Posts

Showing posts from 2016

İçəridəsən ya bayırda və ya "the doorway shot" çəkiliş planı

Image
Ölkəmizdə heç qadın stolüstü tennis oyuncusunu demirəm, kişi stolüstü tennis oyunçusu tanıyırsınız ? Mən öz adıma deyim, tanımıram. Tanıdığım şəxslər var, amma onları ətrafımdan tanıyıram. Ya da sizlərin ətrafınızdakı şəxsləri çoxlarımız tanımırıq. Amma Avropa, qalsın hələ  Almaniya, Petrissa Soljanı yaxşı tanıyır, Almanya çempionluğundan ta avropa çempionluğuna qədər yol keçib. Almanca da olsa vikidən bu məlumatı götürə bildim https://de.wikipedia.org/wiki/Petrissa_Solja . Varsa bizdə də belə bir tennis oyunçusu, paylaşmağınızı dilərdim.  Gələk sədətə.  Yaxşı bilirik ki, Marketinq sadəcə malların və xidmətlərin deyil həmçinin şəxslərin də bazarlaması üzərində durur. Hansı ki, bir baseballda pitcher olaraq şöhrət qazanan Denny Mclainin narkotik vasitələrindən istifadəsinə görə türmədə yatmasından yola çıxaraq, narkotikə qarşı proqramlar hazırlayan bir çox şirkətin, onun TV-də çıxışını təşkil etməsi ola bilər. John Belushinin yoldaşının, ona gərçəktən sadiq olan həyat yoldaşını

"Mayak 13"-ü neçə nəfər tanıyır?

Image
Mill brendlər yaranmalıdır, yaranmalı idi, hələ də gec deyil. Beynəlxalq brendlər də zamanında yaranıb, yaşayır və yaşadılır.  Bu qlobal brendlər öz ölkələrindən çıxınca, misafir olduqları ölkəyə gəlincə nə edirlər? deyə sual etsək, bugünün yeni bloquna nəfəs vermiş olarıq. Tam təsadüf, McDonaldsın Maharaja Mac yeməyini görməsəydim, həm də qoyun ət i , yüzdə yüz qoyun ayaq əti, bu bloq yazıma mövzu tapa bilməzdim. http://mcdonalds.wikia.com/wiki/Chicken_Maharaja_Mac geniş məlumatı burdan əldə edə bilərsiniz. Gələk, əsas məsələyə ki, necə olur qlobal brend Hindistanda tam fərqli bir menyu listəsilə fəaliyyət göstərir. Deməli, McDonalds başbilənləri gözəl bilirlər ki, H i ndsitanda hələ də bir ailənən ortalam a illik gəliri 800 dolları keçmir. Ancaq bu orta səviyyədə də yaşayan bir 260 mlnluq bir bazar var. Demək ki, bu yerli bazara uyğun və ekonomik sayılacaq məhsullar işləmək lazımdır.  Gələk, digər ölkəyə, Finlandiya. Ən çox kofe istifadə edilən ölkələrdən sayılır ki,

10 möhtəşəm alternativ həyat tərzi!!!

Image
Kəsəsi , 1.İcmalar, Məbədlər, Sektalar Bu üçündən də var, istəmədiyiniz qədər. İcmalara gəlincə ən az 20-dən çox qanun qayda ilə fəaliyyət göstərən bu icmalar, sektalar neçə illərdir ölkəmizdə. Inanmırsansa, onda bir göz at buna  http://scwra.gov.az/pages/96/  Bunlar da başlı başına cəmiyyətimizdə yer alırlar. Olun onların bir parçası. 2. The Rainbow family Adamlar hippidir. 60-cı illərdən gələn adətlər yaşayır. İldə bir neçə dəfə bir yerlərə toplaşırlar. Burdan ora ordan bura gəzirlər. Həyat fəlsəfələri çox bəyəniləndir. Məşhur mahnıları da ... Kibrit və ya Yeraltı nda duya biləcəyiniz bu mahnının real qəhrəmanlarını təəssüf ki, hələ də ölkəmdə görə bilmədim. Ən son keçən il Smolensk-də toplanan Hippilər bir festival da keçirdilər. Şəkilləri linkdən izləyə bilərsiniz.  http://galeri.mynet.com/guncel/gokkusagi-insanlari-8650/1 3. Daldalanma və ya Sığınacaq/Şəhərdən uzaq ev Bu daha çox şəhərdən uzaqda təhsil mərkəzləridir ki, ABŞ-ın müxtəlif ştatlarında rast gəlinir

Inordinacy can win Ordinacy!

Image
2016-ci ilin ilk günü. Pawn Sacrifice filminin təsiri altındayam. Filmin ana məğzini anlamaqla dövrümüzün bu çətin günlərində anladığım tək şey: Bizə təqdim olunan seçimləri rədd etməkdir və əvəzində Bir Həmlə etməkdir. Filmin izlənilməsi linki  buradan mümkündür. Bəli bunu anlamaq heç də cətin deyil, Alışılmış seçimlər və ya bizi artıq həbs edən düşüncələr bir kənara atılmalıdır. Biz nə üçün sarsılmış və qorxmuş, ümidsiz və ya bigüman yaşamalıyıq. Biz artıq öz seçimlərimizlə, öz dəyərlərimizlə, azad ruh daşıyan yeni nəfəslərlə nəfəs almalıyıq. Bunun üçün sadəcə bildiyimiz həqiqətlərlə deyil, bilmədiyimiz həqiqətlərlə davranmalıyıq. Çünki bu bizim zəfərimiz olar. Zəfər niyə , çünki biz müamma sərgiləyərək, ziqzaqlarda ilişib qalmışları dirildərik onu əldə edə bilərik. Bizə oynanılan oyunları bozmaqla, itirilmiş başları istədiyimiz oyunlara gətirərək öz seçimlərimizi gerçəkləşdirə bilərik. Azca ara verək, White Rabbit mahnısını dinləyək. Filmə gözəl rəng qatan Jefferson Airplane-i