Bir müəllim,bir ideya,bir məhəllə,müxtəlif boya,ümid dolu gələcək!!!

Yer Indoneziya. Daha dəqiq Yava adası. Kəndin adı Kampung Pelangi. Kiçik də kiçik bir kənd. Böyük bir dəyişikliyə ilk addımını atdı. Bu 232 evdən ibarət  bu gecəqondu məhəlləsi başdan başa parlaq rənglərlə boyanıldı. Üstünə grafiti şəkilləri də divarları bəzəməzmi...
Hökümətin xərci sadəcə 22.467 dollar oldu. Bundan artıq xərc çəkilməyib. Bugünki adı Göyqurşağı kəndi. Kənd bütünlüklə simasını dəyişdi. Artıq ciddi sayda turist sayı görmək mümkündür. Onların bura marağı artmış və gəlib bol bol şəkillər çəkdirirlər. Bələdiyyə başçısı Hendrar Prihadi bildirir ki, burada sakinlərin aktiv cəlbini də görə bilərik ki, onlar evlərinin də transformasiyasına çox istəkli olublar.O qədər ki, hər zaman çirkli olan suyun da təmizliyinə fikir verirlər və onu vaxtaşırı təmizləyirlər.
Bu parlaq düşüncənin sahibi desəniz kimdir? 54 yaşlı universitet müəllimi Slamet Widodo.  O eynən aşağıdakı sözlərin müəllifidir:
Gələcəkdə bu rəngarənglik bizim icmaya faydalar gətirəcək, xüsusilə də iqtisadi güc. Bu proyekt müəyyən aktivitelər və kənd sakinlərinin yaradıcılığı ilə dəstəklənəcək. Elə artıq bu proses sosial mediada özünü göstərir. Belə ki, instagramda #kampungpelangi hashtagları artmaqda və artıq kənd sakinləri bura xas suvenirləri da satmağa çoxdan başlamışlar.
Ölkəmizin bir çox yeri var ki, istər Bakı, istər Gəncə, istərsə Sumqayıt, bu layihənin eynisini oralarda etmək mümkündür. Heç də çətin deyil. Şəhər, kənd, məhəllə fərq etməz, hətta  nəzərdə tutulmuş topluca obyektlər(körpələr evi) müxtəlif çalarlarda boyana bilinərlər. Şəhər brendləşməsi deyirik. Burada da ciddi bir brendləşmə konsepti də mümkündür. Şahidi olduğum bir çox internat məktəbləri, kimsəsiz uşaq evlərində çöl fasadları sovetdən qalmış daşlarla örtülüdür. Uzaqdan belə baxdığında insanın ürəyi cız edir. Yerli boya şirkətlərimiz, Sobsan, Fab, Azpol və sairə bu işdə bir təşəbbüs göstərə bilərlər. Ən azından ordakı körpələrin iç dünyasını rəngarəng edə bilərlər. Çox istərdim, müəyyən günlərdə şablonlaşmış tədbirlər keçirməkdənsə, bu kimi KSM(CSR) proyektlərə imza atasınız. Burda elə Rammsteinın İch will(İstəyirəm) mahnısını xatırladım.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı