İnanırsansa cəsur ola bilərsən...Məncə o Sizdə var!

Cəsarətin ağılla əlaqəsi yoxdur. İnanırsan cəsur ola bilərsən. İnancınla ağlını yox et. Ağlını yox edə bilməsən, cəsur ola bilməzsən. Söhbət Sinan Çetinin Romantik filmindəki bir personajın işlətdiyi sözlərə gəlir.

Bu yazımda cəsarətli olmağa çağıracam Sizləri. Günlərlə beynimin içini qurcalıyan bir məsələni  Sizlərlə paylaşmağı çox istəyirəm. Artıq dəfələrlə şəhərimizdə restoranlarda, brend kafelərdə,  tanınmış kofe məkanlarında siqaret çəkən qadınlar ciddi şəkildə artış göstərirlər. Halbuki, əvvəllər onları biz sadəcə barlarda, gecə klublarında görə bilərdik. Ancaq bugün bütün şəhərin istənilən məkanlarında, hətta küçələrdə belə siqaret çəkən qadınlar az deyil. Adamın gözünü deşir.
Mən burda siqaret çəkən qadınların hansı zərərlərlə üz üzə qalacağını və ya qaldığını yazmayacam. Gərək yoxdur. Mənim toxunacağım nöqtələr, onların qeyri sağlam nəsil dünyaya gətirəcəyi, bununla yanaşı  məni övladlarımıza pis nümunə göstərəcəkləri daha çox narahat edir. Ehtimal onkoloji xəstəliklər, nəfəs yollarındakı problemlər, ağciyərinin nə hala düşməsi də qalsın qırağa, yaranacaq nəticələri göz önünə gətirmək istəyirəm. Anasız nəsil, anadan yetim nəsil yaranmış olacaq.

Nizami küçəsindəki məşhur restoranlardan biri. Görünüşdə bir qadın bir kişiylə üz üzə söhbət edir. Qadın fosur fosur siqaret çəkir. Önündəki kişi sadəcə ona bir şeylərdən bəhs edir. Qadın siqaretin tüstüsünü önündəki kişinin üzərinə üfürür. Bu bizim alışdığımız səhnə deyil. Nə də bu ölkə ona şahidlik etmiş arena deyil. Hanı bu kişinin cəsarəti, Hanı bu restoranın cəsarəti? Kişi niyə buna icazə verir?Restoran niyə buna göz yummalıdır!?.
Xidmət sferasını əhatə edən bu brend kofelər, məşhur restoranlar niyə qadınların siqaret çəkməsinə laqeydlik göstərirlər? İcazə verməsinlər, qınanılsın bu vəziyyət. Bu qədər mi laqeyd və maddiyat bağımlı olmusunuz. Yoxdurmu Sizlərin tabela asma cəsarətiniz, yoxdur mu Sizin anında müdaxilə edib "Məkanı tərk edin" xəbərdarlıq etməyiniz. Məncə var! Sadəcə cəsarətli olun!

Niyə Bizlər bu duruma seyirci qalırıq?Niyə o qadınların atası, anası,qohumu, sevgilisi, həyat yoldaşı göz yumur. Bu qədər mi cəsarətsizsiniz?Məncə Siz cəsarətlisiniz!
Bizlər, Seyircilər, bu məsələyə biganə olmamalıyıq. Bizlərin əhatəsi də bu mənzərədən təsirlənə bilər. Təsirlənirdə. Siqaret çəkən qadına öldürüçü,qınayıcı baxış da ata bilmərikmi və ya oturduğumuz restoranda, məsul şəxsə siqaretin pis təsir etdiyini bildirə bilmərikmi? Ziyarət etdiyimiz məkanlara bununla bağlı heç mi rəyimizi bildirə bilmərikmi?
Ağalar, bu çox ciddi məsələdir! Bununla bağlı kiçik bir FB səhifəsi yaradıram. Sizlərin bu məsələyə biganə qalmamağınızı istəyirəm. https://www.facebook.com/qadinlarsiqaretcekmesin/ . Bu da hashtagı #QadınlarSiqaretÇəkməsin
Səhv anlaşılmasın,  sadəcə qadınlar deyil, kişilər də siqaret çəkməsin. Biz bunun da tərəfdarı deyilik!


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı