Kimyagər:Paolo Kolho"dan Alıntılar(1)
Oxumaqda olduğum ana dilimizdəki Kimyagərdən maraqlı və faydalı bildiyim fikirləri sizlərə ərmağan edirəm: Qalın kitabları oxumaq lazımdır: həm daha çox vaxt aparar, həm də gecələr daha rahat yastıq olarlar. Qoyunlar heç vaxt qərara gəlməyə ehtiyac duymurlar. Bəlkə elə ona görə mənim yanımda qalırlar. Sudan və otdan başqa heç nəyə ehtiyac duymurdu qoyunlar. Nə qədər ki, onların çobanıydı və Əndəlüsün ən yaxşı otlaqlarının yerini tanıyırdı, qoyunlar onunla dost olaraq qalacaqlardı, Günəşin doğuşu ilə batması arasında hökm sürən uzun günlərin bir günü onlar üçün digərindən fərqli olmasa da, kəndlərdə olub keçənlərdən bəhs edən dəliqanlının insan dilini anlamasalar da. Ot və suyla qane olurdular və bu onlar üçün kifayətdir. Bunun əvəzinə yunlarını, dostluqlarına və yeri gəlsə ətlərini belə əsirgəmirdilər. Bir xəyalın reallaşdırmağın mümkünlüyü həyatı mənalı edər. Ən adi şeylər elə ən mürəkkəb şeylərdir və bunları yalnız alimlər anlaya bilər. Hər gün birlikdə olmağa ehtiyac hiss etmədən in...