Hər şirkətin Jozef Göbbelsə ehtiyacı var... Bir az da Rudolf Hessə!

Fikir vermisinizsə, brendinə bağlı fanatik müştəri demək olar ki, yoxdur. Var. Azdır. Doya doya, durmadan, ancaq müsbət yönləriylə bağlı olduğu brendi bizə mədh etsin. Tamam, cansız əmtəə nişanına ya da məhsul, ya da xidmətin keyfiyyətinə niyə bu qədər bağlı olunsun deyə bilərsiniz. Ancaq çətin deyil ki, şəxslərə, məşhurlara, adi insanlara, qonşulara, iş yoldaşlarına, heç də həyatımızda rolu olan və ya olmayan insanlara da biz bağlı deyilik. Bunun yanında sevilənlər öldükdə unutulur, unutulanlar isə yada salınmır. Hələ bu bizim virtual fanatlığımız işin içinə girincə daha da betər. Enyanın Boadicea mahnısını dinləyincə durumun daha da vahiməli olduğu çıplaq şəkildə önümüzə sərilir. Onu müşayiət edən Rudolph Hessin son çıxışıyla miksi daha daha təsiredicidir. Son çıxışında disoriyentasiyadan və amniziyadan əziyyət çəksə belə, ilk özünü topladığı anda Hitlerə və ölkəsinin insanlarına bağlılığını ifadə edirdi. Həm də dəlicəsinə...

Bütün bunları nəyə bağlayacağıq desək, Word of Mouth Marketing'in alətlərindən sayılan Evangelism Marketing'dən azacıq bəhs etmək istərdim. Nədir Evangelism Marketinqin ölkəmizdə işlək olmaması, şirkətlərin müraciət etməməsi buna, və ya onunla yaranan problem nədir? Evangelism Marketing, şirkətinizi və şirkətə aid brendlərinizi qoruyacaq həqiqi missionerlər topluluğudur. Burada, məhsulunuzun, xidmətinizin, şirkətinizin iləridə gələn məsul şəxslərin sevilməsi, bəyənilməsi, aşkar şəkildə cəmiyyətə lans edilməsindən söhbət gedir ki, eyni zamanda olacaq tənqidlərin, təhqirlərin, yaranan səhv fikirlərin, oturuşmamış rəylərin aradan qaldırılmasına, onların ortadan götürülməsinə çalışan evangelistlərin dirənişindən söz açmalıyıq. Ancaq bu şirkət tərəfindən yönləndirilmiş, planlaşdırılmış şəkildə deyil, spontana, özlüyündən, həqiqi bağlılıq duyğusuyla çalxalanan şəkildə zühur etməlidir.

Gələk Jozef Göbbelsin(Joseph Goebbels) sona qədər Hitlerə bağlılığına ki, hərkəsi bununla günü bugün də düşündürməkdədir.  Joseph Goebbels və Magda Goebbels'in 6 övladları var idisə, Helga ( 1 Sentyabr 1932), Hildegard (13 Aprel 1934), Helmut ( 2 Oktyabr 1935), Holdine ( 19 Fevral 1937), Hedwig ( 5 May 1938), Heidrun (20 Oktyabr 1940) olmaq üzərə, adlarının "H" hərfi ilə başlamasının səbəbi onların Hitler'ə qarşı olan dərin sevgisi səbəbiyləydi. Hitlerin özünə qəsdindən sadəcə birgün sonra özünə qəsd etmişdir.

Marketinqdə, Evangelism Marketing"in atası Guy Kawasaki hesab olunur. Bir neçə kitabında o şəxsən belə əsaslandırırdı ki, evangelist müştərilər dünyanı daha gözəl etmək istəyirlər. Bu səbəbdən bu inancla istifadə etdikləri və inandıqları məhsul və xidmətləri digər potansiyal müştərilərə təlqin edirdilər.  Artıq bundan bir çox brendlər istifadə etməkdədir, baxmayaraq ki, bizdə bu edilmir. Harley Davidsonun Harley Owners Groups(HOGS)u ən gözəl nümunələrdən sayılır. Bikerların kvartal və illik yığıncaqları, bir araya toplanıb güc göstərmələri, brend mənsubiyyətlərini bildirmələri aşkar nümunələrdən sayılır.

Burada onda seçim etməliyik, kimdir günahkar, brendlərmi yoxsa müştərilərmi? Brendlər dəyərləri, inancları yarada bilmirlərsə, insanlar da mövcud qəlibləşmiş dəyərlərə, inanclara sahib deyillər!!!

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı