Epimenides Paradoksu

Məntiqli bir məsələdir. Bu problemi Giritli bir fəlsəfəçi Knossoslu Epimenides şərəfinı adlandırmışlar. O belə demişdir: Giritlilər hər zaman yalançıdır. Halbuki, özü elə giritli idi.
Epimendisin bu ifadəsi Epimenides Paradoksu adlanır. Zaman zaman Yalançı(Liar) Paradoksu və ya Giritli Paradoksu da adlandırılmışdır. Paradoks burdan qaynaqlanır:
  1. Əgər "bütün Giritlilər yalançıdır" təklifini qəbul edərsək, özü də Giritli olan Epimenidesin yalançı olması gərəkir. əgər Epimenides yalançıdırsa, bütün söylədikləri kimi, "bütün Giritlilər yalançıdır" təklifinin də yalan olması gərəkir. Təklifin həm doğru həm də yanlış olması nəticəsi çıxır.
  2. Əgər "bütün Giritlilər yalançıdır"təklifini yanlış qəbul edərsək, özü də Giritli olan Epimenidesin doğru deməsi gərəkir. Yenə də bir ziddəyyət ortaya çıxır.
  3. Bir təklif həm doğru həm yanlış ola bilməz.

Burda uzun illər riyaziyyatçıların diqqətindən qaçan və nəzərə alınmayan məsələnin canı aşağıdakı kimidir:

  1. "bütün Giritlilər yalançıdır" təklifinin tərsi
  2. "bütün Giritlilər doğrucudur" deyildir. doğrusu
  3. "ən az bir Giritli vardır ki, doğrucudur" olması gərəkməkdədir.

Hər kəliməsinin tərsinin ən az bir cümləsi olduğununkəşfindən sonra riyaziyyatdakı bu tıxac qaldırılmışdır və əslində bunun bir paradoks olmadığı ortaya çıxmışdır.

Bu məlumat işığında dəyərləndirdiyimizdə, "bütün Giritlilər yalançıdır" təklifi səhvdirsə, "Ən az bir Giritli doğru söylər" təklifi doğrudur. Bunlardan birinin də Epimenides olması mümkün olduğundan, paradoks ortadan qalxar.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı