Posts

Showing posts from May, 2022

Qutabçı susursa, Ədalət niyə danışsın?

Image
 Keçən dəfə diqqətimi çəkən bir hadisə baş verdi. Küçə yeməklərindən sayılan qutabçıya yaxınlaşdım və 3 ədəd qarın qutabı sifariş etdim. Həmişə getdiyim yerdir. Maraqlı olan mənimlə birgə başqa bir qutabsevər də sifariş vermişdi, 4-ünü də o dedi. Ardıcıllıqla sifarişlər gəldi və yeməyə başladı. Qutabsevər tanımadığım şəxs kök idi və çox ləzzətlə yeməyə davam edirdi. Sürətli yediyi üçün, yenidən sifarişə keçdi və 4 dənə daha sifariş etdi. Burada artıq mən qutabçı xanımlara baxdım və diqqətlicə süzdüm. Onlar kök müştəriyə daha 4 qutabın ona çox olacağını və kökəldəcəyini xəbərdar etmədilər. Tam əksinə, daha cəld hazırlamağa qoyuldular. Anladığım tək oldu ki, qutabı çox satmaq və hərkəsə satmaq onun təməl məqsədidir. Şişman adamı daha da çəkisinin artacağını dilə belə gətirmək istəmir qutabçı. Dünyada və istənilən səviyyənin adamı marağı başlayınca ədaləti söndürür və lap elə Mingəçevirdən "rubilnikini" söndürən kimi. Qutabçı belə susursa, sadə xalq və sadə insanlar da susur. On