Bagenger'in qısa tarixçəsi!

Yeni ilə çox az qalmış Toğrulla razılaşdıq ki, artıq vaxtdır. Proyekti işıqlandıraq.
Uzun zamandır sürətli poçt daşıma, kuryer xidməti ilə məşğuluq. Məlumdur ki, şirkətimizin ilk dövrü çətin, daha sonra daha çətin, ən son yüksələn istiqamətdə davam etmişdir və etməkdədir.
Bu dövrdə artan tələbatlara əsasən beynəlxalq məktub daşımaları aktuallaşmağa başladı, fəaliyyətimizi daha da genişlətməyi düşünüp, beynəlxalq kuryer şirkətləri ilə əməkdaşlıq üçün qolları sıvadıq. Və budur nəticə, artıq Kanadaya sənəd göndərməkdən tutmuş, Nigeriyadan məktub gətizdirməyi də gerçəkləşdirə bildik. Ancaq, ilk başda bizə niş bazar kimi gələn bir qrup potensial müştərinin də getgedə sayının artması, bizim Bagenger proyektimizə zəmin hazırladı və keçən ilin əvvəlindən üzərinə düşündüyümüz proyektə start verməli olduq. Adını Rəşidlə keçən il aprel ayının 14-də rəsmiləşdirdik. Bag+Messenger in qısaltması olaraq düşündük. Dərhal da domainini aldıq. Adını yabancı dildə qoymağımızın əsas səbəbi bu proje alınarsa Beynəlxalq startup layihələrində müraciət etməyimizdir.


Nədir Bagenger? Qısa və sadə dillə desək, səyahət edən sərnişinlərin pul qazanması, sifariş edən insanların sərnişinlərə öz sifarişlərini(sənəd, bağlama,baqaj)sərfəli qiymətlə daşıtdırmasıdır. Biz burada 2 qrup müəyyən etmişik, Sifarişçilər və Daşıyıcılar. Bagenger-də iki istifadəçi qrupu var – Sifarişçilər və Daşıyıcılar. Məqsədimiz Azərbaycandan istənilən ölkəyə gedəcək olan sənəd, məktub və bağlamaların sərnişinlər tərəfindən daşınması, istənilən ölkədən isə Azərbaycana eyni tərkibdə məktub, sənəd və bağlamaların daşınması üçün sifarişçilərlə daşıyıcılar arasında platforma yaratmaqdır. Burada sadəcə buna bənzər və bizdən öncə yaradılmış beynəlxalq startup proyektlərin, Grabr, Parcl kimi şirkətlərin səhvini təkrarlamadıq. İndi isə keçid alaq, məsələnin əsas məğzinə. Bizi yaşadacaq olan bu proyektin əsas gücü elə Sizlərsiniz.  Ona görə də...
 Bu proyektin ilk başda FB səhifəsi və qrup halıyla önünüzdəyik. Bugün üçün bizə Sizin dəstəyiniz ancaq qrupa və səhifəyə üzv olmağınız və müvafiq əlaqələrinizi qrupa və səhifəyə yönləndirmənizdir.
Buradan giriş edə bilərsiniz.




Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı