Inception:Christopher Nolandan "irreplaceable" əsər

Bu günlərdə vizyonda olan Başlanğıc filmini izləmədən öncə rejissorun kim olduğunu öyrənərkən ağlıma həmən "Memento", "İnsomnia", "The Dark Knight", və "Prestige" filmlərinin altına imza atmış Christopher Nolan gəldi. Bütün bu izlədiyim filmlərdən ləzzət almış birisi kimi o filmin də yetəri qədər maraqlı olacağına şübhəm qalmadı. Əvvəlcə Nolandan danışmaq məncə yerinə düşər ki, ikili pasport(ABŞ və Birləşmiş Krallıq) daşıması təsadüf deyil, ingilis olan ata ad copywriter, ana isə amerikalı olaraq stuardessa vəzifəsində işləyib. Uşaqlığı Çikaqo və Londonda keçən Nolan hələ uşaqlıqdan filmlərə marağını biruzə vermişdir. Londonda ingilis ədəbiyyatını bitirən Nolan artıq film çəkməyə addımlarını atmışdır.
Ən çox psixoloji dramalar, siberpunk(William Gibson's 1982 novel "Neuromancer") və dispotik tərzdə çəkilən mövzulu filmləri sözün əsl mənasında bəyənilmişdir. Elmi nəzəriyyələrə, psixoloji hallar və alətlərdən mükəmməl istifadə edən Nolan hər çəkdiyi filmdə daha da təcrübəsini artırmış və növbəti uğurlara addımlamışdır. Hələ bu adamın yaşı iyulun 30-da 40 oldu.
Filmi Azərbaycan kinotetrında izlədiyimdə elə ilk dəqiqələrdən mühitdən, problemlərdən, beynimdəki məsələlərdən uzaqlaşdım. Leonardo Di Caprio ilə ilk işi olan Nolan məncə doğru seçim etmişdir, ama bir o qədər də məni təəccübləndirdi. Nədən deyə soruşsanız, artıq 4 filmində oynatdığı Christian Bale kimi oyuncunu niyə bu filmdə oynatmamasıdır. Lakin yenə də filmlərində ikona halına gətirdiyi Michael Caine öz rolunu artıq çoxdan qapmışdı. Sevgi- Elm-Action, maddiyyat və mənəviyyət, xeyir və şər motivlərini birbirinə yogurmuş Nolan heç bir elmi səhvə yol verməyərək qarşımıza çıxaraq, son onilliyin yeni Matrix həsrətinə son qoydu.
İnsanların bir xəyal ərazisi qurub onu paylaşmağı kəşf edən və ora daxil olub da xəyalları paylaşmağı mövzu edən Nolan, Və bu imkan da sənə başqasının şuuraltısına daxil olmağa şərait yaradır. Bunun yanında həmçinin, başqasının beynındən məlumatları əldə edib(extract information) istifadə etmək ideyasıyla film bir ilkə imza atmış olur. Nulan bu fikirlərə dayalı ilhamı Jorge Luis Borgesdən almışdır.
Yenidən psixoanalizin babsı sayılan Zigmund Freydin yuxu ilə əlaqəli nəzəriyyələrini mənimsəyən Di Caprio iki ay məşq edərək rolun baş qəhrəmanı Cobbun içinə girməyi, onu həqiqətən canlandırmağı bacarmışdır.
Filmin izləməyinizi dönə dönə tövsiyə edirəm. Zamanınız hədər getməz.

İyi seyirlər...

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı