Evangelism Marketing:WOM-un "sub"ı

Evangelizm Marketinq WOM-un bir alt kateqoriyası kimi daha çox inkişaf ederək bəzi müştərilərini inkişaf etdirərək, onların məhsul və xidmətlərinə qarşı münasibətlərini daha da gücləndirir, bu şəxslər də öz növbəsində digər insanlarara bildikləri gerçəkliyi təlqin edib, onların da almasını və istifadəsinə çalışırlar.
Bir çox hallarda Evangilizm Marketing Affiliate Marketinglə(Satış Ortaqlığı) qarışdırılır. Bir irəlidəki yazacağəm mövzulardan birini Affiliate Marketingə həsr edəcəm. Kiçik də olsa onlar arasındakı fərqi aydınlaşdırsaq, affiliate proqramlar təşfiq kimi puldan vəya məhsullardan bir şəkildə istifadə edir, evangelizmdə isə evangeləst müştərilər ətrafa tövsiyə verər və yeni müştərilər qazanar, və əlbəttə ki, heç bir maddi qarşılıq düşünmədən. Evangelist müştərilərin sadə dillə desək məqsədi, başqalarına yarar sağlamaqdır.
Onların getdikcə daha müstəqil hərəkət etməsi, tez tez açar influencer(təsir eləyən) halına gətirir. Faktiki olaraq onlara pul ödənmir ya da şirkətlə hər hansı bir şəkildə əlaqələri olmur.
Evangilizm kəliməsinin ədəbiyyat mənası "yaxşı məlumat gətirmək" kimi tərcümə olunur. Burda da kəlimənin marketinqə transferində müştərilərin məhsula vəya xidmətə sidqi ürəkdən bağlanması və tutmasıdır ki, həqiqət qəbul etdiklərini başqalarına da şiddətlə inandırmağa çalışırlar.
Tarixinə göz atsaq, Guy Kawasaki, evangilizm marketingin babası sayılır. "Başlanğıcın İncəsənəti" və "Rəqibləri necə dəli etməli" kitablarında təməlləri atılmış və israrla WOM-un bu növünün güclülüyünü ifadə etmisşdir.
Sadiq müştəriləri könüllü satıcı necə etməli sualına 6 addımda izləsək, Müştəri Evangelist bu cür yaratmış olarıq:
  1. Customer plus delta(müştərilərin geri bildiriminin toplanması)
  2. Napsterize knoüledge(Rahatlıqla biliyi paylaş)
  3. Build the buzz(ağıllıca wom şəbəkəsi yarat)
  4. Create community(müştərilərin bir araya gəlməsi və bir şeylər paylaşması üçün cəmiiyət qurulmasına təşfiqat)
  5. Make bite-size chunks(ixtisaslaşmış, kiçik təkliflərlə müştəriləri əldə edərək onları qavramaq və sonda tərtib eləmək)
  6. Create a cause(fikrini daha yaxşı dünya yaratmağa, sənayeni qurmağa cəmlə)

Evangelizm Marketinq bütün məhsullara uyğundur. Day nə istəyirsən...

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı