"Çörək tapa bilmirlərsə tort yesinlər!" və ya Nemsə Yunis kimdir?

Queen qrupu sevdiyim qruplardan sayılır. Mahnılarından zövq alıram, ara sıra isə mənim üçün yeni olan mahnılarını dinləyər və lirikasını incəliyirəm. Maraqlı mahnılarından Killer Queen ilə tanış oldum ki, ilk sözləri kimi qarşıma çıxan bu aşağıdakı cümlələr kiçik bir yolculuğa çıxardı:

She keeps Moet et Chandon
In her pretty cabinet
'Let them eat cake' she says
Just like Marie Antoinette

 İlk başda Moet et Chandon-dan başlayaq ki, dünyanın ən luxury brandlerindən biri sayılır ki, şampan və şərab istehsalı ilə məşğuldurlar. İl 1743, əkin sahəsi 1150 ha, illik hasilat 28 mln şampan məhsullarıdır.
İçmirəm, amma içənlər dəfələrlə Nemsə Yunisin şərablarını çox tərifləyirlər. Özü ilə buradan reportaj götürülüb. Tanış ola bilərsiniz. Nemsə Yunus
4lüktə rastlaşdığımız şəxs adı isə Marie Antoinettedirsə, onun da adını çəkdiksə, kiçik də olsa məlumat paylaşaq. Əsərimizin baş qəhrəmanı, Marie,  Fransa kraliçası, Kral XVI Lüdovikin arvadı. Avstriya imperatorunun qızı. Habsburg ailəsinə mənsubdur. Əlavə edim ki, Maria Theresanın qızıdır. 


Gələk əsas məsəlyə, şeirdəki," Let them eat cake" in kökü isə çox maraqlıdır. O dövrlərdə Fransada çörək belə tapılmayan zamanlarda, əyanlar Marieyə bunu dediklərində, "Çörək tapa bilmirlərsə tort yesinlər!"(Qu'ils mangent de la brioche) deyə ciddi şəkildə cavab vermişdi.

Çox təəssüf ki, seqmentlərini seçə bilməyən, bazar dilimləməsini doğru gerçəkləşdirə bilməyən onlarla şirkətlər günlük həyatımızda qarşımıza çıxırlar. İşin A-sından tutmuş Z-si daxil olmaqla, məlumatsız və buna açıq olmayan söz sahibləri və qərar verən şəxslər Marketoloqların önə çıxardığı fikirləri dinləmək belə istəmirlər və ya əsassız şəkildə rədd edirlər. Sonda, sıxıntıları dilə gətirən Marketoloqların çözüm yollarını kənara çəkib, "Let them eat cake" deməklə kifayətlənirlər. Müştərisini tanımayan, onun nə istədiyini anlamayan və ya anlatıldığı halda anlamayanlara Marie Antoinette sonluğu arzu etmirik.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı