Qutabçı susursa, Ədalət niyə danışsın?

 Keçən dəfə diqqətimi çəkən bir hadisə baş verdi. Küçə yeməklərindən sayılan qutabçıya yaxınlaşdım və 3 ədəd qarın qutabı sifariş etdim. Həmişə getdiyim yerdir. Maraqlı olan mənimlə birgə başqa bir qutabsevər də sifariş vermişdi, 4-ünü də o dedi. Ardıcıllıqla sifarişlər gəldi və yeməyə başladı. Qutabsevər tanımadığım şəxs kök idi və çox ləzzətlə yeməyə davam edirdi. Sürətli yediyi üçün, yenidən sifarişə keçdi və 4 dənə daha sifariş etdi. Burada artıq mən qutabçı xanımlara baxdım və diqqətlicə süzdüm. Onlar kök müştəriyə daha 4 qutabın ona çox olacağını və kökəldəcəyini xəbərdar etmədilər. Tam əksinə, daha cəld hazırlamağa qoyuldular. Anladığım tək oldu ki, qutabı çox satmaq və hərkəsə satmaq onun təməl məqsədidir. Şişman adamı daha da çəkisinin artacağını dilə belə gətirmək istəmir qutabçı. Dünyada və istənilən səviyyənin adamı marağı başlayınca ədaləti söndürür və lap elə Mingəçevirdən "rubilnikini" söndürən kimi.



Qutabçı belə susursa, sadə xalq və sadə insanlar da susur. Onlar susursa, onlar üçün niyə danışılsın və ya nələrsə niyə tələb olunsun. Susduqca, şişman oğlanın yenə sifariş edib etməyəcəyini böyük maraqla gözləyirdilər. 

Maddi resursu zəif olan hərkəsin ədalətli olması məncə heç gözlənilməməlidir. Maddi resursu zəif olan zatən ədalətli olsa belə axmaq, lox, yarıtmaz və elə başdan xarab statusu qazanır. Onların ədalətli olması gərəkli deyil. Ancaq ki, qutabçı da elə onu göstərir ki, onda da heç ədalət anlayışı yoxdur. Mən bu durumdan sarsılmadım və narahat da olmadım. Siz də pərişan olmayın. 


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı