Posts

Showing posts from April, 2015

Buridan-ın eşşəyi;CEO-nun qərarsızlığı;Zamanın intiqamı

Image
Jan Buridan deyə bir fransız 1300- lü illərdə yaşamış və bugünə qədər də adını duyuran bir rahibdir. Bu zat fəlsəfə deməmiş, teoloji deməmiş, bir də üzərinə fizika ilə başını yormuş. İmpetus kəliməsini də ilk işlədən, Nyutona da bununla müəyyən dəstək olan Buridan, əslində free will(azad iradə) mövzusunda fikirləri ilə irəli getmişdir. Belə ki, 2 eyni ölçüdə və eyni məsafədə  bir eşşəyin qarşısına qoyulan saman tayaları qarşısında qərarsızlıqdan ölmüşdür. Bununla da Buridanın eşşəyi tarix oldu. Bugün sözün əsl mənasında problem yaşanır. Bu problemin adı qərarsızlıqdır. Böyüklər qərar verə bilmirlər. Xatırlarsanız Qasımla Solmazın dialoqunu, Kişi Sözü filmindən. Xatırlamıyanlar izləsin:  https://www.youtube.com/watch?v=4VGvJlOfrsw Deməli Qasımın son qərar verməsi və ortadan qərarsızlığı qaldırması heç unutulmaması nümunələrdəndir. Bizim böyüklər ki, bu filmi izləyiblər. İzləməyiblərsə ayıb, bizdə vur tut 102 film(2001 statiği) var. Tamam, razılaşaq, bu böyüklərin də  təcrübəsi var. A