Kimyagər:Paolo Kolho"dan Alıntılar(1)

Oxumaqda olduğum ana dilimizdəki Kimyagərdən maraqlı və faydalı bildiyim fikirləri sizlərə ərmağan edirəm:
  • Qalın kitabları oxumaq lazımdır: həm daha çox vaxt aparar, həm də gecələr daha rahat yastıq olarlar.
  • Qoyunlar heç vaxt qərara gəlməyə ehtiyac duymurlar. Bəlkə elə ona görə mənim yanımda qalırlar. Sudan və otdan başqa heç nəyə ehtiyac duymurdu qoyunlar. Nə qədər ki, onların çobanıydı və Əndəlüsün ən yaxşı otlaqlarının yerini tanıyırdı, qoyunlar onunla dost olaraq qalacaqlardı, Günəşin doğuşu ilə batması arasında hökm sürən uzun günlərin bir günü onlar üçün digərindən fərqli olmasa da, kəndlərdə olub keçənlərdən bəhs edən dəliqanlının insan dilini anlamasalar da. Ot və suyla qane olurdular və bu onlar üçün kifayətdir. Bunun əvəzinə yunlarını, dostluqlarına və yeri gəlsə ətlərini belə əsirgəmirdilər.
  • Bir xəyalın reallaşdırmağın mümkünlüyü həyatı mənalı edər.
  • Ən adi şeylər elə ən mürəkkəb şeylərdir və bunları yalnız alimlər anlaya bilər.
  • Hər gün birlikdə olmağa ehtiyac hiss etmədən insan həmişə yeni dost axtarışındadır. Keşiş məktəbində olduğu kimi adam hər gün eyni insanları görürsə bunları həyatının bir hissəsi saymağa başlayır. Gözəl, amma bu insanlar da bu səbəbdən həyatımızı dəyişdirmək istəyirlər. Əgər biz onların görmək istədikləri kimi deyiliksə, məmnun olmurlar, darıxırlar. Çünki, hamı bizim necə yaşamalı olduğumuzu yüzdə yüz bildiyinə inanır.
  • Təəssüf ki, heç kim öz həyatını necə yaşamalı olduğunu əsla bilməz. Eynilə bu, yuxuları həqiqətə çevirməyə bacarmadığı halda yuxu yozan cadugər kimi.

Comments

Post a Comment

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı