Fluoridli diş pastası öldürür!Sosyal reklama ehtiyac...

Dünyada yetəri qədər insan Fluoride haqqında məlumatlıdır. Ölkəmizdə əminəm ki, müəyyən qrup insanların da bu nəsnə haqqında bilgiləri var. Ancaq, ona da əminəm ki, çoxlarımız məlumatlı deyilik. Nə mənədir bu Fluoride?



Fluoride, bir çox məhsulların, diş pastalarının, deterjanların, uşaq yeməkləri, suplar,içdiyimiz suların və s.  tərkibində bir miqdar mövcud olur. Bu miqdar ya az ya çox bütün insanların sağlamlığına ziyandır. Ziyanı nədir desək, əsasən xərçəng xəstəliyinə səbəb olur. Eyni zamanda elm adamları sakitləşdirici təsiri səbəbiylə də insanları passivləşdirib düşüncə duyğularını yox edən natrium floriddən uzaq durulmasını ciddiliklə tövsiyə edirlər. Ancaq mən bugün ağzımızdakı dişlərə qədər rahatlıqla yol tapan fluoridin zərərlərini anlatmaq istəyirəm.Onun üçün bu məqaləmdə məhz diş pastalarını ələ almaq istərdim.
Florid mübahisəli bir maddədir. Aşağı dozalarda diş çürümələrinə maneə törətdiyi üçün əvvəllər sərbəst bir şəkildə diş pastalarına, hətta bəzi ölkələrdə işməli suya qatılarkən, son illərdə zərərlərinin faydalarından daha çox olduğu müzakirə edilir. http://www.fluoridation.com/c-country.htm
Çin, Avstriya, Belçika, Finlandiya, Danimarka, Norveç, İsveç, Hollandiya, Macarıstan və Yaponiya kimi bəzi ölkələrdə suya florid qatılması qadağandır. Türkiyədə suya floride qatılmır, amma bir çox vilayətdə içməli suda təbii olaraq florid var. Üstəlik şəbəkə suyu tək florid qaynağı deyil. Hazır meyvə suyu və qazlı içkilərdən tutmuş, uşaq yeməklərinə qədər bir çox məhsulda florid var.

Floridlə bağlı Colgate və ya digər diş pastalarında ciddi şəkildə xəbərdarlıq görə bilərik. Əsasən də, 2 yaş və aşağısında bunu önəmlə bildirirlər ki, floridi udmaq və ya çeynəmək olmaz. Bəzi diş məcunları brendləri 12-14 yaşa qədər yaş ortalamasını qaldırır bu məsələdə. Ancaq bu nə dərəcədə yetərlidir?
Məni bu məsələni qaldırmağımda vadar edən əsas səbəb, ölkəmizdə fəaliyyət göstərən ciddi şirkətlər Procter&Gamble(Oral-B), Colgate-Palmolive, Unilever(Signal)  bu haqda insanları məlumatlandırıblarmı? Ediblərsə nə kimi addımlar atılıb? Mən rast gəlməmişəm ancaq məlumatlı olan varsa, buyursunlar məlumat paylaşsınlar. 

"Devil's poison’ olaraq bilinən Fluoride, bir çox sənaye sahəsinin qarşısı alına bilməyən tullantısıdır. 20-ci əsrin ikinci yarısında kapitalizm, bu zəhərli tullantının yığılması xərcindən xilas olmaq üçün ‘florürlü diş pastaları’ nağılını ortaya ataraq onu hər ağıza soxmağı bacardı. 40 min uşaq üzərində aparılan araşdırmalar, fluoridin çürüməyə qarşı dişləri qorumadığını, əksinə xərçəng riskini artırdığını ortaya qoydu.

Bunları nəzərə alaraq kiçik araşdırmadan əldə etdiyimiz məlumatlara görə "fluoride free" etiketi ilə diş pastaları da əldə edə bilərsiniz. Bununla da, xərçəng xəstəliyi riskini azaltmış olarsınız

Məqsədim, diş məcunlarını təmsil edən şirkətlərin bu mövzuya həssaslıq göstərməsi və cəmiyyəti yetərli dərəcədə məlumatlandırmasıdır. Əgər onlar başlarlarsa, geridə qalan digər şirkətlərə də bu sirayət edər. 

Comments

  1. salam. Mümkünsə dediklərinizə aid elmi araşdırma məqaləsi göstərədiniz.

    ReplyDelete
  2. Salam.

    Sizə əsas etibarı ilə bu səhifəni təqdim edirəm. http://www.fluoridation.com/calgaryh.htm . Eyni zamanda fluoridein qadağan edilmiş ölkələri siyahısını da təqdim edirəm http://www.actionpa.org/fluoride/countries.pdf

    Hörmətlə,

    ReplyDelete
  3. Salam zehmet olmasa cavablandirin men bir dostum bir dis pastasini biraz udub ve hemin gun sadece qizdirmasi olub bu dogrudurmu yeni pastadan qizdirma emele gelir???

    ReplyDelete
    Replies
    1. Salam Tural bəy,

      Bəli təəssüf hissi ilə bildirə bilərəm ki, bu kimi hallara rast gəlinir. Ümumiyyətlə, diş pastalarında xəbərdarlıq edilir yaş ilə bağlı. Uşaqlara qarşı bu daha təhlükəlidir.

      Delete

Post a Comment

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı