Posts

Showing posts from March, 2023

İntihar etmə, "Samaritans"a zəng et!!!

Image
Edward Chad Varah   Tamam başqa bir məlumat arayışında, yuxarıdakı isim qarşıma çıxdı. Yaxşı da araşdırmağa başladım. Bu şəxs İngiltərədə bağlı olduğu kilsədən yola çıxaraq bir ilkə imza atmışdır. 7 gün 24 saat çalışan və fasiləsiz xidmət göstərən telefon zənglərinə cavabı ancaq intihar etmək istəyən şəxslərə xidmət kimi təqdim etmişdir. Hardan çıxdı bu yola desək, 1935-ci ildə özünün ilk yas mərasimini idarə edəndə kilsədəki özünə qəsd etmiş 14 yaşındakı qızın mərasimində çox təsirlənmişdir. Bu təsir uzun illər onu düşündürmüşdür, çünki bu kiçik qız çox sadə səbəbdən, daha doğrusu yetərli məlumatsızlıqdan özünə qəsd etmişdir. Nəhayət, 1953-cü ildə özünəqəsdin qarşısını almaq üçün ilk telefon yardım xətti xidmətinin əsasını qoydu və nəticədə noyabrın 2-si ilk zəng daxil oldu. Xidmətin adını Samaritans qoyaraq, keçmiş Kənan ölkəsində məskunlaşmış samirilərə ithaf olunmuşdur. Samirilərin çox özünə məxsus tarixçəsi var. Qısacası onlar bugün də var və sayları az da olsa Halon, İsrail