Imprinting Olayı;Qazların Sadiqliyi

Deməli, dünən oxuduğum kitabda, İmprinting nəzəriyyəsi ilə rastlaşdım. Təbii ki, kitabda az da olsa açıqlamasi olsa belə, internetdə surf etdim. Konrad Lorenzin adına bağlı bu nəzəriyyə gerçəktə həyata keçirilmiş bir experimentdən süzülüb ortaya çıxmışdır.

Qaz yumurtaları, bir neçəsi ana qazın altına, digər yumurtalar isə inkibatora qoyulur. Ana qazın yumurtalarından çıxan bala qazlar həmən ana qazın arxasına keçirlər və onu izləyirlər. İnkibatordan çıxan bala qazlar isə birbaş Lorenzin yanına gedirlər. Sual oluna bilər niyə, çünki yenicə doğulmuş bala qaz hərəkət edən hər hansı bir nəsnəni özünə ana bilir. Düşünün həyata keçirilən experimentdə bala qazlar Lorenzi heç tək buraxmırlar. Lorenz hara, bala qazlar ora...

Experimentin bir neçə günlüyündə bütün bala qazlar qarışdırılır. Eyni zamanda ana qaz bir köşəyə, Lorenz isə bir köşəyə çəkilir. Bala qazlar arasında inkibatordan çıxan qazlar Lorenzə doğru, ana qazın yumurtalarından çıxan qazlar isə birbaşa ana qazın yanına gedirlər. Aşağıdakı link də görsəl yaddaşınızı gücləndirmiş olsun.

https://www.youtube.com/watch?v=2UIU9XH-mUI

Nəticə etbarıyla, məlum olur ki, bala qazlar ətraf mühitin heç bir təsirinə uğramadan, bir kərəm qərar verirlərsə, o qərarla da davam edirlər. Sadiqlik onlarda bu qədər güclüdür. Bu imprinting nəzəriyyəsiymiş. Ancaq hərkəsə məlumdur ki, hadisələri, situasiyaları müqayisə etmək insan fıtratındadır.

Özlüyümdə isə bir sual ortaya çıxdı. Nə üçün bizdə birinə "qaz" deyilir, əgər onu aldatmaq olursa və ya istədiyini eletdirirsənsə. Sadiqlik qazlıqdır yoxsa daha nə?

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı