Mentalitetə ümumi baxış

Artıq çeynənmiş bir kəlimə olan mentalitet hər bir bu ölkənin vətəndaşının yerli yersiz, istər interwert olduğunun, ister extrawert olduğunun fərqində olmasa belə,problemlərin, defektlərin,əksiklərin, yənisi bildiğim bütün neqativ kəlimələrin mayası hesab olunur. Əlbəttə oxumuyan çox insanda kelimənin özündə nə ifadə etdiyini, hansı sərhədləri çevrələdiyini dərk etmədən təqlidçi simasıyla situasiyadan asılı olaraq istifadə etməkdədir.

Latınca bir kelimə olan mental ruh, ağıl, zehin, zəka mənasında istifadə olunur. Digər dillərdə kəlimənin qarşılığı almanca geistig, seelisch, italyanca mentale, ispanyolca mental, rusca умственный kimi tərcümə olunur. İsim halı olan Mentalitet ingilisce de mentality kimi yazilsa daç dilimizə ruscadan, təbii ki də o dilə almancadan keçib. Düşüncə tərzi, ümumi baxış, anlayış, zehniyyət kimi isim halında dilimizə çevrilir. Bu məqaləmdə isə mental kəliməsinin keçdiyi bir çox sözləri yazıb müəyyən təsəvvür yaratmaq istəyirəm:


  1. Mentalism- Zehin fəlsəfəsi demək olar. Zehnin inkişafı düşüncələrin dərinliyidir. Ağıldan da daha əhatəli olan zehin(mental) mentalizm kimi parapsikolji hadisələrlə də eyniləşdirilir. Bununla məşğul olan şəxs mentalist adlanır. 2008-ci ilin The Mentalist filmini izləməyi tövsiyə edirəm. Matrixdəki Spoon Bending hadisəsi də Mentalistlə əlaqəlidir.
  2. Mental floss- bu adlı bi monthly statuslu jurnal dərc olunurş Müxtəlif orijinal məqalələri ilə seviləndir.
  3. Mental disorder veya mental illness- Психическое расстройство vəya türkcədə psikopati kimi istifadə olunur. Termin kimi hələ də qəlibləşməyib. Biriləri şəxsiyyət pozulması, biriləri də normal ruhi vəziyyətdən fərqli bir vəziyyətə keçid kimi qiymətləndirir.
  4. Mental health- həm koqnitiv(qavrama) səviyyəni və duygular açısından sağlığı, həm də mental pozğunluğun yoxluğunu ifadə edir.
  5. Mental retardation- Zəka geriliyi də adlandırılır. İntelektual funksiyanın, mühitə uyğunluq, öyrənmə və problemi çözmə kimi funksiya tərəfdən normalın aşağısı vəziyyəti əks etdirir. İQ-nun 55-25% və bütünüylə 25%-dən aşağı olan insanların zəka geriliyi olur. Diş həkimləri bu xəstələri dərhal tanıyırlar.

Mentalitet kəliməsini kiçik araşdırmamadan sonra dünya görüş, düşüncə, dəyərləndirmə, ağıl, zəka sözləriylə müəyyən mənada sinonim kimi işlətmək olar. Mədəniyyətdən də irəli də olan dəyər qiymətləndirmənin qidasıdır. Mentalitet də istər bizdən öncə yaranmış, istərsə də bizdən sonra özümüzün də iştirakımızla yaranan dəyərlərlə əlaqəsi var.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı