan yerlərində qorunub qalmışdır. İndi öz dövrünə görə az-çox ticarət mərkəzi olan və fars dili təsirinə məruz qalmış yerlərdə isə həştad sözü daha çox yayılmış, həm danışıq, həm də ədəbi yazı dilində normal bir söz kimi işlənmişdir. Səksən ədəbi dildə işlədilməsi məqsədəuyğundur.

Tuesday, September 7, 2010

NLP Lüğətindən Bəyəndiyim Terminlər

Hələ də kursuna davam etdiyim NLP kursundan istifadə edəcəyim anlayışları sizlərlə paylaşmağı qürürla sunuram:
  1. As if Frame: Əslində bu an sizdə olmayan bir yetənəyi, bacarığı, edə bilmə gücünü sanki sizdə varmış kimi təqlid etmənizdir.
  2. Congruence(Tutarlıq): Bir insanın davranışlarını(səs tonu, fiziyoloji və s.) ilə söylədikləri arasında uyğunluq olduğunda buna tutarlıq ya da bütünlük deyilir.
  3. Embadded Question(Gizli Sual): Uzun bir cümlənin içində gizli olan bir sualdır. Danışanda səs tonu ilə ya da jestlərlə ifadə edilir.
  4. Matching(Bərabərləşmə): Danışanın davranışını eynən etmək, kopyalamaq, adaptasiya etmək. Ya da bir insan fiziologiyasının bəzi yanlarını eynən kopyalamaq.
  5. Eye Accessing Cues(Göz Erişim İpucları): Gözlərin müəyyən yönlərə doğru hərəkət etməsi, görsəl, toxunsal ya da eşitsəl bir düşünməyi göstərir.
  6. Mirroring(Aynalama): Bir aynaya baxar kimi, danışanın davranışını ya da fiziyologiyasını eynən əks etdirməsidir.

Monday, September 6, 2010

Abdal kəliməsi

Abdal(Ağdam, Tovuz)- Oykonim qədim türk tayfalarından birinin- abdalın adını daşıyır. VI əsrə aid Suriya mənbəyində Şimali Qafqazın Hun əyalətində yaşayan bir sıra tayfalarla(savir, abaz, bulqar və sair) yana, abdal adlı tayfanın da adı çəkilir. V. V. Bartolda görə abdallar hundurlardır. Abdal adlı tayfa Türkmənistanda, Şimali Qafqazda, Gürcüstanda, İranda və Türkiyədə mövcud olduğu qeyd olunmuşdur. Belə bir tayfanın Azərbaycanda yaşamasını A. Bakıxanov da göstərmişdir. Azərbaycanda bu etnonimdən yaranmış 4 oykonimin mövcudluğu, Laçın şəhərinin 1923-cü ilədək Abdallar adlanması yuxarıda irəli sürülən fikir və faktların doğruluğunu bir daha təsdiq edir.

Abdalın Türkçə sözlükdən qarşılığı aşağıdakıdır:
1. Safeviler devrinde İran'da yaşayan Türk oymaklarından biri. 2. Anadolu'da yaşayan oymaklardan bazısı: Geygel Abdalları.
2.Gezgin derviş.2. Dilenci kılıklı, üstü başı perişan kimse

Bugünkü Saxa Türkçesinde,erkək Şamanlara ləqəp olaraq “abıdal” şəklində bir sözcük vardır. Bu sözcüyün Abdal sözcüyünə bənzərliyi diqqət çəkicidir. Azərbaycan’da bir zamanlar aşıqlar yetişdirməkdə ünlü olmuş, Abdal adında bir şəhər bilə varidi. Ayrıca abdal sözü, tarihdə “Ağ hun” adıyla bilinən Eftalitlerin adıyla da bağlantıdır. Qızılbaşlarda Abdallık kültürünün varlığı, XƏzƏr DƏnizi’nin cənub qıyısında yaşayan Türkmən boylarında Abdal adını daşıyan insanlara rastlanabilməsi, Abdalların gizli dillərinin olması, Anadolu’dakı Abdalların,daha çox göçəbə hayatı sürərək, çalğıçı, türkücü ve nağılbaz olmaları, Koroğlu dastanlarını söyləməkdə məşhur olmaları, özlərinə Ələvi deyən bu insanların Əhl-i Beyt’in qulları olduqlarını söyləmələri, Məhərrəm ayında Kərbəla şəhidlərinə yas tutmaları, (Anadolu Abdallarına, ən çox Ələvilərin sıxlıqla yaşadığı yerlərdə rastlanır) ve bunlar kimi birçox misal, gərçəktən bu sözcüyün çox uzaq tarixi kökləri olduğunu gösterir. Çünkü ƏlƏvi olaraq bilinən zümrə, kimi zaman Müslumanlıqla uyuşmayan,bu üzdən çox yerdə qəbul görməyən,gerçəkdə İslam öncəsi yüzillərə aid qədim Türk inançlarını yaşadırlar. Geçmişdə "Abdalan-ı Rum" deyilən və xalq arasında böyük şöhrətləri olan bu kimsələr, çox zaman inançları bozux, sərsəri dərvişlər olaraq gösdərilmiş, şəriət düşmanı olaraq əks edilmişlərdir.

Wednesday, September 1, 2010

Herd(Flock)(Swarm) Marketing/Sürü Marketinqi(2)

Quşlar da cəm halında uçuşur, bəslənir, dolanırlar. Ancaq quşların çevrəyə və birbirlərinə tepkiləri inəklərdən fərqlidir. Bir quş topluluğuna yaxınalşdığınızda quşlar hamısı birlikdə qaçışır, bir sürü kimi davranır, eyni cinsdən quşlar bir arada, eyni tempoyla uçar, göç edərlər. uçuşda eyni enerji təsərrüfü üçün göçəri quşlardan bəziləri V şəklində bir hal formalaşdırırlar, sıra ilə liderlik edib digərlərinin dincəlməsinə köməkçi olurlar. Balıqlar da quşlara bənzəyirlər. Bir arada dolanırlar. Heçbiri liderlik etməz, heçbiri digərlərinə nə edəcəğini deməz. Hər balıq özünə ən yaxındakı balığı gözləyir və gərəktiyində hamısı eyni anda eyni yönə birlikdə hərəkət edir.
Ancaq arılar fərqli mənzərə ortaya qoyur. Bir arıya yaxınlaşmaq, onunla təmasda olmaq istədəyinizdə digər arılar bundan bir şəkildə xəbərdar olur və cəm halında, bəlli bir məqsəd yönündə hərəkət edirlər. Arılarla ayrı ayrı deyil, birbiriylə bağlantılı bir sosyal orqanizma olaraq təmasda ola bilirlər. Aralarında həyata kecirdikləri özəl xəbərləşmələr sayəsində arılar, tək başına fərdlər qədər, cəm halda və sanki tək bir bədənin, orqanizmanın bir parçasıymış kimi də davranırlar. Bor baxıma arıların "sürü"lüyündən, sıradan bir sürü olduklarından söz ediləməz. Bir arıya bir şey etdirə bilməzsən, amma etdiklərinizlə arı ailəsinin bütününə təsir edə bilərsiniz.
Qarışqalar da eledir. Ən ağıllı canlılar olmasalar da, yeyəcək axtararlar və digər qarışqaların arxalarında buraxdıqları iyi təqib edirlər. Milyonlarcası bir araya gələrək, kolonilər, qarmaşıq və aktiv yollar, sistemlər qurarlar. Birbirlərinin bədənlərini istifadə edərək körpülər qurar, aşılması çətin əngəlləri aşarlar.
İnsan topluluqlarında insanlar öz iradələriylə hərəkət edə bilirlər. Qərar və tərcihlərində nisbətən müstəqil davransalar da xarici faktorlar və ya aralarındakı qarşılıqlı təsir etmələr nəticəsində bir sürü və ya bir orqanizma davranışı da göstərə bilirlər.
Dijital texnoloji sayəsində insan topluluqları da öz başına bir bir "swarm" kimi davranırlar. Bir üzvün səsi qısa zamanda 100 hətta milyon insanın səsinə çevrilə bilər. Nə coğrafiya, nə sərhədlər bunu əngəlləyə bilmirlər. Əvvəllər TV qarşısında kiçik qruplarla sosyallaşan insanlar indi öz sosyal şəbəkələri içində onlarca insanla(kobud halıyla 40 nəfər) münasibətdədirlər. Bloq dünyasında bu rəqəm 140-ın üstünə çıxır. Belə yaranan süarmlar çox sürətli hərəkət edirlər.
Birbirlərini tanımalarına, aralarında əhatəli bir münasibət olmasına ehtiyac yoxdur. İstehlakçılar marka və ya məhsul ilə əlaqələrində digərlərinin nə etdiyinə baxır, alıb almama, bəyənib bəyənməmə, yaxınlaşıb yaxınlaşmama növündən bəsit tərcihlərindən təsirlənirlər. Aralarındakı xəbərləşmə və qarşılıqlı təsirlə tək bir orqanizmada olmuşcasına yığın halında davranırlar. Fərdin gücü sürünün gücünə çevrilir.
Sürü marketinqlə maraqlanan araşdırmaçılar və tətbiqçilər, elmin sürülər haqqında özlərinə təklif etdikləri yığılmış təcrübələri, marketinq məqsədləriylə istifadənin yollarını və incəliklərini tapıb inkişaf etdirməyə çalışırlar.
Başsız, lidersiz, ierarxik olmayan orqanizasiyaların da öz özlərinə toplu bir orqanizma kimi, ortaq məqsədlər arxasınca birbirini bütünləyən davranışlar göstərə bildiklərinə dair araşdırmalar və yayınlar da çoxalır. Dəniz ulduzu və hörümçək metaforlarını istifadə edərək, tarixdən da nümunələr verilir. 1500-cü illərdə İspaniya işğalçıları Cənubi Amerikadakı İnk və Mayyaları bir neçə 100 insanlıq əskəri birlikləriylə udmalarının altında, ierarxiyanın ən təpəsindəki kralları ələ geçirərək cəmiyyəti başsız buraxmaları taktiyinin yattığından bəhs edilir. Tarix, eyni İspaniya işğalçılarının bu strategiyalarını təkrarladıqları Şimali Amerikadakı Yankilərə qarşı başarılı olamadıqlarını yazırlar. Yankilər Asteklərə bənzəmirdilər. Yankilərin bir kralı və liderı yox idi. Hər Yanki qrupu digərlərindən müstəqil idi. Bir qrupu yox etməyi bacarsanız belə digər qrublar tamamən sağlıqlı və hətta daha güclü bir şəkildə mücadiləyə girişirdi. Yankilər bir növ orqanizasyonlarıydı, qollarını kəsdikcə çoxalırdılar.

Pazarlama Uzmanı İsmail Kaya"nın blogundan alıntıdır.

Friday, August 27, 2010

Kimyagər:Paolo Kolho"dan Alıntılar(1)

Oxumaqda olduğum ana dilimizdəki Kimyagərdən maraqlı və faydalı bildiyim fikirləri sizlərə ərmağan edirəm:
  • Qalın kitabları oxumaq lazımdır: həm daha çox vaxt aparar, həm də gecələr daha rahat yastıq olarlar.
  • Qoyunlar heç vaxt qərara gəlməyə ehtiyac duymurlar. Bəlkə elə ona görə mənim yanımda qalırlar. Sudan və otdan başqa heç nəyə ehtiyac duymurdu qoyunlar. Nə qədər ki, onların çobanıydı və Əndəlüsün ən yaxşı otlaqlarının yerini tanıyırdı, qoyunlar onunla dost olaraq qalacaqlardı, Günəşin doğuşu ilə batması arasında hökm sürən uzun günlərin bir günü onlar üçün digərindən fərqli olmasa da, kəndlərdə olub keçənlərdən bəhs edən dəliqanlının insan dilini anlamasalar da. Ot və suyla qane olurdular və bu onlar üçün kifayətdir. Bunun əvəzinə yunlarını, dostluqlarına və yeri gəlsə ətlərini belə əsirgəmirdilər.
  • Bir xəyalın reallaşdırmağın mümkünlüyü həyatı mənalı edər.
  • Ən adi şeylər elə ən mürəkkəb şeylərdir və bunları yalnız alimlər anlaya bilər.
  • Hər gün birlikdə olmağa ehtiyac hiss etmədən insan həmişə yeni dost axtarışındadır. Keşiş məktəbində olduğu kimi adam hər gün eyni insanları görürsə bunları həyatının bir hissəsi saymağa başlayır. Gözəl, amma bu insanlar da bu səbəbdən həyatımızı dəyişdirmək istəyirlər. Əgər biz onların görmək istədikləri kimi deyiliksə, məmnun olmurlar, darıxırlar. Çünki, hamı bizim necə yaşamalı olduğumuzu yüzdə yüz bildiyinə inanır.
  • Təəssüf ki, heç kim öz həyatını necə yaşamalı olduğunu əsla bilməz. Eynilə bu, yuxuları həqiqətə çevirməyə bacarmadığı halda yuxu yozan cadugər kimi.

Thursday, August 26, 2010

Empati:lüğətimizdə olmayan söz

Məni tanıyıb da hökm çıxarınca, öncə makosenlerimlə gəzməlisən!

Empatinin tərifini verən sıradan bir Qızıldərili

Empatinin lüğət mənasına gəlincə: Özümüzü bir digər insanın yerinə qoyub, onun kimi hiss edebilmək və düşünə bilmək olaraq tərif edilir. Latıncada "iç, içinə, içində" mənasına gələn "em" ön şəkilçisi ilə yunancadakı "duyğu, acı, iztirab" mənasına gələn patheia sözündən törəmişdir.

Empatinin 3 mərhələsi var ki, öncə müşahidə nəticəsində "o"nun kimi baxa bilmək, sonra "o"nun kimi hiss etmək və düşünə bilmək, və son olaraq da "o"na bunu ifadə edə bilmək.

Empati qurmaq, münasibətləri qurmaqda və doğru sosyallaşmaqda doğru istifadə edilməsi gərəkən önəmli bir özəllikdir. Doğru dozada empati sahibi olmaq, həm özəl, həm sosyal, həm iş ilişkilərində uğuru sağlayan faktorlardan birisidir. Ümumiyyətlə anlaşmazlıqlar əsnasında dilə gətirilən klassik bir cümlə var: " Məni anlamırsan, qavramırsan". Bu cümlənin söylənişiylə bitən ya da dalana girən bir çox əlaqə var. Qarşılıqlı sevgi və birlik əldə etmə istəyi olmasına baxmayaraq ortada bir anlayamama problemi mövcuddur. Bu anlayamama və qavramama probleminin təməlində yatan əksiklik empatinin doğru istifadə edilməməsidir əslində. Ya asandına qaçar və sadəcə öz eynəyimizdən baxmağı seçərik, ya da empati qurmağı həqiqətən də bilmərik.

Empatinin dozu məsələsinə gəlincə, az empati edən insanların ümumiyyətlə sadəcə öz doğrularını qəbul etdiklərini, bir diyərinə qəbul etdirməkdə güc istifadə etdiklərini, qaydasevər, sərt və prinsipli göründüklərini asanca söyləyə bilərik.
Yüksək empati sahibi insanlar isə yoğun bir duyğusallığa sahibdirlər. Bu səbəblə qarşılarındakı insanın acısından və bixoş taleyindən çox təsirlənirlər. Misal, bu insanlar bir kitabı sadəcə oxumazlar, yaşarlar: dolyaısıyla potansiyal olaraq böyük təhlükə altındadırlar. Ancaq güclü bir xarakter və qorunma mexanizması zərər görmələrinə əngəl ola bilər. Obyektiv və real müşahidə etdiyimizdə bu insanların bu dünyaya bilinən ölçülərdə tutunamamış olduğunu fərq edə bilərsiniz. BU cür insanların üstün bir çox özəllik və qabiliyyətinin yanı sıra gərəyindən çox empatiya sahib olduqları üçün öz haqqlarını həqiqi mənada qoruyamamış olduqlarını təyin edə bilərsiniz. Aramsız olaraq qarşısındakını hiss etməyə çalışmaqdan ipin ucunu qaçırıb, özlərini müdafiəsiz buraxdıqlarını asanca görə bilərsiniz. Bu durumun patolojik bir hala gəlməsiylə çox empatiyə sahib insanların, həyatlarının bir zamandan sonra bezikmiş və küsmüş olaraq yaşamaya davam etdikləri bir gerçəkdir. Bu cür insanlar bəlkə o güclü müdafiə istifadə etməkləri tərcih etmədikləri üçün zərər görməyə davam edərlər ömür boyu.

1. Makosen- Cənubi Amerika qızıldərililərin geydiyi dəridən düzəldilmiş, tək parça ayaqqabı, qısa ölçülü, bağsız ayaqqabı.

Wednesday, August 25, 2010

Sərgilər:Uğurlu sərginin tərtibatı

Şirkətlərin məhsul və xidmətlərini ziyarətçilərə təklif etdikləri, alıcı ilə satıcının qarşılaşdıqları fəaliyyətdir. Ölkə və beynəlxalq sərgilər olaraq qruplara bölünür. Bir ölkədə istehsal olunan məhsul başqa bir ölkədə sərgidə nümayiş etdirilə bilər. Bu səbəblə ixracat edən şirkətlər müəssisələr üçün fürsət yaradır. Sərgilər ixtisas və ümumi olaraq 2 qrupda toplanır. İxtisas qruplar müəyyən bir məhsul qrubunu(Hannover texniki maşınların), ümumidə isə fərqli məhsul kateqoriyaları təmsil olunur.
Ümumi sərgilər, geniş kütlələrə firma ya da məhsulun tanıtılması adına köməkçi olarkən, ixtisas sərgiləri isəxüsusi və məhdud bir mövzuda yəni firmanın istehsal sahəsindəki hədəf kütləsinə səslənə bilməsi adına olduqca fərqli reklam medyalarıdır.
Gərək ixtisas sərgilərində gərəksə ümumi sərgilərdə, firmalar məhsullarını və xidmətlərini anladan və göstərən standlar qurmalarının yanı sıra, bu standlarda hədəf kütlənin diqqətini çəkəcək reklam aktivitələrinə müraciət edirlər. Bu işlərin çərçivəsinə bəzən multiviziy, kataloq, braşura kimi məlzəmələrdən faydanılmaqdadır. Ancaq burda diqqət edilməsi gərəkən bir nöqtə var. Hədəf kütləni doğru təyin edib onlara uyğun mesaj verilməsi və doğru sloqanların səsılənməsi vacibdir.
Sərgilərin daha uğurlu həyata keçirilməsi üçün aşağıdakılar diqqət edilməlidir:
  1. Sərgədə iştirak edən şirkətlər bir qurum altında birləşməlidirlər.
  2. Eyni mövzudakı sərgilərin ildə öngörüləcək sayını aşmaması önəmlidir. kürk sərgisi ildə bir dəfə, isitmə soyutma sərinkeş sərgis ildə iki dəfə, tekstil sərgisi isə ildə üç dəfədən artıq olmamalıdır.
  3. Hər sərginin kataloqu, məhsul və iştirakçılara görə edilməlidir.
  4. Hansı sərgilərin hansı tarixdə, harad ediləcəyi öncədən uyğun bir şəkildə elan edilməlidir.
  5. Sərgilərdə lider qurumların iştirak etmələri üçün bu qurumlara özəl yer ayrılmalıdır və özəl qiymətlər düşünülməlidir.
  6. Sərigi müdəti zamanı qonaqlama məsələsi diqqətə alınmalıdır.
  7. Sərgidə sərgi mövzusu ilə əlaqədar özəl panel və konfranslar orqanizələşdirilməlidir.
  8. sərgi üçün yemək və reqrasyon işi də həll olunmalıdır.
  9. Sərg ilə əlaqədə oln şirkətlərin bir PR-Reklam-Pubicity firmasıyla işbirliyi içərisində olmaı lazımdır.
  10. Sərgiyə gələn iştirakçılar üçün ehtiyacı olduğu zaman danışma mərkəzi(consulting) ər xidmətlət düşünülməlidir.