BCG Matrix

Donovanın Atlantis mahnısını dinləyə dinləyə bu dəfəki yazıma start verirəm. Mövzu BCG Matrix olacaq. Həqiqətən yadımdan çıxmışdı. Başlayaq. Şirkət yönəticiləri, birdən çox fəaliyyət sahəsində ya da fərqli məhsul portfoylları ilə əlaqəli stratejilərini necə təyin etməlidirlər. BCG Matrix məhz portfoyl analizidir.Matrix 4 yerə bölünmüşdür 1.Stars(Ulduzlar) 2.Question Marks(Sual İşarələri) 3.Cash Cows(Nəgd İnəklər) 4.Dogs(İtlər) Ulduzlarda yer alan məhsullar, Şirkətin böyüyən bazarda yüksək bazar paylarının olduğu məhsullardır. İntelin micro məhsulları bu kateqoriyada nümunələndirilə bilər.LCD TV-lərdə ciddi bazar payına sahib firmalar məhsullarını bu kateqoriyada mövqeləndirilə bilərlər. Ulduz kateqoriyasındakı məhsullar böyümələrini dəstəkləmək üçün çox böyük maliyyətlər özlərində ehtiva edirlər və eyni zamanda yaxşı da gəlir gətirirlər. Sual işarəsində yer alan məhsullar, böyük bazarı olan ancaq şirkətin daha kiçik bazar payına sahib olduğu məhsullardır. Bu mövqedə qalma...