Turizm Şirkətlərinin Marketing Boşluğu

Minə yaxın fəaliyyətdə olan Turizm Şirkətlərimizdə demək olar ki, çoxunda ancaq  Sales Managerslər  işləməkdədir. Sözün əsl mənasında Marketing Manager heç fəaliyyət göstərmir. Bunun  da nəticəsi kimi, tur şirkətləri yalnız bilet satmaqla kifayətlənir. Bu halda marjinal aşağı düşür, həmçinin satış həcmini özünü qabarda bilmir. Daha betəri tur şirkəti bağlanır, yəni işçilər bayırda qalır.

Marketing Manageri pozisyonunda işə alınacaq əməkdaş Xidmət Sektorunu base olaraq götürsə, fərqli tur paketləri, yəni turizm məhsulları ortaya qoyarsa iş büsbütün dəyişmiş olur. Əlavətən bunun korporativ yönünü də diqqətdən yayındırmasa Key Accountant Manageri B2B görüşlərdən daha məhsuldar iş ortaya qoymuş olar.

Sentyabrın 16-sı. Tur şirkətlərinə göz atırsan, sadəcə bir neçəsi ortaya təklif tur paketləri çıxarmaqdadır. Elə 4 gün sonra başlayacaq Oktoberfest bayramı ilə əlaqədar sadəcə bir neçə şirkət tur paketi yaradıb. Halbuki 6 milyondan çox insanın toplaşdığı bu festival bizdən yan keçir. Təbii ki, məlumatsızlıq, həmçinin qarşı tərəfin də maarifləndirmə tərəfinin zəifliyi.

2 Həftə müddətli Oktoberfest Almanıyanın cənubunda Bavariyada, Münhen şəhərində olur. Bu bayramda əsl Bavariya pivəsi və mətbəxi bütün çarpıcı yönünylə arzuolunandır. Milli geyimləri sayılan dirndl və ya Lederhosen geyinen yubkalı almanları burada görə bilərsiniz. Doğrudan alman mədəniyyətini və həyat tərzini burada Wiesn festivalında yaşamağa dəyər.


Bax Marketing yönü olsaydı bu tur şirkətlərinin, bucür tur paketləri hazırlansa, daha uzun yaşayarlar. Bu sahə həmçinin də inkişaf edər.

Biz isə MSM şirkəti olaraq öz üzərimizə düşən Mobil Marketing təmsilcisi kimi, SMS Marketinglə bu işinizdə sizə kömək edə bilərik. 8 illik təcrübəmizə əsaslanaraq doğru seqmentasiya ilə sizə xidmətlərinizi duyurmaqda vasitəçi olarıq.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı