İntihar etmə, "Samaritans"a zəng et!!!

Edward Chad Varah

 

Tamam başqa bir məlumat arayışında, yuxarıdakı isim qarşıma çıxdı. Yaxşı da araşdırmağa başladım. Bu şəxs İngiltərədə bağlı olduğu kilsədən yola çıxaraq bir ilkə imza atmışdır. 7 gün 24 saat çalışan və fasiləsiz xidmət göstərən telefon zənglərinə cavabı ancaq intihar etmək istəyən şəxslərə xidmət kimi təqdim etmişdir. Hardan çıxdı bu yola desək, 1935-ci ildə özünün ilk yas mərasimini idarə edəndə kilsədəki özünə qəsd etmiş 14 yaşındakı qızın mərasimində çox təsirlənmişdir. Bu təsir uzun illər onu düşündürmüşdür, çünki bu kiçik qız çox sadə səbəbdən, daha doğrusu yetərli məlumatsızlıqdan özünə qəsd etmişdir.



Nəhayət, 1953-cü ildə özünəqəsdin qarşısını almaq üçün ilk telefon yardım xətti xidmətinin əsasını qoydu və nəticədə noyabrın 2-si ilk zəng daxil oldu. Xidmətin adını Samaritans qoyaraq, keçmiş Kənan ölkəsində məskunlaşmış samirilərə ithaf olunmuşdur. Samirilərin çox özünə məxsus tarixçəsi var. Qısacası onlar bugün də var və sayları az da olsa Halon, İsraildə yaşamağa davam edirlər. Yəhudilərdən fərqləri var və islam dininə də yaxın bir çox adətləri özlərində daşıyırlar.





Gələk məqalənin ana mətninə, bu xidmət haqqında məlumat Daily Herald-da elan edildikdən sonra ciddi şəkildə zəng sayları artmağa başladı. Bugün də çox ciddi fəaliyyət göstərməkdədir. 201-ə yaxın filialı və 2015-ci il datalarına görə 21200 könüllüsü olan bu mərkəz hardan hara gəldi. Könüllülər 18-24 yaş arası seçilir və ciddi şəkildə təlimlərə tabe tutulurlar. Düşünün ki, könüllülər arasında Radiohead qrupunun drummeri yəni bateristi Phil Selway də fəaliyyət göstərir. Hər gələn 5 zəngin 1-i özünəqəsd ilə bağlıdır və nəticədə xidmətin məqsədi intiharların sayını minimuma çevirməkdir.  Hərçənd ki,  Varah, 2004-cü ildə üzüntüsünü bildirdi və artıq yaratmış olduğu mərkəzin yeni rəhbərinin əsas məqsəddən kənarda qaldığını və intihar mərkəzi yox, duyğusal(emotional) dəstək mərkəzi olduğunu iddia etdi.

Samariyalıların işinin əsası bütün gün olaraq 24 saat, ildə 365 gün işləyən bir yardım telefonuna cavab verməkdir. Samariyalılar " İngiltərədə qurulan ilk gecə-gündüz telefon etibar xəttinin əsasını qoydular. Bundan əlavə, təşkilat üz-üzə müzakirə etmək üçün "birbaşa əlaqə" xidməti təklif edir, festivallarda və digər açıq hava fəaliyyətlərində təlim köklü işlər aparır, məhkumlara həbsxanalarda dəstək vermək üçün seçdikləri "Dinləyicilərə" özünəqəsdlə bağlı təliçlər keçir və intihar və emosional sağlamlıq problemləri ilə bağlı araşdırmalar aparır. 1994-cü ildən bəri Samaritanlar məxfi e-poçt dəstəyi də təklif edir. Xidmət əvvəlcə bir filialda təqdim edildi, İndi 198 filial tərəfindən təmin edilir və təşkilatın baş ofisindən əlaqələndirilir. 2011-ci ildə Samariyalılar, İngiltərənin xaricindən bir çoxu da daxil olmaqla 206.000-dən çox e-poçt aldılar və hər birinə 24 saat ərzində cavab vermək gücünə sahibdirlər.

Saytlarına baxdım, əsas gəlirləri ancaq xibə yəni maddi könüllü dəstəklər əsasında büdcə formalaşır.2 cür ödəmə durumu təklif olunur:

1. aylıq ödəniş

2. bir dəfyə məxsus(one-off payment)

Saytları da budur: www.samaritans.org

Gələk bu xidmətin bizə düşəcək payına. Bizdə niyə yoxdur? sualını etməyəcəm və ya başqa mühakimələrə də fikrim yoxdur. Bu iş bizdə varmı? Hansı səviyyədə fəaliyyət göstərir? Yoxdursa, bunu etməyi düşünməyin vaxtıdır. Məlumdur ki, bir çox dini qurum, icma və ya sektalar var ki, bunlardan da yola çıxıla bilər və ya bir neçə könüllü də bu işə qollarını sıvayıb girişə bilər. Kimə maraqlı olarsa müzakirəyə açığam...


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı