Yaşadıqlarım, Eşitdiklərim və Gördüklərim-1

 Yaxın dostlar bilir, zamanla Sizlərlə də bölüşəcəm. Aylar öncə 2 hüquqşünas(biri vəkildir hal hazırda) şirkətimizlə bağlı dövlət orqanlarına  əsassız və qərəzli şikayətlər etmişdir və etməkdədir. Problem davam edir. Ancaq buna hələ gəlmirəm, gələcək tarixlərdə böyük ehtimal məsələni həm yazıb işıqlandıracam həm də onlar haqqında geniş yazacam. İndi isə yaşadığım və əldə etdiyim təcrübələri sizlərlə bölüşmək istəyirəm.

Yuxarıda qeyd etdiyim 2 şəxs şirkətdən şikayət etdikcə ,şikayətlər əsasında bir çox dövlət qurumları ilə bizə müraciət etmişdir və bir çoxuna da biz müraciət etdik. Məlum oldu ki, bu işlərin özü başlı başına bir ciddi iş toplusudur və nəticədə məlumatlı olursunuz. Mənim ilk yazmaq istədiyim məhz bizim müraciətlərindən biri olan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdürü Fuad Ələsgərovun qəbuluna yazılmağım və hadisələr çərçivəsində baş verənlər haqqında Sizi məlumatlandırmaqdır.

Müraciət, ilk başda Əhməd Rəcəblidə 7 saylı Asan Xidmətin yanında nəzərdə tutulmuş inzibati binada gerçəkləşir. Bina müasir və təmirli, bütün xidmət fəaliyyətinə uyğun tikilib. Girişdə istiqamətləndirildikdən sonra növbəli rejimdə müvafiq nömrə əsasında qəbula yazılırsınız. Töfsiyə olunan odur ki, Şikayətiniz yazılı şəkildə olsun və şikayətiniz ilə bağlı sizi qəbul edən şəxslə birəbir mövzunu danışırsınız. Daha sonra o sizi dinlədikdən sonra xüsusi qeydlərini götürür və bir növbəti görüşə tarix verir. O tarixdə məhz Fuad Ələsgərovla görüşə bilərsiniz. Yazdığım bu prosedura ilə mən görüşü aldım və təbii ki, müvafiq tarixi gözlədim.

 Ümumilikdə Fuad Ələsgərovla görüş ayda 2 dəfə mümkündür və əsasında bu iki görüş tarixində birini görüşə bilərsiniz. Onu da bildirim ki, 1 dəfə görüşdükdən sonra bir də 6 ay sonra görüşə bilərsiniz. Mən təyin olunmuş vaxtda həmin ünvana yollandım və mənə saat 2-də yaxınlaşmağım bildirilmişdi. Saat 2-də mənə orda növbə üçün nömrə verildi və bu nömrə 61 idi. Bidlirim ki, bu çox böyük növbəni bildirir və o demək ki, saatlarla gözləməli olacaqsan. Buna görə də, təcrübəm olmadığı üçün 6 saata yaxın gözlədim və həqiqətən iş fəaliyyəti boyu müşahidəmə əsasən ciddi şəkildə növbəli rejimi qorudular. Heç bir şəxs kənardan və növbəsiz içəri buraxilmadı. 

Əlavə edim ki, hərkəsi bir otağa cəmlədikdən sonra orada rəsmi nümayəndələr ilk müraciətlərini şikayətçilərə bildirdilər. Əli müəllim deyə hərkəsin müraciət etdiyi vəzifəli şəxs ilk başda şəhid ailələri, qazilərin özü və əlillərlə bağlı müraciətçilərin öncəlik daşıdığını bildirdi. Bu kriteriyalı şəxslər seçildikdən sonra onlar növbəli şəkildə qəbula yazıldılar. Daha sonra isə növbəliliklə geri qalan şəxsləri qəbul etdilər.

Bildirmək istərdim ki, mənim növbəmin gələcəkdə daha tez olması üçün yəni 61-ci yox 5-ci olması üçün nə edə bilərəm deyə qəbul şöbəsində bildirdikdən sonra onlar mənə bildirdilər ki, qəbul günü məhz səhər saat 10-dan yaxınlaşıb növbə almaq olar. O halda növbə daha tez rəqəmli olar. Beləliklə az saylı növbə rəqəmilə daha tez qəbul edilmiş olursunuz.

Qeyd edim ki, bütün bunlar işinizin və vaxtınızın səmərəliliyinə xidmət etmiş olacaq. Nəticədə çox gözləməli olmursunuz. Mənim qəbulumda isə təəssüf ki, Fuad müəllim nəzərdə olmayan bir səbəbdən tez tərk etdiyi üçün müavini Gülnar xanım qəbul etdi. Onun mənim apardığım şikayətə baxması və məsələni diqqətlicə dinləməsi məni ümidləndirmiş oldu. Qaydaya görə, təqdim etmiş olduğunuz ərizəni sizdən alıb, üzərinə qeyd edib, müvafiq orqana göndərirlər.

Və həqiqətən, bir neçə gün sonra mənim ərizəm nəzərdə tutulan dövlət orqanına çatmışdır. Göründüyü kimi, bu prosesdə görüş imkanının yaradılması və kömək edilməsi ilə bağlı müraciətə baxılır. 

Sonda onu bildirim ki, istənilən hüquqi məsələnizdə istəklilik çox önəm daşıyır. Belə ki, sizin məsələnizə biganə qalmamağınız və istəyinizi bildirməyiniz sizə işinizdə yardımçı olur. 

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı