Radionun Üstünlükləri və Əksikləri

Bir Reklam aləti olan Radionun ilk öncə üstünlüklərini daha sonra əksiklərini hazirladım və sizlərin ixtiyarına verirəm.
Öncəliklə üstünlükləri:
  1. Üç ənənəvi yayğın medya(qəzet,televiziya,radyo) arasından radio, reklam mesajını hədəflərinə seçdiyi mövzuda en yaxşı şansı təklif etməkdədir. Belə ki, müştəri qrubu cinsiyyət, yaş, gəlir səviyyəsi bilindiği zaman əlavə də bura dinləyici profilini də qatsaq, hədəf qrupuna uyan radyo stansiyası uyğun gəldiyi zaman, radyo en uğurlu hesab olunur.
  2. Radyo eyni zamanda irəlidədir ki, böyük kütləyə əl uzadır. Radyonun dinlənməsi çox çaba gətirmədiyindən, insanlar başqa bir işlə məşğul olsalar belə, radyoyu dinləyərlər.
  3. Radyonun hər yerdə ola bilməsi, kiçik ölçüdə ola bilməsi, daşına bilməsi en güclü özəlliyidir.
  4. Radyo bir nevi mütəxəsisləşmişv bir alətdir. Onun ixtisaslaşması, müəyyən proqramlarla və stansiyalarla bəlirli bir dinləyici qrupunu daimi əlində saxlama uğurudur. Radyo konkret bir bölümlənmiş bir medya pozisiyasındadır.
  5. Radyo reklamları televiziya reklamlarına nisbətən daha ucuzdur. Reklam proqramının hazırlanması daha qısa bir zamanda və daha az işçiylə edilməkdədir. Xüsusilə də bölgələr də yayımlanan radyolar daha çox tərcih edilir.
  6. Radyo xüsusi bir imic yaratmaqda və gücləndirmə mövzusunda mükəmməldir. Çünki, radyo yalnızca səsə tabe olduğu üçün dinləyici görüntünü öz zehnində yaradır. Bu səbəblə radyoya" zehin teatrı "deyilir. Beləliklə radyodakı səs dinləyicinin xəyal gücünü hərəkətə keçirmiş olur.
  7. Çox insanın mütəmadi olaraq dinlədiyi və özünə yaxın bildiyi, populyar bir radio stansiyası və proqram rəhbəri(DJ) var. DJ-in verdiyi mesajların qəbulu və xatırlanması daha çox ehtimal olunandır.

Əksiklərə gəlincə:

  1. Ən zəif yeri görüntünün olmamasıdır. Mesaj yalnızca səsdən olduğu üçün dərketmə(perception) baxımından vizual medyaya görə zəif qalır. Çünki öyrənmənin 80%-lik bir qismi gözlə olduğu üçün mesajın istənilən şəkildə qavranılıb, təsirinin yaranması gözləniləməz.
  2. Dəqqət çəkmək və qavranılması reklam mesajının çox sıx təkrar edilməsi gərəkir. Çünki, insanlar qəzet oxuma, TV izləməyə vaxt ayırırlar, lakin radio dinləməyə vaxt ayırmazlar. Radionu bir iş gördüyündə dinlərlər. Ona görə də insanlar radio dinlərkən diqqətsiz olurlar. Bunun qarşısı alınması üçün reklam mesajını sıx sıx təkrar etmək lazımdır. Çox sayıda və fərqli reklam mesajları səsləndiyi üçün digər mesajların itmə ehtimalı az deyil.
  3. Zapping(keçkeç) hadisəsi də radyaya da xasdır. TV-lərdə bu hadisəni TV rəhbərləri anlaşaraq eyni zamanda reklama keçir, bu kanalda reklam başladığında o biri kanala keçsən belə orda da reklam. Ancaq bu reklama xas deyil.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı