Posts

Showing posts from January, 2023

Can Yandır kitabından alıntılar-1

 Yeni başladığım Can yandır kitabından alıntılar 1. Roy Oldenberqin elmə verdiyi üçüncü məkan (third place) qavramasını çox bəyəndim. Birinci məkan evindirsə, ikinci məkan işindirsə, üçüncü məkan kitabxana, kofe evi, çayxana və ya kilsə də ola bilər. Üçüncü məkanı da diqqətli seçin çünki o da evdəki rahatlığı sizə verməlidir. Əks halda, daha mutsuz olarsınız. Üçüncü məkanların bir də yaratdığı fikir azadlığı, təşəbbüskarlıq və yeni biznes ideyaları, uyğun tanışlıqlara səbəb verməsidir. Bəlkə də Osmanlı sultanı IV Murad İstanbuldakı qəhvəxanaları buna görə bağlatdırmışdır. 2. Yəhudilərin qədim bir adəti var. Yortsayt. İldə bir dəfə rəhmətə getmiş ölüsünü xatırlayanda 1 sutka dayanmadan şam yandırırlar.  3. Öz Uğursuzluğunu atanın və ya ananın həyatdakı uğursuzluğuna bağlamamalısan. Çünki, Starbucksın qurucusu ən çətin və şəraitsiz mühitdə və bir parça çörəyə möhtac olan ailədə doğulub, boya başa çatsada o fəqir olmadı, əksinə Böyük Dəyərə sahib oldu. Minlərlə işçisi olan bir brendin rəh

Yaşadıqlarım, Eşitdiklərim və Gördüklərim-1

 Yaxın dostlar bilir, zamanla Sizlərlə də bölüşəcəm. Aylar öncə 2 hüquqşünas(biri vəkildir hal hazırda) şirkətimizlə bağlı dövlət orqanlarına  əsassız və qərəzli şikayətlər etmişdir və etməkdədir. Problem davam edir. Ancaq buna hələ gəlmirəm, gələcək tarixlərdə böyük ehtimal məsələni həm yazıb işıqlandıracam həm də onlar haqqında geniş yazacam. İndi isə yaşadığım və əldə etdiyim təcrübələri sizlərlə bölüşmək istəyirəm. Yuxarıda qeyd etdiyim 2 şəxs şirkətdən şikayət etdikcə ,şikayətlər əsasında bir çox dövlət qurumları ilə bizə müraciət etmişdir və bir çoxuna da biz müraciət etdik. Məlum oldu ki, bu işlərin özü başlı başına bir ciddi iş toplusudur və nəticədə məlumatlı olursunuz. Mənim ilk yazmaq istədiyim məhz bizim müraciətlərindən biri olan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərovun qəbuluna yazılmağım və hadisələr çərçivəsində baş verənlər haqqında Sizi məlumatlandırmaqdır. Müraciət, ilk başda Əhməd Rəcəblidə 7 saylı Asan Xidmətin