Diqqətsiz olsan, tamahın tələsinə tez düşəcəksən!

 İradə gücünün instinkti 

Kelli Makqoniqal



Təkamül prosesi sıfırdan başlamır, mövcud olanı təkmilləşdirir. Beləliklə insan yeni bacarıqlar əldə etdikdə bizim primitiv beynimiz tamamile yeni bir modellə əvəz edilmir- özünənəzarət sistemi köhnə istək və instinktlərimizdən ibarət sistemi yarıb keçərək yuxarı qalxır

Arzularsız yaşamaq bizi depresiyaya salır, qorxusuz olmaqla isə biz gözlənilən təhlükədən müdafiə oluna bilmirik.İradənizin sınağa çəkildiyi zaman uğurlu olmağımızın bir səbəbi isə bu primitiv instinktlərlə mübarizə aparmaqda deyil, onlardan faydalanmağımızdadır. 

Özünənəzarət insan övladının malik olduğu ən heyrətamiz üstünlüklərindən biridir. Özünütanıma olmadan özünənəzarət faydasız olardı. Siz qərar verərkən iradənin tələb olunduğunu bilməlisiniz, yoxsa beyin həmişə daha asan olanı SEÇƏCƏKDİR!

Motivimizin nə olduğunu anlamadan avtomatik qərarlar çox veririk. Lənətə gəlsin, əksər vaxt biz heç seçim etdiyimizi dərk belə etmirik. Məsələn, bir araşdırmada insanlardan gün ərzində yeməklə bağlı neçə qərar verdiklərini soruşmuşdular. Siz nə deyərdiniz? Orta hesabla, insanlar təxminən on dörd olduğunu demişdilər. Əslində, eyni adamlar öz öz qərarlarının sayına nəzarət etməyə başlayanda orta say 227 olmuşdu. Belə görünür ki, insanlar qeyri ixtiyarı 200-dən artıq seçim etmişdilər. Nəzərə alın ki, bura yalnız yeməklə bağlı qərarlar daxil idi. Əgər nəyə nəzarət edəcəyinizi bilmirsinizsə, özünüzə necə nəzarət edə bilərsiniz?

Stenford Universitetinden Baba Şiv sübut etmişdir ki, insanlar diqqətsiz olanda tamahların tələsinə daha tez düşürlər. 



Fikriniz dağınıq olanda sizi uzunmüddətli hədəfləriniz deyil, impulslarınız idarə edəcəkdir.


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı