Tikinti şirkətlərini Veysbaba ziyarətgahı ilə nə birləşdirir!?

Ölkədə devalvasiyadan nəsibini almış sektorlardan biri də tikinti sektorudur. Mənzil tikinti şirkətləridir. Sayları da az deyil ha. Kifayət qədər var. Hazır əllərində olan mənzillər, yarı qalmış proyektlər, nəzərdə tutulan proyektlər və sair və ilaxır müştərilərini və ya potensial müştərilərini gözləyirlər. Amma satışlar çox aşağıdır. Yetərli deyil. Səbəbinə gəlincə, məlumdur ki, ölkə insanının xarici valyutanın bir enməsi bir qalxmasına görə, doymuş bazar payına görə, yetərli pul kütləsinə sahib olmamasına görə, bilməm bir çox səbəblərə görə . Amma bunun yanında bir çox ümid var. Burda bir saniyə duraq və təkrar gözdən keçirək(TGK). Xaricdə yaşayan azərbaycanlılara, Türk cumhuriyyətlərinə, İslam ölkələrinə, Ərəb ölkələrinə, Xarici ölkələrin vətəndaşlarına nə üçün uyğun satış proqramları hazırlanıb da satışa çıxarılmır bu mənzillər!?

Başlıyaq elə bu İslam oyunlarının yeni bitdiyi vaxtı İslam Əməkdaşlıq Təşkilatından. Toplam 57 üzvü var. Bunların da 1 mld 590 milyon əhalisi var. İndoneziya 252 mln əhalisi var. İldə 1000 vətəndaşına ev satılsa bizi idarə edər. İşin içində müharibə və terror olan ölkələrdə var ki, Suriya, İraq, Əfqanıstan. Bu ölkələrə də yetəri qədər ev satmaq mümkündür. Bunu elə Türkiyədəki mənzil satışlarında görə bilərik.Rəqəmlərə baxaq. Aprel ayında 245 İraq vətəndaşı ev alıb, Səudiyyə Ərəbistan 185 mənzillə 2-ci yerdə qərar tutmaqdadır. Daha sonra Küveyt 169 mənzil, həmçinin Əfqanıstan 81 mənzil. Bu satışları bizim ölkədə də etmək mümkündür. Elə deyilmi?

Gələk işin digər yönünə, xaricdə yaşayan Azərbaycanlılara. Sayları az deyil İsraildə 100 min, Qazaxıstanda 85 min, Fransada 70 min və sairə. Türkmənistanda 36 min, Əfqanıstanda 286 min, Özbəkistanda 36 min azərbaycanlı yaşamaqdadır. Onlar da öz anayurdlarından ev ala bilərlər. Niyə də almasınlar. Bəs biz nəyi gözləyirik? Anayurd marşının yeni aranjımanını etməkdə artıq gecikmişik!

İşin içində bir Türk Dünyası da var. Kıbrıs ilə birlikdə 7 müstəqil türk ölkəsi. Toplam əhalisi Azərbaycan xaric 134 milyondur. Keçək türklərin yaşadığı yerlərə. Çinin Sincanında 12 mlndan çox uyğur yaşayır. Məlumdur ki, çinlilərlə problemlər daim aşıb daşır. Gəlsinlər burada müstəqilliyi dadsınlar. Necə ki, Ahıskalılar(Mesxeti türkləri) ölkəmizə pənah gətirmişdilər. Ölkəmizdə 26 min tatar yaşayır. Eyni bizim statusdadılar. Rusiyada 6 mlna yaxın tatar yaşayır. Onların da zəngin insanları bizim ölkəmizə də gələ bilərlər. Bizimlə də yaşaya bilərlər. Üstəlik də bizə yaxın qövmlərdir.

İrandan yeni aviarelslər açılacaq Bakıya. Eyni zamanda əlaqələrimizin inkişaf etdiyi  BƏƏ, Qatar, Bəhreyn, Oman, Yəmən, Küveyt kimi ölkələr var. İxrac da durmadan artır. İxrac ölkələri içərisində elə yenə ərəb ölkələri var. Gəlib gedirlər. Şamaxı sözünü elə açıqlayın qoy doğma gəlsin ölkəmiz onlara, Nardaran, Bibiheybət ziyarətgahı, Ağdaşdakı Veysbaba ziyarətgahı. Tarixi zənginliklər kifayət qədərdir. Xaos nəzəriyyəsini bilənləriniz az deyil.


 Maraqlıdır, İslam oyunlarında iştirak edən ölkələrin iştirakçılarına və azarkeşlərinə heç mənzil satışı olunubmu? Bu ölkələr üçün nəzərdə tutulmuş satış proqramlarımız mövcudmuydu? Ümumiyyətlə varmı?  Əlbəttə, xarici vətəndaşların istəkləri hazır və təmirli binalardısa, buna da bir çox yerli şirkətlər Kristal Abşeron, Melissa Group və sairə təkliflər edə bilərlər. İslam oyunlarındakı tərəfdaşlara və dəstəkçilərə baxdım: Bonaqua, Milla, Redbull və sairə. Bir mənzil tikinti şirkətinin adını görə bilmədim.  Bu oyunlar əslində bizlərə bir fürsət olmalıydı! 


Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı