Azərbaycanımız 1-ci yerdədir!Bir göz qırpımında bizi tərk etdilər...

Türkiyədə ən çox yatırım edən ölkələrin siyahısına baxınca təəccüblənməmək əldə deyil. 2010-2016-cı illər ərzində ilk 20 ölkənin yatırım miqdarı gözdən keçirilib. Ölkəmiz 12-ci yerdə təmərküzləşib. Sual olunur hanı bunun 1-ci yeri? 2017-ci ilin Yanvar-Fevral ayları üzrə, sadəcə bu 2 ayda 129 milyon dollar Türkiyə Cümhuriyyətində bu yatırımı etmişik. Bu 20 ölkənin 19-unu bu 2 ayın göstəricisinə görə geridə buraxmışıq. Mən bu yatırımın nələrə ayrıldığını bilmirəm. Ancaq digər ölkələrlə müqayisədə irəli olduğumuza görə təəssüflənirəm. Səudiyyə Ərəbistan krallığı bu 2 ayda 0 sərmayə, BƏƏ sadəcə 6 mln pul yatırdığı halda biz 129 mln dollar yatırmışıq.

Digər informasiya resurslarından məlumat əldə edirəm ki, "Belorusskiy"mağazalar şəbəkəsi Azərbaycanda getdikcə mağaza sayını artırmaq istəyir və artıq 4 mağazaları fəaliyyət göstərir. Süd məhsulları, ət məhsulları, çörək məhsulları , bizdə bu sadaladığımız bütün məhsullar var. Hətta məhz slavyan köklü deyirsinizsə İvanovka brendimiz də var. Təəssüf, həqiqətən təəssüf edirəm. Artıq proteksional düşüncə biz istehlakçıların ana düşüncəsinə çevrilməlidir.

Gələk digər bir məsələyə. Bonaqua sularında rebranding olub. Demək olar ki, bir çox yerdə insanlarımızın Bonaqua suları içdiklərini, boş plastik qablarının ya zibil vedrələrində, ya da küçələrdə görə bilərik. Nə üçün Bonaqua? Sirab, Badamlı, bir çox yerli brendlər olduğu təqdirdə niyə Bonaqua?
Mütləq, bu çətin günlərdə yerli sərmayəni, yerli istehsalı seçməliyik, bununla da özümüzü gücləndirmiş olarıq.
İlk devalvasiyadan sonra, nə qədər xarici sərmayəli şirkətlər bizi necə də bir göz qırpımında tərk etdilər! 2-ci devalvasiyadan sonra onların sayı daha da artdı. Ağalar bu barədə düşünməyin, artıq buna uyğun davranış göstərin!

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı