Müftə səyahət Necə olur!? Yeni bir xidmət sahəsi...

Ilk başda 2 devalvasiya görən və xərclərin ciddi şəkildə artdığı bir dövrdə, qənaət etdiyimiz başlıqlardan biri elə səyahətdir. Səyahət bizim ölkəmizdə ciddi xərc tələb edən bir fəaliyyət düşünüldüyü üçün, böyükdən tutmuş kiçiklərin növbəti saysız suallarına səbəb olur. Görəsən, 1000 manatla 1 həftə istanbulda yaşamaq olarmı və ya 2000 manatla İngiltərədə, London şəhərində 2 həftə qalmaq mümkündürmü və sairə kimi suallarla yəqin ki, çoxlarınız rastlaşıbsınız.

Bu məqaləmdə mən başlıqda dediyim kimi, müftə səyahət yollarını Sizlərə təqdim etmək istəyirəm. Düşünürəm bu səyahət sevənlərə daha maraqlı ola bilər. Eyni zamanda yeni bir xidmət sahəsinin də əsasını qoya biləcək təşəbbüskarlar da bu məqalə ilə maraqlana bilərlər. Başlayaq o zaman.
İlk sözünü açmaq istədiyim www.workaway.com portalıdır ki, bu veb səhifə vasitəsiylə rahatlıqla gedəcəyiniz ölkələrdə işə götürənlərin elanlarını görə bilərsiniz və müvafiq gördüyünüzə müraciət edə bilərsiniz. Hosteldə işləməkdən tutmuş, əkin sahəsində işləməyə kimi və ya evdə heyvan yemləməkdən tutmuş restoranda aşpaz köməkçisi kimi müxtəlif adda işlər təklif olunur.
Gələk bu işin üstünlüyünə ki, bu iş vasitəsilə yemək və qalacaq yer əldə etmiş olursunuz. Hətta nəzərdə tutulan saatdan çox işləsəniz saat hesabına pul da almış olarsınız. İşin tək mənfi yönü, bir az təhlükəsizlik yönüdür ki, burada diqqətli olmalısınız.
Daha sonra söz açacağım digər veb səhifə isə www.helpx.com informasiya resursudur. Eyniylə Workaway kimi bir çox proyektlərdən təkliflər ala bilərsiniz və ya özünüz müraciət edə bilərsiniz Hostlara. Könüllü olaraq işləyə biləcəyiniz bir çox təkliflərlə rastlaşa bilərsiniz. Bu veb səhifə də bəlli bir qiymət üzərinə qeydiyyatdan keçib müraciətlər edə bilərsiniz.
WWOOF(World Wide Opportunities on Organic Farms)- tərcüməsi orqanik çiftliklərdə dünya miqyasında fürsətlər. Orqanik məhsul əkini və ya heyvandarlıqla bağlı çiftliklərdə qalmaq və də üstəlik gündə 3 dəfə yemək. Zeytun əkən bir ailənin yanında zeytun toplaya bilər, yağından hazırlanan orqanik sabunun hazırlanmasını öyrənmək mümkündür.  6 gün , günə 6 saat işləməklə kifayət qədər vaxtınız da olur. Səhifə üzv olmaq hər ölkəyə ayrılan ödənişlə bağlıdır. 30-40 dollar civarındadır. Veb səhifəsi http://wwoof.net/ .
Bu və bu kimi xidmətləri bir araya gətirib agentlik qurmaq mümkündür. Bu yazımda təqdim etdiyim bu 3 səhifə qədər də beynəlxalq səviyyəli təşkilatları da bura əlavə etmək olar.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı