Toplu SMS Xidməti;Porterin 5 forces analysis tətbiqi

Yəqin ki, çoxlarınız M. Porterin 5 Forces analysis haqda məlumatlısınız, həmçinin istifadə etmiş olanlarda vardır içimizdə. Bugünkü mövzum bu analizin şirkətimin olduğu sfera açısından SMS Marketingdə tətbiqi olacaq. Səhvlərim də ola bilər bu qaçınılmazdır, düzəliş edənlərə məndən Hədiyyə.


Porterin bu 5 güc modelini nəzərə almış olarsaq bunlar aşağıdakılardır
1. Firmaların öz aralarındakı rəqabət
Bu başlığa nəzər salsaq Toplu SMS xidmətini göstərmək istəyən yeni bir şirkət kimi yatırım edilib də edilməməsi, digər mövcud şirkətlərin vəziyyət analizi, bu işə olacaq xərclərin və gələcək gəlirlərin hesablanması, sektor olaraq inkişafının olub olmaması əsas başlıqlar olmalıdır. Yəni digər rəqib şirkətlərlə rəqabət edə biləcək bir səviyyə mövcuddur mu və ya bu işi böyük bir tort hesab edib bu tortdan bizə nə qədər pay düşür sualına cavab vacibdir. Ayrıca bu işi etmək üçün nə qədər xərc çəkilməlidir.

2. Alternativ məhsulların təhdidi

Anladığım qədəri ilə Toplu SMS Xidməti göstərən şirkətin servisinə əvəz ona bənzər xidmətin ya da məhsulun alternativliyi nəzərdə tutulur. Deyək ki, bu halda Toplu SMSə rəqib kimi mobil telefondan göndərilən adi SMS ya da bir başqa buna bənzər xidmət. Bu vəziyyətdə deyə bilərik ki, müştəri mənim məhsulumu alır ya alternativ məhsuldanmı istifadə edir

3. Tədarükçülərin bazardakı hakimiyyətləri

Toplu SMS Xidməti göstərən şirkət olaraq SMS-ləri sadəcə bir operatordan alıramsa və bu operatorun da başqa rəqibləri varsa və ya alternativ məhsullar təklif edən şirkətlər də çoxdursa bu halda operator yəni tədarükçünün gücü azalır və əvəzində məni güclü edir.
Tədarükçülərlə əlaqəli bir durum isə irəli və geri birləşmə sistemidir.
İrəli birləşmə Toplu SMS Xidmətinə SMS satan şirkətin həm də özünün bir şirkət açıb eyni məhsulu və ya servisin özünün birbaşa satışa çıxarmasıdır.
Geri birləşmə isə Toplu SMS Xidməti şirkətin özünün SMS istehsalına başlamasıdır.
Nəticə etibarı ilə irəli birləşmə tədarükçünü geri birləşmə isə şirkəti gücləndirir

4. Alıcıların Gücü

Bu TSX-ni nə qədər müştəri alacaq, bəlkə də ən önəmli xüsus budur ki, bunun üzərində durmağa ehtiyac var. Müştəri məndən mi alacaq və ya pərakəndəçidən yoxsa distributordan mı, bu suallar qarşısında müştəri son qərarı ilə cavab verir.
Həmçinin müştərinin məlumatlı olması da açar sözdür . Xidmətin qiyməti, müddəti, rəqiblərin yaratdığı dəyərlər və sair və sair.
Qiymət həssasiyəti- bu halda qiymət artımı qarşısında müştəri xidmətdən yararlanmaq istəmirsə, demək ki, o güclüdür və bu qiymət həssasiyətidir.

5. Giriş əngəli

Makro iqtisadi durumun yaratdığı maneələr, vergi ilə şişirilmiş və ya qərəzli müdaxiləli davranışlar,əlavə maliyyə xərcləri giriş əngəlləri hesab edilir.

Comments

Popular posts from this blog

Səksən yoxsa Həştad?

Tünd bənövşəyi haqqında

Bəzi sözlərin kimliyi və izahı