8 yumurta ilə başlanan biznes... Bəlkə də bu barədə artıq düşünək.

Hər zamankı kimi oxuduğum onlayn qəzetlərdən biriydi. Uğur hekayələri bölümündən aldığım məlumatlar məni cəlb etdi.
Yaşıl yumurta. Ancaq novruz bayramında gördüyüm boyalı yumurtalardan ibarət idisə. Ancaq...
Kökü Cənubi Amerikaya, Çiliyə gedən araucana süslü toyuq cinsləri də yaşıl yumurtlayır. Bu yumurtalar artıq tanınırlıqda geniş vüsət alır. Bir kərə yaşıl yumurtanın dadında fərq var. Eyni zamanda xolestrolu yüksək olan insanlara da çox tövsiyə olunur. Əlavətən bildirim ki, astma xəstələrinə də xeyri də az deyil.



Maraqlısı odur ki, Türkiyədə və Rusiyada bu işə başlayan təşəbbüskarlar orta yaş nəslin nümayəndələridir. Müxtəlif qiymətlərə satılan bu yumurtalar adi yumurtadan bahalıdır. Yerinə, sahibinə görə Türkiyədə qiymətləri 5-20 TL arasında dəyişir. Onu da bildirim ki, apardığım araşdırmaya görə bizim ölkədə də bu işə artıq başlanılmışdır. Araucana cinsli toyuqlar ölkəmizdə yetişdirilə bilinir və artıq təcrübədən də keçirilib. Yumurtaları da rahatlıqla əldən edə bilərsiniz. Xatırladım ki, bu yumurtalar həmçinin ixrac yönüylə də seçilir. Təbiət şəraitində və tam təbii qidalanan toyuqların yumurtaları insanların hər zaman ön seçimi olmuşdur. Marketlərdə artıq satışda gördüyümüz yerli kənd yumurtaları istehsalçıları bu barədə düşünsələr və başlasalar heç də uduzmazlar. Üstünə də Ansoff matrixindəki Çeşidləndirmə(Diversification) stratejisini tətbiq etsək, yeni məhsul və yeni bazar cütlüyündə qaymaqlama(skimming) burda baş verər. Hərçənd yeni məhsul və yeni bazar, riski çox artırsa da , FMCG olması və məhsulun tanınırlığı riski bir o qədər azaldır.
Qeyd edilir ki, bu yumurtalar tərkibinə görə bildirçin yumurtalarından geri qalmır. Tədricən bu yumurtalar bildirçin yumurtalarına güclü rəqib olmağa başlamışlar. İldə 180-200 ədəd yumurta verməsi əslində sənaye əhəmiyyətli edir.
Yuxarıda qeyd etdiyim kimi, orta yaşıl nümayəndələrindən bu işi başlayan insanlar var ki, sadəcə 8 yumurta ilə başlayıblar. Siz də bu barədə düşünün!?

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı