Posts

Showing posts from January, 2020

Bagenger'in qısa tarixçəsi!

Image
Yeni ilə çox az qalmış Toğrulla razılaşdıq ki, artıq vaxtdır. Proyekti işıqlandıraq. Uzun zamandır sürətli poçt daşıma, kuryer xidməti ilə məşğuluq. Məlumdur ki, şirkətimizin ilk dövrü çətin, daha sonra daha çətin, ən son yüksələn istiqamətdə davam etmişdir və etməkdədir. Bu dövrdə artan tələbatlara əsasən beynəlxalq məktub daşımaları aktuallaşmağa başladı, fəaliyyətimizi daha da genişlətməyi düşünüp, beynəlxalq kuryer şirkətləri ilə əməkdaşlıq üçün qolları sıvadıq. Və budur nəticə, artıq Kanadaya sənəd göndərməkdən tutmuş, Nigeriyadan məktub gətizdirməyi də gerçəkləşdirə bildik. Ancaq, ilk başda bizə niş bazar kimi gələn bir qrup potensial müştərinin də getgedə sayının artması, bizim Bagenger proyektimizə zəmin hazırladı və keçən ilin əvvəlindən üzərinə düşündüyümüz proyektə start verməli olduq. Adını Rəşidlə keçən il aprel ayının 14-də rəsmiləşdirdik. Bag+Messenger in qısaltması olaraq düşündük. Dərhal da domainini aldıq. Adını yabancı dildə qoymağımızın əsas səbəbi bu proje alı