Bir müəllim,bir ideya,bir məhəllə,müxtəlif boya,ümid dolu gələcək!!!

Yer Indoneziya. Daha dəqiq Yava adası. Kəndin adı Kampung Pelangi. Kiçik də kiçik bir kənd. Böyük bir dəyişikliyə ilk addımını atdı. Bu 232 evdən ibarət bu gecəqondu məhəlləsi başdan başa parlaq rənglərlə boyanıldı. Üstünə grafiti şəkilləri də divarları bəzəməzmi... Hökümətin xərci sadəcə 22.467 dollar oldu. Bundan artıq xərc çəkilməyib. Bugünki adı Göyqurşağı kəndi. Kənd bütünlüklə simasını dəyişdi. Artıq ciddi sayda turist sayı görmək mümkündür. Onların bura marağı artmış və gəlib bol bol şəkillər çəkdirirlər. Bələdiyyə başçısı Hendrar Prihadi bildirir ki, burada sakinlərin aktiv cəlbini də görə bilərik ki, onlar evlərinin də transformasiyasına çox istəkli olublar.O qədər ki, hər zaman çirkli olan suyun da təmizliyinə fikir verirlər və onu vaxtaşırı təmizləyirlər. Bu parlaq düşüncənin sahibi desəniz kimdir? 54 yaşlı universitet müəllimi Slamet Widodo. O eynən aşağıdakı sözlərin müəllifidir: Gələcəkdə bu rəngarənglik bizim icmaya faydalar gətirəcək, xüsusilə də iqtis...