SMS Marketing-in Restoranlar üçün kiçicik Resepti

Dəyərli  ...  Bəy/Xanım
Restoran sahibi olaraq və ya seçilmiş rəhbər kimi Sizə MSM Şirkəti adından təklifimizi etmək istəyindəyik.
Əlbəttə ki, işlətməkdə olduğunuz restoranın zərərsiz, maksimum qazancla işləməsini məsul şəxs kimi qarşınıza məqsəd kimi qoymusunuz.
Bu halda sizə şirkətimiz adından Mobile Marketing Plan hazırlayıb diqqətinizə çatdırmış oluruq.
SMS Marketing elə məhz Mobile Marketingin tərkib hissəsidir. Bu bizim sizə yegane bugün üçün təklifimizdir. SMS Marketingin isə ən öndə gələn vasitəslərindən biri isə Text Marketingdir.
Text Marketingi bizim operatorlar rahatlıqla texniki yönüylə dəstəkləyir.
Gələk ilk sualımıza ki, SMS kimlərə göndəriləcək?
SMS 2 ana seqment üçün nəzərdə tutulacaq
1.       Regular müştəri
2.       Potensial müştəri

Regular müştəri artıq Sizin qazanmış olduğunuz müştəridir. Bu segmentə mütləq şəkildə əlavə dəyər təklifi qaçınılmaz olmalıdır. Bunun üçün müxtəlif dəyər yaradan təkliflər təqdim edilməlidir. Bu dəyərlər şübhəsiz loyallığı artırmalıdır. Bunlar nələrdir
·         Aşpazınızın bugünə özəl yeməyi
·         Ən dadlı yeməyinizin tərkibi və qısa faydası
·         Günə özəl xüsusi endiriminiz
·         Özəl show proqramın öncəliklə regular müştərilərə təklifi
·         Ad gününə özəl hədiyyəniz
·         Yeniliklər haqda məlumatlar, menü dəyişikliyi.
Potensial müştəri sizin üçün daha çox vaxt və əmək sərfətməniz nəticəsində əldə edəcəyiniz seqmentdir. Burada sizin ilk başda özünüzü tanıtmağınız öncəlik daşıyacaq. Aşağıdakılardan ibarətdir:
·         Show Text- yəni bu SMS-i göstərdiyiniz təqdirdə sizə özəl 25 faiz endirim
·         Bu həftə sonu ziyarətiniz 2 nəfər olmaq şərti ilə restoranımızın sizə hədiyyəsi
·         Gözlənilməyən bir xoş addım, masaya gül göndərilməsi
·         Şirniyyatın ikram edilməsi
·         Günlük menü haqda məlumatlandırma

·         Aşpazın sevdiyinizin yeməyi hazırlamasını canlı canlı göstərməsi.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı