BCG Matrix

Donovanın Atlantis mahnısını dinləyə dinləyə bu dəfəki yazıma start verirəm. Mövzu BCG Matrix olacaq. Həqiqətən yadımdan çıxmışdı. Başlayaq.


Şirkət yönəticiləri, birdən çox fəaliyyət sahəsində ya da fərqli məhsul portfoylları ilə əlaqəli stratejilərini necə təyin etməlidirlər.
BCG Matrix məhz portfoyl analizidir.Matrix 4 yerə bölünmüşdür
1.Stars(Ulduzlar)
2.Question Marks(Sual İşarələri)
3.Cash Cows(Nəgd İnəklər)
4.Dogs(İtlər)

Ulduzlarda yer alan məhsullar, Şirkətin böyüyən bazarda yüksək bazar paylarının olduğu məhsullardır. İntelin micro məhsulları bu kateqoriyada nümunələndirilə bilər.LCD TV-lərdə ciddi bazar payına sahib firmalar məhsullarını bu kateqoriyada mövqeləndirilə bilərlər. Ulduz kateqoriyasındakı məhsullar böyümələrini dəstəkləmək üçün çox böyük maliyyətlər özlərində ehtiva edirlər və eyni zamanda yaxşı da gəlir gətirirlər.

Sual işarəsində yer alan məhsullar, böyük bazarı olan ancaq şirkətin daha kiçik bazar payına sahib olduğu məhsullardır. Bu mövqedə qalmaq çox çətindir və xərc tələb edəndir. Bu mövqeedəki məhsullar haqqında yönəticilər ciddi strateji qərarlar almaq məcburiyyətindədirlər.Ya məhsula daha çox yatırım etməklə o məhsulu Ulduz kateqoriyasına çəkmək, ya da bu bazardan çəkilmək. LCD TV istehsalcisi olan fəqət bazar payı düşük olan markalar burada bir qərar almaq məcburiyyətindədir.

Cash Cows məhsullar adından da  anlaşıldığı kimi nəğd sağa biləcəyiniz inəklərdir. Fəqət türkçəyə bu qədər düz tərcümə bizə çox xitab etməyə bilər. Bu kateqorinin ismini altun yumurtlayan toyuq olaraq lanse etmək anlaşılmasını asanlaşdıracaqdır. Bazarı böyük olmayan məhsullarda böyük bazar payı əldə etmiş məhsullardır. Məhsul inkişafına ya da marketinqinə ciddi yatırım etmədən də satışları yaxşı olan və şirkətə ən yaxşı gəlirləri əldə etdirən məhsul kateqoriyasıdır.

İtlər,Düşük bazarı olan və düşük bazar payı olan məhsullardır.Məhsulun həyat dövrünün sonuna gəlmiş məhsullardır. Hər bir məhsul birgün it olacaqdır.Tamamən pul tələsidir. Bir məhsulun bu kateqoridə olduğunu şirkətlət özlərinə etiraf etməlidirlər. Yoxsa bu dəyirman çox su aparar. Təyin ediləcək strategiya bu məhsulu bazardan çəkməlidir.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı