2017 ili üçün ilk blog yazımdır.

Təbii ki, boşluqlar dolur və dolduqca ətrafa daşmağa başlayır.

Təşəbbüsçülük dediyimiz, Entrepreneurship, başımın içini qurcalayır və qurcaladıqca paylaşmalı olacağım nəsnələr ortaya çıxır.
İranlı, Cənubi Azərbaycanlıların axını bu Novruzda gözlərimizin önündədir... Media nümayəndəsi rasgələ onlara suallar ünvanlayır. Nələri bəyəndiniz? Sadalananlar: yer adları, hətta konkret yer adları və yeməklər səsləndi.
Hansı yeməklər? Bir neçə turistdən özüm də soruşdum. Ad yoxdur, sadəcə təsvir var. Təsvir, hansıki ya görünüşü, ya da içindəki nəsnələr sadalanır...
Dahası, Fast food tərzi yeməklər ümumiyyətlə heç səsləndirilmir. Çünki, heç demək olar ki, yoxdur.
Bəylər, ağalar. xanımlar bəlkə burda düşünək? Burda atılası addımlar var. Küçə fast food yeməkləri, köşə qəlyanaltılar, önü qəmbərlik olan yola açıq satış yerləri. Pis olmaz məncə də.
Az büdcə ilə icarə yeri, işin başında özünüz və yardımcınız, axşamdan və ya səhərdən alınmış malzəmələr, və o dəyərli Resept. Resept ki, dad yaradacaq. Unutulmaz dad.
İstər Fatih Akının Soul Kitchen filmi, istərsə də Jon Favreaunun Chef filmi olsun, ortaya çıxan aşağıdakılardır
 1)ideya,
2) məkan,
3) ad
4)dad.

Musiqi də olsun Creedence Clearwater Revival'dan "fortunate son" mahnısı(buna artıq özünüz qərar verərsiniz) .

Konkret bizim fast fooda aid təkliflər var ki,

Qutab hər çeşid(qarın, dəvə, göy, boranı, kələm)
Blinçik hər çeşid(ət,kələm,kəsmik,şokolad)
Kətə hər çeşid(xamalı, pendirli(keçi və ya qoyun), pendir-nar qarışıq)
Plov bir neçə çeşid(noxudlu, səbzəli, xüsusi reseptli)
Ciyər hər çeşid(ürək,böyrək,yuxuluq,ağ və qara ciyər və s.)
Və sair və ilaxır...

Yuxarıda sadalan hər başlığı bir ada, Brendə çevirmək yetərli olar. Adıyla da dadı bir arada yoğrulsun yetərlidir. keyfiyyəti də qorusaz, davamlılığı güclənmiş olar.

Tostçu Erol,  https://www.youtube.com/channel/UCCLfu2q54Fm_kecw4jj5bhw , videoları izləyin. Tost üçün İstanbul və digər şəhərlərdən Gaziantepə necə axın var.

Kumrucu Şevki, Kumrucu Şevki , artıq 7 şöbəsi ilə fəaliyyətdədir.

Unkapanı pilavcısı, Unkapanı Pilavcısı , pilav bu qədər çox heç sevilmir.

İstədiyimiz qədər nümunələri artıra bilərik ki:

Beignet üçün, Cafe du Monde, New orleansdakı "Cafe du Monde" .

Ən dadlı kartof çipsi(french fries) və qavyadına üçün Fritland , Brüsseldəki "Fritland"

Düşünün bu barədə.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı