Təkdənli buğda, Glütensiz çörək və sadəcə Sizə bir sual!?

Ana dilimizdə Təkdənli buğda səsləndirilir. İngiliscəsi Einkorn wheat olaraq qeyd edilir. Einkorn sözünün kökü isə elə almancadan gəlir. Mənası Təkdənli deməkdir. Bu arada türkcəsi Siyez buğdayıdır. Hətta Ana vətəni də Ön Asiya hesab edilir. Bugünki Anadolu dediyimiz bölgə. Gələk başa. Təsadüf nəticəsində qarşıma çıxan "Siyez ekmeği talebine yetişemiyorlar" məqaləsi bunun üzərinə getməyimə səbəb oldu.

Nədir bu buğdanın fərqli özəllikləri? Ilk başda ən əsas fərqi yeganə buğda növüdür ki,14 xromosomludur. Orqanık buğda növüdür. Heç bir xromosom dəyişikliyinə məruz qalmayıb. Qısacası genetiki dəyişdirilməyib. Daha sonrası, içində sayısız minerallar var və E, B1, B2, B6 və B7 vitaminlərini daşıyan yeganə taxıl növüdür. Eyni zamanda onu da qeyd edim ki, glüten tərkibində çox çox azdır. Həmçinin şəkərin miqdarının da az olması çörəyin istər bayatlamasına istərsə də kiflənməsinə qarşın dayanıqlılığından xəbər verir. Xatırladım ki, çörəkdən savayı, un(şirniyyat məmulatları), ərişdə, mantı və tarhana kimi məmulatlar da servis edilə bilinər.
Sevindirici hal odur ki, bu buğda növü ölkəmizdə də yetişdirilməkdədir. İsmayıllı və Yardımli rayonlarında yabanı şəkildə yetişməkdədir. Bundan başqa toxumla da çoxaldıla bilinir. Onu da bildirim ki, sadəcə bir neçə ölkədə yetişir. Məlumatlı istehlakçılar üçün vazgeçilməz bir çörək növünə çevrilə bilər. İlk başlarda niş bazara və bəlli bir hədəf kütləsinə də xitab etmiş olsa da getdikcə sayı artasıdır. Əlbəttə ki, bu bir çörək növüdür. Gündəlik tələb olunan məhsul növüdür. Türkiyənin Kastamonu şəhərindən İrfan Çakalın dediklərindən yola çıxarsaq, günü gündən tələbatı artan bir çörək növünə artıq çevrilmişdir.
Sloqanı da düşünmək olar ki, "Glütensiz çörək növü". Maraqlıdır, bir neçə iri çörək istehsalçısı olan yerli çörək istehsalçılarının məhsul yelpazələrində glütensiz çörəklər də istehsal olunurmu? Onsuz da 21 əsrdə insanların ölüm səbəblərindən biri də şəkər xəstəliyidir ki, başlı başına bir kütləyə də rahatlıqla çıxış əldə etmiş oluruq. Marketlərimizdə heç də az deyil, diabetik un məmulatları.

Comments

  1. Qlutensiz çörək ancaq Brothause satır, onlarda da qiymət 9.40 AZN-dir.

    ReplyDelete
    Replies
    1. Rüstəm Məmmədov siyez ekmeği sınamısan? Qlüteni 1%-dən də aşağıdır. 1 kg unun qiyməti 7.75 Tl(3.70 azn) edir. http://www.ihe.istanbul/u/siyez-unutam-tane-ogutulmus-52 . Üstünə getsən aşağı da verər qiymətini. Alternativ ola bilər.

      Delete

Post a Comment

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı