Dialog!Dialog!Dialog!

Dialoq kəliməsi Yunancadakı dia və logos kəlimələrinin birləşməsindən yaranıb. Dia vasitəsiylə və yoluyla deməkdir. Logos isə; "kəlimə vəya anlam, söz, ifadə, bir şeyi göstərmək, ortaya çıxarmaq, hərkəsin bir araya gəlməsi" mənalarındadır.
Lüğət Mənası: Dialoq bilindiyi kimi iki insanın qarşılıqlı danışması və söhbətidir. Bu mənasıyla dialoq tək insanın vəya onun öz özünə danışması kimi anlaşılan monoloqun ziddidir. Ancaq burada diqqət edilməsi gərəkən, dialoqun vəya monoloqun iki vəya tək insanın bildiyimiz şəkildı danışması deyil. Dialoq,bir mövzu ətrafında iki fərqli görüşə sahib iki vəya daha çox insanın müzakirəsidir. Dolayısıyla dialoq, danışıqda tərəflərin iki vəya daha çox insan olmasından ziyadə fərqli iki görüşün müzakirəsini ifadə edər. Buna qarşılıq monolog, danıçıqda tək vəya bir çox insanın olmasından ziyadə mənəmsənən tək və eyni bir görüş üzərində danışılmasıdır. Dialoq fikir ayrılığını, monoloq fikir birliyini ifadə edər. Dialoq fikir ayrılığı üzərində söhbət olduğu üçün bir mövzuda ayrı iki fikri deyən istər istəməz ən az iki insan vəya iki tərəf olacaqdır. Monoloq eyni fikir üzərində müzakirə olduğundan, sayca birdən çox insan da olsa, müzakirə yenə monoloqdur.
Fəlsəfi Mənası: Fəlsəfi bir anlayış olaraq dialoqun iki şəkli istifadəsi var. Birincisi, Əflatunun anlayışıdır; ki o, dialoqu fəlsəfi mənada ilk istifadə edən filosof qəbul edilir. İkincisi, Hegel və Hegelçilərin istifadəsidir ki, Hegel ilə dialoq daha geniş istifadə sahəsiylə Dialektik adını alır. İndi isə fəlsəfi bir qavram olaraq dialoqun bu iki istifadə şəklini qısaca açıqlamaya çalışaq.
  1. Əflatun(Platon) və Həqiqətin təyin etmə yöntəmi olaraq Dialoq: Bilindiyi kimi, Əflatunun əsərlərinin böyük bir qisminə "Dialoq" adı verilir. Çünki Əflatun əsərlərində dialoqu doğrunu təyin etmədə fəlsəfi bir yöntəm olaraq istifadə etmişdir. Əflatun ələ aldığı bir məsələ haqqındakı doğru görüşü bir insanın ağzından və yanlış görüşü başqa bir insanın ağzından söylədir və bu iki insan doğru görüşün doğruluğunun ortaya çıxmasına qədər uzun uzadıya müzakirə edirlər. Sonda doğru görüşü müdafiə edən, yanlış görüşü müdafiə edəni inandırmağa çalışır. Beləliklə ələ alınan məsələ haqqındakı doğru görüş, ki bu Əflatunun öz görüşüdür, ortaya qoyulur.
  2. Hegel və Doğrunun Doktrinası olan Dialoq: Hegeldə Dialoq, bir yöntəm deyil, birbaşa doktrinanın, yəni bir mövzu haqqındakı nəzəriyyənin özüdür. Hegele görə başlanğıcda heç bir fəlsəfi fikir tam doğru vəya tam yanlış deyildir; o halda bir mövzu haqqındakı tez ile o tezin inkarı vəya ziddi olan tez birləşdirilməlidir. Bundan daha doğru olan sintez ortaya çıxar. Bilindiyi kimi: Tez, Antitez və Sintez şəklində ifadə edər.

O da var ki Hegelə görə iki zidd fikrin diyaloqunun nəticəsi ortaya çıxan sintez son dayanacaq deyil. Sintez, yeni bir tezdir; bu yeni tezin yeni anti-tezi var. Bunlar da sintezlənərək yeni bir sintez olur. Bu tez-antitez-sintez funksiyası, aramsız yenilərək davam edib gedər ki, buna Hegel Dialektika deyir. Dialektika sona çatarsa tam həqiqət özünü göstərəcəkdir.

Hegelin Dialektikasının elm fəlsəfəsi sahəsindəki əksi, Th.S.Kuhn kimi filosofların elmi nəzəriyyələrinin yaranması "Paradigma" ehtimalıyla izahlarında özünü göstərməkdədir. Elm onlara görə vaxtaşırı yanlışlanan və bunun üçün də zaman zaman bozulan və yenə də zaman zaman yenidən yaranan paradigmalarla yaranmaqdadır.

Ən sonda, dialoq Əflatunda olduğu kimi fəlsəfi bir yöntəm olaraq iki görüşdən birisinin doğrulanması, digərinin yanlışlanmasıdır. Doktrina olaraq Hegel və sonrakılarda olduğu kimi yanlışla doğrunun birbirinə qarışdırılaraq yoğurlanmasıdır.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı